Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1064/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair ərizəsini və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, МÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2472.00 AZN əsas borcu və 1483.00 AZN hesablanmış faiz üzrə borcu, cəmi 3955.00 AZN borcun, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1560.00 AZN əsas borcu və 936.00 AZN hesablanmış faiz üzrə borcu, cəmi 2496.00 AZN borcun eləcə də dövlət hesabına ödənmiş 85.00 AZN məhkəmə rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası 23 iyun 2022-ci il tarixə saat 11:40-a təyin edilmişdir. Cavabdeh məhkəmənin əvvəlki hazırlıq iclasında verdiyi izahatında iddianı qəbul etmədiyini, iddiaçı ilə ərizədə göstərilən müqavilə bağlamadığını, onun imzasının hansı yolla “Borcun ödənilmə qrafiki”ndə və xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndə əks olunduğu barədə heç bir məlumatı olmadığını bildirmiş və iş üzrə məhkəmə texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(014)-1064/2022 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılaraq obyektiv və ədalətli qətnamə qəbul etmək məqsədi ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilməsi qərara alınmış, eyni tarixli qərardadla iş üzrə ekspert rəyi alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2022-ci il tarixli 508№-li ekspert rəyi 05 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Borcun ödənilmə qrafiki” adlı sənədlərdə “müştəri” qrafasında və xx.xx.2017-ci il tarixli “Borc müqaviləsi”ndə “Borcalan Cavabdeh”qrafasında olan imzalar hər hansı bir texniki qurğu (skayner, fotoaparat, və.s) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdən çap edilmişdir. Ağdaş rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(014)-1064/2022 saylı qərardadına əsasən iş üzrə icraat təzələnmiş mülki işin məhkəmə hazırlıq iclası 18 avqust 2022-ci il tarixə saat 11:15-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair ərizə qaldırdığını, hazırda cavavdehlə aralarında razılaşma əldə olunduğunu bildirərək iddiaya baxılmasını istəmədiyini və sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini, kredit müqaviləsindəki imzaların Cavabdeh məxsus olmadığını, kredit müqaviləsi imzalanan tarixdə cavabdehin ölkə xaricində olduğunu və bunu təsdiq edən sənədlərin olduğunu bildirərək iddianın mahiyyəti üzrə baxılaraq rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatını, iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hеsаb еdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Bеlə ki, Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1-ci mаddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci mаddələrində göstərilən əsаslаr оlduqdа, məhkəmə bахışınа hаzırlığın icrааtı dаyаndırılа və yа хitаm еdilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu həmin qanunun 5.1.3-cü maddəsinə əsasən geri qaytarılır. Şərh оlunаnlаrа əsаsən hesab edirəm ki, ərizə təmin edilməli, İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 170.1, 263-264, 268- 269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİM : Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı «borcun və faizin ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1064/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1064/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver