Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-105/2020 18.03.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh iştirakı ilə «x5 x4» MMC-nin Cavabdeh qarşı Kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «x5 x4» MMC Cavabdeh qarşı kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «x5 x4» MMC-nin xeyrinə 2368,51 manat əsas borc, 3,29 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2401,80 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı «x5 x4» MMC Cavabdeh qarşı kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, «x5 x4» MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 50%-lə 30 ay müddətinə 4420 manat kredit verilmişdir.Kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq «x5 x4» MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 1 ədəd komplekt,1 ədəd saat,1 ədəd üzük, 2 ədəd moneta, 5 ədəd üzük,toplam ağırlığı 66,6 qram olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Tərəflərin qarşılıqlı razılığı və mütəxəssis rəyi ilə girov qoyulmuş qızıl-zinət əşyaları 2176 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh «x5 x4» MMC-yə notarial qaydada təsdiq edilmiş ərizə vermiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə girov əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün cavabdehə girov qoyduğu əmlakın satılacağı barədə xəbərdarlıq edilmiş,lakin cavabdeh xəbərdarlığa etinasız yanaşmışdır. Odur ki, 02 avqust 2018-ci il tarixdə «x5 x4» MMC tərəfindən keçirilən hərracda Cavabdeh məxsus 51,4 qram ağırlığındakı qızıl-zinət əşyaları 2665 manata satılmış və həmin məbləğ cavabdehin kredit müqaviləsi üzrə yaranmış 5036 manat borcdan silinmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh 2368,51 manat əsas borcu, 3,29 manat faiz borcu, cəmi 2371,80 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Kredit müqaviləsi üzrə götürülən kredit məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməmişdir. Odur ki, cavabdehdən «x5 x4» MMC-nin xeyrinə 2368,51 manat əsas borcu, 3,29 manat faiz borcu, cəmi 2371,80 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı «x5 x4» MMC-nin nümayəndəsi məhkəməyə teleqrama göndərərək işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, «x5 x4» MMCdən 2017-ci ilin mart ayında 15000 manat məbləğində qızıl əmlak girov qoyaraq 4420 manat məbləğində kredit götürmüş və götürdüyü kredit borcunu artıqlaması ilə ödəyib qurtarmışdır. Borcu ödəyib qurtarandan sonra bankın müdriyyətinə müraciət edərək girov qoyduğu qızıl əmlakı qaytarmaqlarını xahiş etmiş,lakin bank rəhbəri tərəfindən ondan girov əmlakı qaytarmaq üçün vaxt verilməsini xahiş etmişdir. Lakin aradan bir neçə müddət keçəndən sonra o, yenidən banka getmiş və bank rəhbəri qızıllarını qaytarmayaraq onun barəsində məhkəməyə iddia tələbi ilə müraciət etdiyini bildirmişdir. Daha sonra bank işçilərindən bir nəfər ona bank müdriyyətinin saxta olaraq onun adına kredit sənədləşməsi etdiklərini və ona borc yazdıqlarını bildirmişdir. Qeyd edir ki, o, 2018ci və 2019-cu illərdə «x5 x4» MMC-dən heç bir kredit götürməmişdir. Kredit müqaviləsindəki imza ona məxsus deyil. «x5 x4» MMC onun qızıl əmlakını mənimsəmək üçün onun adına 2018-ci ildə yalandan kredit sənədləşməsi aparmışlar. Qeyd edir ki, iddiaçı bank bütün sənədləri saxta olaraq düzəltmişlər. Belə ki, Prezidentin fərmanının təsiri dairəsinə düşməmək üçün iddiaçı saxta yollarla dollarla olan krediti manatla əvəz etmişdir. Hesab edir ki,iddiaçının iddiası əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «x5 x4» MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 50%-lə 30 ay müddətinə 4420 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə verilmiş borcun təminatı olaraq «x5 x4» MMC ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 1 ədəd komplekt,1 ədəd saat,1 ədəd üzük, 2 ədəd moneta, 5 ədəd üzük,toplam ağırlığı 66 qram olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Tərəflərin qarşılıqlı razılığı və mütəxəssis rəyi ilə girov qoyulmuş qızıl-zinət əşyaları 2176 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh «x5 x4» MMC-yə notarial qaydada təsdiq edilmiş ərizə vermiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə girov əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün cavabdehə girov qoyduğu əmlakın satılacağı barədə xəbərdarlıq edilmiş, 02 avqust 2018ci il tarixdə «x5 x4» MMC tərəfindən keçirilən hərracda Cavabdeh məxsus 51,4 qram ağırlığındakı qızıl-zinət əşyaları 2665 manata satılmış və həmin məbləğ cavabdehin kredit müqaviləsi üzrə yaranmış 5036 manat borcdan silinmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh 2368,51 manat əsas borcu, 3,29 manat faiz borcu, cəmi 2371,80 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh «x5 x4» MMC-nin xeyrinə 2368,51 manat əsas borc, 3,29 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2401,80 manat pulun tutulması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, «x5 x4» MMC-nin Cavabdeh qarşı kredit borcuna dair hesablanmış faizlərin və dəbbə pulunun cavabdehdən tutulması tələbi haqqında iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanına əsasən 1. aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsini; 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsini. 3. Azərbaycan Respublikasının Maliyyə x3: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsini; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsini. 4. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamasını.5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə x2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsini;5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməsini; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etməsini. 6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələrini; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələrini,6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələrini.7. Azərbaycan Respublikasının Maliyyə x3: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat veriləməsini; 7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsini; 7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll edilməsini.8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar;8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.9. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 9.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görməyini; 9.2. bu Fərmandan irəli gələn digər tədbirlər görmələrini.10. x1 və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilsin ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görmələrini. 11. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etmələrini Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti qərara almışdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəməyə məlum olur ki, daha öncə eyni tərəflər arasında eyni predmet barəsində məhkəmə qətnaməsi mövcud olsa da, daha sonra apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə brinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, tələb edilən kredit müqaviləsi üzrə götürülən kredit məbləği Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür, məhz bu səbəbdən iddiaçı mövcud tələblə təkrarən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh öz izahatında kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirərək müvafiq vəsatətlə məhkəməyə müraciət etsə də, tələb olunan sənədləri və xəttşünaslıq ekspertizası keçirilməsi üçün tələb olunan yazılı xətt və imza nümanələrini məhkəməyə təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İddiaçı öz iddiasının əsaslı olması ilə bağlı məhkəməyə müvafiq sübüutlar təqdim etsə də,cavabdeh iddiaya etirazı ilə bağlıməhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki,iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2368,51 manat əsas borc, 3,29 manat faiz borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2401,80 manat (iki min dörd yüz bir manat səksən qəpik) tutularaq «x5 x4» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-105/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-105/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver