Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1064/2024 09.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şuşa şəhər Dövlət Qoruq İdarəsində kiçik mütəxəssis vəzifəsində işləyir. Cavabdeh isə 2022-ci ilin apre ayında təsadüfən tanımış və onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. İddiaçını qardaşı X1 mübaribə veteranıdır. Qardaşı xeyli müddət idi ki, özünə iş tapa bilmirdi. Bir dəfə Raqiflə söhbət zamanı qardaşının işə tapa bilməməsini ona demiş, Raqif ona Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyində tanışları olmasını və Azadı Nazirlikdə işə düzəldilməsinə köməklik edə biləcəyini demişdir. O da Raqifin sözlərinə inanmışdır. Raqif işin düzəlməsi üçün 5000 manat məbləğində pul lazım olmasını bildirmiş və o da Raqiflə razılaşmışdır. İlkin olaraq Raqifə Sumqayıt şəhərində yerləşən «Kontak Home» mağazasının qarışısında 3000 manat məbləğində pul vermişdir. Pulu verən zaman yanlarında heç kim olmamışdır. Raqif pulu aldıqdan sonra kağıza öz yazısı ilə pulu alması barədə yazı yazmış və imzalamışdır. Sonra FHN-nin kodunu yazmışdır. Raqiflə sağollaşıb evə gəlmişdir. Bundan sonra o, Raqiflə tez-tez əlaqə saxlayaraq məsələnin nə yerdə olması ilə maraqlanmış, Raqif də hər dəfə müxtəlif bəhanələrlə işin həll olunacağını bildirmişdir. Sonra Raqif ona hesab nömrəsi ataraq pulları o hesaba göndərməsini demiş, o da xx.xx.2002-ci ildə 202 manat, xx.xx.2022-ci ildə 101 manat, xx.xx.2022-ci ildə 31 manat, xx.xx.2022-ci ildə 201 manat, xx.xx.2022-ci ildə 21 manat, xx.xx.2022-ci ildə 31 manat, xx.xx.2022-ci ildə 30 manat və sonuncu dəfə isə xx.xx.2022-ci ildə 46 manat göndərmiş və göndərdiyi pulların çeklərini isə özündə saxlamışdır. Raqif ona qardaşının xx.xx.2020-ci ildə işə çıxacağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, qardaşının işinin alınmadığını görmüş və Raqifin onu aldatmasını anlamışdır. Raqifə zəng edərək pulları geri qaytarmasını tələb etmiş, lakin Raqif nə pulları qaytarmamış, nə də ki, qardaşını işə düzəltməmişdir. Raqif onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq etdiyi üçün ondan hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Müraciəti araşdırılmış və Raqif barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış, həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin ibtidai istintaqı yəkunlaşdıqdan sonra baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(002)-118/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmlə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh 2160 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-118/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçı 4200 manat pulunu ələ keçirərək dələduzluq etmiş, buna görə də Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı 4200 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-118/2023 saylı, 21 iyun 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, cinayət işi üzrə Cavabdeh vurmuş olduğu ziyandan 2160 manat ödəmiş, qalan 2060 manat pulu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş ziyanı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 2060 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2060 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1064/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1064/2024
09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver