Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1057/2024 30.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı Nicat oğlunun iştrakı ilə İddiaçı Nicat oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nicat oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgə əmlakını ələ keçirmək niyyəti ilə onun xəstəliyinə görə verilən, sonradan verilməsi dayandırılmış pensiyasını bərpa etdirəcəyini yalandan vəd verib adlatma və etibardan sui-istiladə etmə yolu ilə onu inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ilkin sənədləşmə adı ilə xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1150 manat, 01,03.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 250 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən "Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 250 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasında quraşdırılmış “Milliön” ödəmə terminalı ilə 230 manat, xx.xx.2023cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat" ödəmə terminalı vasitəsi ilə 200 manat, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində yerləşən mağazalardan birinin içərisində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 50 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, Qaraməryəm kəndində yerləşən mağazalardan birinin içərisində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1200 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 70 manat, 01,04.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış "eManat” ödəmə terminalı vasitəsi ilə 120 manat, xx.xx.2023-cü il tarixdə özünə məxsus "xxxx" ASC- yə aid kart hesabından istifadəsində olan mobil telefonun “Birbank” mobil tətbiqi vasitəsi ilə 450 manat, xx.xx.2023- cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al marketdə quraşdırılmış “eManat" ödəmə terminalı vasitəsi ilə 95 manat və xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində yerləşən “Al market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaitini özünə məxsus “X3 Bankı” ASC-yə aid olan “Leobank” kart hesabına göndərtməklə ümumilikdə mənim 4365 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. O ibtiai istintaq dövründə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bununla əlaqədar olaraq aidiyyəti üzrə Göyçay rayon Polis Şöbəsində iptidai istintaq aparılmış və Göyçay Rayon Məhkəməsinin 1(046)-36/2024 saylı, 21 may 2024cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsində ona məlum oldu ki, cavabdeh başqa cinayət törətdiyindən Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə həbs edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 X1 saxlanılır. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat nömrəsi ********** olan çekdə 1150 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 50 manat pulun xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********* olan çekdə 250 manat pulun xx.xx.2024-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 250 manat pulun, xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 230 manat pulun, xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 200 manat pulun, xx.xx.2023cü il tarixdə, əməliyyat nömrəsi ********* olan çekdə 50 manat pulun, xx.xx.2023-cü il tarixdə, əməliyyat nömrəsi ********** olan çekdə 1200 manat pulun, xx.xx.2023-cü il tarixdə və əməliyyat nömrəsi ********** olan çekdə 70 manat pulun, xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus son 8 rəqəmi 68167745 “Leobank”a aid olan karta köçürülmüşdür. Buna görə də Cavabdeh İddiaçı Nicat oğlunun xeyrinə 4365 manat və dövlət rüsumu kimi ödənilmiş 63,65 manat məbləğində pulu tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Nicat oğlu iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş, o ərizə ilə məhkəməyə müraciət edərək, hazırda həbsdə saxlanıldığını, iddiaçının iddia tələbi ilə razı olduğunu, həbsdə olduğunu nəzərə alıb çıxarılacaq qərarı həbsdən sonra ödəyəcəyini, ailə vəziyyətini və 44 günlük Vətən Müharibəsi iştrakçısı olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 1(046)-36/2024 saylı, 21 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı Nicat oğlunun 4365 manat pulunu ələ keçirərək dələduzluq etmiş, buna görə də Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci və CM-nin 66.2-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təqsirli bilindiyi CM-nin 178.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 23 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək 02 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 günü, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın şöbədə qeydiyyata alındığı xx.xx.2023-cü tarixdən həbs olunduğu xx.xx.2024-cü il tarixədək 08 ay 11 günü qəti cəza müddətinə hesablanaraq qəti olaraq ona 01 il 03 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzasının əvvəli yaşadığı yer üzrə Ağdaş rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Cavabdeh yaşadığı yer üzrə Ağdaş rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, üzərinə daimi yaşayış yeri olan Ağdaş rayonu Aşağı Nemətabad kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Ağdaş rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxsə izah olunsun ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ olması hökm edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, Həsənov X2 Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı Nicat oğlunun 4365 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Göyçay Rayon Məhkəməsinin 1(046)-36/2024 saylı, 21 iyun 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq ona 01 il 03 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Belə ki, cinayət işi üzrə Cavabdeh vurmuş olduğu ziyandan heç bir ödəmiş etməmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş ziyanı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Nicat oğlu Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4365 (dörd min üç yüz altmış beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 63,65 (altmış üç manat altmış beş qəpik) manat pul tutularaq İddiaçı Nicat oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Nicat oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4365 (dörd min üç yüz altmış beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 63,65 (altmış üç manat altmış beş qəpik) manat pul tutularaq İddiaçı Nicat oğluna verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1057/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1057/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver