Məhkəmə qərarları › İş №2(014)-1046/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1046/2020

17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1046/2020 17.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Qarayeva Mələk Məhəmməd qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(014)-1483/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, cavabdeh xx.xx.1997-ci ildə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh xx xxx 2019-cu ildə anadan olmuş X1 üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin, həmçinin xx xxx 2019-cu ildə anadan olmuş X2 3 yaşına çatana kimi hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ildə faktiki evlənərək ailə qurmaqla nikahları xx xxxxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxx 2019-cu ildə Ayxan adlı bir uşaqları olmuşdur.Münasibətləri pozulduğu üçün ayrılmışlar. Aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün aliment tələbi haqqında qətnamə çıxarılasını xahiş etdi.Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(014)-1483/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, yəni Cavabdeh xx xxxxxx 2019-cu ildən başlayaraq xx xxx 2019-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün onun xeyrinə hər ay 140 manat məbləğində aliment tutulması qət edilmişdir. xx xxx 2019-cu ildə anadan olmuş X3 1 yaşındadır. Lakin atası olan Cavabdeh tərəfindən ona qarşı heç bir qayğı göstərilmir və atalıq borcu yerinə yetirilmir. Ona görə də, məhkəmə qaydasında xx xxx 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, yəni artırılmasını tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına ərizə verərək bildirdi ki, İddiaçı ona qarşı almentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, hazırda bir nəfər uşağın saxlanılması üçün hər ay 140 manat məbləğində aliment verir. Alimetin miqdarının artırılmasına razı deyil. Belə ki, 250 manat məbləğində əmək haqqında 230 manat alır, onunda 140 manatını hər ay aliment verir. Cavabdeh məhkəmə iclasında iddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə təq-dim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 306234 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx.xx.2019-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 659 saylı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 2(014)-1483/2019 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2019cu ildən başlayaraq xx xxx 2019-cu ildə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün onun xeyrinə hər ay 140 manat məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34.4-cü maddələrinə görə, uşaq-la-rın qayğısına qal-maq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nə-zarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də bor-cudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı qanunvericiliklə nəzərdə qaydada məhkəmə tərəfindən əvvəlki alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını, aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətini, alimentin artırılması üçün yeni əsasların mövcud olmasını və bununla bağlı diqqətəlayiq başqa maraqların nəzərə alınmasını sübut etməlidir. Lakin məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı öz dəlillərini formal mülahizələrə əsasən əsaslandırmağa çalışmışdır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən məhkəmə irəli sürülən iddia məbləğinin, alimentin miqdarının 170 manat müəyyən edilməsinə əsas verən halların, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını, aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətini, alimentin artırılması üçün yeni əsasların mövcud olmasını və bununla bağlı diqqətəlayiq başqa maraqların, eyni zamanda iddiaçının rəsmi şəraitinə malik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilmədiyini nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar