Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1058/2020 01.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxxxxxxxx» Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 792.63 AZN əsas borcun, 258.45 AZN əsas borca görə hesablanmış faizin və 1802.66 AZN cərimənin, 30 manat dövlət rüsumu üçün ödənilmiş pulun, ümumilikdə 2883.74 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında «xxxxxxxxxx» Kredit İttifaqı MMC Cavabdeh1 illik 36% olmaqla 18 ay müddətinə 2000 AZN kredit ayırmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında № DB/17320 nömrəli, xx xxxxx 2014-cü il tarixli girov müqaviləsi və Cavabdeh2 ilə № DB/17320 nömrəli, xx xxxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqaviləsi əsasında üzərlərinə götürdükləri öhdəlikləri heç bir üzürlü səbəb olmadan yerinə yetirmədikləri üçün hazırki vaxtadək 792.63 manat əsas borc, müqavilə üzrə əsas borca hesablanmış 258.45 manat faiz borcu və gecikdirilmiş günlər üçün 1802.66 manat məbləğində cərimə olmaqla ümumilikdə 2853.74 manat miqdarında vəsait borcu qalmışlar. İddiaçı «xxxxxxxxxx» Kredit İttifaqı MMC-nin nümayəndəsi X3 məhkəməsi iclasının xx.xx.2020-ci il tarixli iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçı və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxxxxx» Kredit İttifaqı MMC onlara qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən və iddiaçının onlarla bağladığı xx xxxxx 2014-cü il tarixdə 18 ay müddətində 2000 manat kredit vermiş və kreditin son ödəniş tarixini isə kredit ödəniş cədvəli ilə xx xxxxxxx 2015-ci il tarixə kimi müəyyən edilmişdir. Onlar üzərlərinə düşən öhdəliyi 2014-cü il tarixin noyabr ayına kimi qismən yerinə yetirərək ödəniş etsələr də, sonrakı tarixlərdə iddiaçıya heç bir məbləğdə kredit ödəməmişlər. İddiaçı isə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edərək borcu tələb etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə 2018-ci ilə kimi müraciət etməli olduğu halda tam olaraq 2 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də iddia tələbinə iddia müddəti tətbiq edilməklə onun tam həcmdə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edirik. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehlərin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş BOKT “Azkredit” tərəfindən verilmiş 19/48 saylı maliyyə arayışdan məlum olurki, «xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış DB/17320 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə borclunun X4 MMC-yə borcu, 792.63 manat əsas borc, 258.45 manat faiz borcu, 1802.66 cərimə borcu olmaqla cəmi 2853.74 manat borcu var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli 19/1266 saylı pretenziya məktubundаn məlum olur ki, «xxxxxxxxxx» Kredit İttifaqı MMC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеh Cavabdeh1 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli, DB/17320saylı kredit müqaviləsindən məlum olur, «xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli müqavilə əsasında «xxxxxxxxxx» Kredit İttifaqı MMC Cavabdeh1 illik 36% olmaqla 18 ay müddətinə 2000 AZN kredit ayırmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli, DB/17320saylı girov müqaviləsindən məlum olur, «xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxx 2014-cü il tarixli, DB/17320saylı zaminlik müqaviləsindən məlum olur,«xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, «xxxxxxxxxx» Kredit İttifaqı MMC tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli, DB/17320saylı kredit müqaviləsinin ödəniş cədvəlindən məlum olur ki, Cavabdeh1 18 ay müddətinə illik 36 faiz dərəcəsi ilə hər ay 111.11 manat ödəniş olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir:-birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. Müəyyənliyin qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalətli mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xxxxxxxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi əsasında «xxxxxxxxxx» Kredit İttifaqı MMC Cavabdeh1 illik 36% olmaqla 18 ay müddətinə 2000 AZN kredit ayırılmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi tərəflər arasında № DB/17320 nömrəli, xx xxxxx 2014-cü il tarixli girov müqaviləsi və Cavabdeh2 ilə № DB/17320 nömrəli, xx xxxxx 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər bir müddət ödəniş etdikdən sonra, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən imtina etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsindən cavabdehlərin kredit müqaviləsi üzrə axırıncı ödənişinin hansı tarixə uyğun olması barədə sübut tələb edilsə də, iddiaçı məhkəməyə həmin sübutları təqdim edə bilməmişdir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixdə bitsə də , iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Eyni zamanda zaminlik müqaviləsi üzrə də müddət keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas öhdəliyə görə iddia müddətinin keçməsi əsasına görə rədd edilməlidir. Eyni zamanda zaminlik müqaviləsinin müddəti də keçdiyindən, zaminliyə xitam verilməklə iddia tələbi ona münasibətdə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi rədd edilsin. İddiaçı «xxxxxxxxxx» Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1058/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1058/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver