Məhkəmə qərarları › İş №2(014)-105/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-105/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-105/2022 25.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh 27 avqust 2021-ci il tarixli “Barışıq razılaşması haqqında” müqaviləyə və həmin tarixli qəbzə əsasən ona borclu olduğu 1500 (bir min beş yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 35 (otuz beş) manat, cəmi 1535 (bir min beş yüz otuz beş) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhər sakini X1 məxsus “Opel Vestra 2” markalı ** RE *** dövlət qeydiyyat nişanlı minik avtomobilin 23 aprel 2021ci il tarixdə Bərdə Regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş etibarnamə əsasında almışdır. Həmin minik avtomobilində yaranmış nasazlıqla əlaqədar təmir üçün 24 avqust 2021-ci ildə Ağdaş şəhəri, Babək küçəsində yerləşən Avtomobil təmiri sexini işlədən Cavabdeh vermişdir. Həmin gün avtomobil təmiri sexində baş verən yanğın nəticəsində onun avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Cavabdehlə və sexin sahibi X2 ilə aralarında bağlanılaraq imzalanmış 27 avqust 2021-ci il tarixli “Barışıq razılaşması haqqında” müqaviləyə əsasən onun avtomobilinə dəymiş ziyanın 2500 manatını X2, 1500 manatını isə Cavabdeh ödəməli idi. X2 həmin məbləği ona vermişdir. Cavabdeh avtomobilinə dəymiş ziyanla bağlı 1500 manat pulu ona 2021-ci ilin sentyabr ayının 10dək ödəməyi öhdəsinə götürmüşdür və bu barədə 27 avqust 2021-ci ildə tərəfindən yazılaraq imzalanmış qəbz vermişdir. Cavabdeh arasında bağlanmış mqavilənin şərtinə əməl etməyərək, yəni borcunu qeyd edilən tarixədək qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Cavabdehə ona olan borcunu qaytarması barədə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o bu günədək ona olan 1500 manat pulunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh ilə aralarında yaranmış borc mübahisəsini müqavilənin şərtlərinə uyğun məhkəmədən kənar həll etmək mümkün olmadığından ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı iddiası ilə razıdır, lakin iddiaçının borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 2021-ci il tarixli barışıq razılaşması haqqında müqaviləyə əsasən X2, Cavabdeh və İddiaçı arasında barışıq razılaşması haqqında müqavilə imzalanmış, həmin razılaşmanın şərtlərinə əsasən cavabdehin avtomobilinə dəymiş ziyanın 2500 manatını X2, 1500 manatını isə Cavabdeh ödəməli olduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27.08.2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş olan qəbzdən görünür ki, icarədarı olduğu avtotəmir sexində 24 avqust 2021-ci il tarixdə baş vermiş yanğın nəticəsində İddiaçı məxsus ** RE *** nömrə nişanlı avtomobilin yanması nəticəsində İddiaçı dəymiş ziyandan bir hissəsini yəni 1500 manatını 2021-ci il oktyabr ayının 10-a qədər ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus ** RE *** nömrə nişanlı avtomobilə Cavabdeh icarədarı olduğu avtotəmir sexində yanğın baş verməsi nəticəsində ziyan dəymiş, cavabdeh həmin ziyanın bir hissəsini yəni 1500 manat məbləğini iddiaçıya ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh ziyanın qarşılığını tələb etsə də, cavabdeh ziyanı ödəməmişdir. Cavabdeh məhkəmə iclasında borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Ödənilmış dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh oğlundan 1500 manat məbləğində pul və 35 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar