Məhkəmə qərarları › İş №2(014)-1062/2020

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1062/2020

14.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1062/2020 14.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mən Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, İddiaçı Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Şöbəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346.03 manat vəsaitin İddiaçı Şöbəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şöbəsi iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsinin 1(014)-43 saylı xx xxx 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 29, 177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh saat 22:00-dan saat 08-00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vəsaitini gəzdirmək və həmin vəsitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi olaraq tapşırılmışdır. Ağdaş rayon məhkəməsinin 7(014)-29 saylı xx xxxxxxxx 2018ci il tarixli qərarına əsasən məhkəmənin 1(014)-43 saylı, xx xxx 2018-ci il tarixli hökmünün icrasını təmin etmək məqsədilə Cavabdeh saat 22:00-dan saat 08-00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vəsaitini gəzdirmək və həmin vəsitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi olaraq tapşırılmışdır. xx xxxx 2018-ci il tarixdə şöbənin böyük icra məmuru(probasiya üzrə) X1 müvafiq protokol tərtib edilərək elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilimiş, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerj bankı, bir ədəd sıqnal ötürüçüsü, bir ədəd adaptor məhkuma qurraşdırılarq təhvil verilmişdir. Lakin nəzarət cihazına baxış zamanı “İdrak” markalı mobil telefona qanunsuz müdaxilə edildiyi və işlək olmayan bir vəziyyətdə olduğu müəyyən edilmişdir.Bu barədə məhkumun və hal şahidlərinin iştirakı ilə akt tərtib edilmişdirş Azərbaycan Respubılikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə yararsız vəziyyətə düşmüş avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Ona görə də, iddiaçı tərtib edilmiş həmin protokolu, texniki rəyi və digər sənədləri iddia ərizəsinə əlavə edərək baxılması üçün Ağdaş Rayon məhkəməsinə göndərmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərari ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatın 2.1-ci bəndinə əsasən İcra Xidməti və Probasiya Qrumları inzibati orqan hesab edılir. İnzibati orqan olan İddiaçı Şöbəsi “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun İV fəslinə uyğun olaraq cavabdeh barəsində icrrat işi başlamalı, Qanunu 57-62-ci maddələrinə əsasən onun barəsində inzibati akt-qərar qəbul edə bilər. Qanunun 82.1-ci maddəsində qeyd edilir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin bir qurumu olmaqla həmin qəbildən olan işlərə baxılaraq müvafiq qərar qəbul etməli olduğu halda, Əliyev X2 barəsində toplanmış materialları iddia formasında baxılması üçün məhkəməyə göndərmişdir. Ona görə də hesab edirəm ki, İddiaçı Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizəni qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153 263-264 və 279-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Ərizəçiyə izah edilsin ki, inzibati orqan vurulmuş ziyanın ödəniləmsi barədə İnzibati Aktı tərtib etməklə,həmin ziyanı cavabdehdən tələb edə bilər. Qərardadın surəti, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Şöbəsinə qaytarılsın. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar