Məhkəmə qərarları › İş №2(014)-1066/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1066/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1066/2023 21.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı ərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Proqram bazası”nda **********00187 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi istifadə etmiş, xx.xx.2019-cu il tarixdən isə hal-hazıra kimi PAUD MP 106 tipli zavod nömrəsi **********0 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Cavabdehla Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı və quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixinə 110,94 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən xx.xx.2023-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 3735,77 (üç min yeddi yüz otuz beş manat, yetmiş yeddi qəpik) manat təşkil edən 57661 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. İstehlak edilmiş elektrik enerjisinin 3735,77 (üç min yeddi yüz otuz beş manat, yetmiş yeddi qəpik) manat dəyərindən iddiaçı tərəfindən ödəniş edilmədiyi üçün cavabdehin xx.xx.2023-cü il tarixinə 870,17 (səkkiz yüz yetmiş manat, on yeddi qəpik) manat məbləğində ödənilməli olan debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 05 may 2023-ci il tarixli 8 №-li pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 870,17 (səkkiz yüz yetmiş manatş on yeddi qəpik) manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh məcburi köçkün olduğundan Azərbaycan Respublikası “ X2 işləri üzrə” Dövlət Komitəsi tərəfindən elektrik enerjisindən istifadəyə görə ailə üzvlərinin sayına uyğun olaraq (on iki nəfər) onun Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə hesabına ayrılmış limitə uyğun olaraq ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2016-ci il tarixdə Cavabdeh elektrik enerjisindən istifadə zamanı yaratmış olduğu 4803,82 (dörd min səkkiz yüz üç, səksən iki manat) manat məbləğində borc birtərəfli qaydada onun istehlakçı kodu üzrə hesabından silinmişdir. 2017-ci ilin yanvar ayından məcburi köçkünlərə elektrik enerjisindən istifadəyə görə ayrılmış limit dayandırılaraq ailə üzvlərinin sayına uyğun olaraq müavinətlə əvəz edilmişdir. Cavabdeh elektrik enerjisindən limitdən (300 kVt saat) artıq elektrik enerjisi istehlak etdiyinə görə xx.xx.2019-cu il tarixinə 947,17 manat məbləğində ödənilməli olan debitor borcu yaranmışdır. Cavabdeh yaşadığı evə xx.xx.2019-cu il tarixdə əvvəlcədən ödənişli “smart kart” sayğacı quraşdırılmışdır. Həmin tarixə onun elektrik enerjisindən istifadəyə görə 947,17 manat məbləğində ödənilməli olan debitor borcu olmuşdur. Sayğac quraşdırıldıqdan sonra sayğacın kartına yüklənmiş 144 manat məbləğinin 72 manatı onun borcunun ödənilməsinə yönəldildiyi üçün borc məbləği 870,17 manat təşkil etmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini komputer vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o, ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 870,17 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Ağdaş EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdsrı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında mılumatda öz təsdiqini tapır. Göstərilənlərə əsasən Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 870,17 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmısi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 614740 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 3-cü bəndinə əsasən məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşma quraşdırıldığı yerdən asılı olmayaraq hesablaşma yalnız elektrik sayğacının göstərişinə əsasən aparılır. Məişət abonenti ilə elektrik enerjisinə görə hesablaşmada elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. İşin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 614740 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin 4-cü bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,08 və 0,13 manat tarifləri üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli abunə haqqında arayışdan görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən Cavabdeh yaşadığı mənzilə 870,17 manat borc hesablanmışdır. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, 8 saylı pretenziya məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh elektrik enerjisindən istifadəyə görə borc ödənilmədiyi üçün xəbərdarlıq olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh elektrik enerjisinin istehlak etmiş və 870,17 manat borcu yaranmışdır. Hazırda iddiaçı həmin borcun cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 870,17 manat borc və 30,40 manat dövlət rüsumunun əvəzi, cəmi 900,57 (doqquz yüz manat, əlli yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 870,17 manat borc və 30,40 manat dövlət rüsumunun əvəzi, cəmi 900,57 (doqquz yüz manat, əlli yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar