Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1066/2024 16.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, Ağdaş rayonu, Kükəl kəndində ona məxsus ümumi paylı mülkiyyətdə onun yaşayış evi də daxil olmaqla daşınmaz əmlakı, torpaq sahəsi mövcuddur. Daşınmaz əmlaka dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq hazırda mülkiyyətindən istifadə etməyinə, giriş-çıxışına cavabdehlər tərəfindən müxtəlif əsassız bəhanələr gətirilərək suni maneələr yaradılır. Bugünə qədər cavabdehlərlə bir neçə dəfə problem yaşamışıq. Cavabdehlər tərəfindən ona qarşı suni maneələr yaradıldığı üçün onun öz əmlakındakı ev əşyalarından və həyətyanı sahədən xəbəri yoxdur, heç bir şəkildə maraqlana bilmir. Dəfələrlə cavabdehlərə məsələni sülh yolu ilə həll etməyi təklif etsəndə cavabdehlərlə heç bir razılığa gələ bilmirlər. Cavabdehlərlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. ********** qeydiyyat nömrəli, **********14- 10301 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş daşınmaz əmlakına giriş-çıxışına və ondan istifadə etməyinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahis edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddia ərizəsində göstərilənlərin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu, Kükəl kəndi ərazisində İddiaçı, X2 və X1 ümumi birgə mülkiyyətlərində 0,1654 hektar torpaq sahəsi və verilmişdir. X2 mülkiyyətində ümumi sahəsi 31,60 kvadratmetr olan fərdi yaşayış evi vardır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-35/2-3656/2024 saylı məlumatdan görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yerləşən 0,1654 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 31,60 kvadratmetr olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı yalnız 0,1654 hektar torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ vardır. Torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ olan digər mülkiyyətçilər X6 və X4r. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Kükəl kən İ.Ə.D üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 vəfat etdikdən sonra ona məxsus yaşayış evində arvadı Cavabdeh1 yaşayır, təsərüfatı özü idarə edir və istifadə edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli çıxarışa əsasən Ağdaş rayonu, Kükəl kəndi ərazisində İddiaçı, X2 və X1 ümumi birgə mülkiyyətlərində 0,1654 hektar torpaq sahəsi və verilmişdir. X2 mülkiyyətində ümumi sahəsi 31,60 kvadratmetr olan fərdi yaşayış evi vardır. Hazırda iddiaçı mülkiyyətinə verilmiş daşınmaz əmlakına giriş-çıxışına və ondan istifadə etməyinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr yaradıldığını bildirir. Bu da iddiaçının özünə məxsus əmlakından istifadə hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməli, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli çıxarışla iddiaçının paylı mülkiyyətinə verilmiş daşınmaz əmlakına giriş-çıxışına və ondan istifadə etməyinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli çıxarışla iddiaçının paylı mülkiyyətinə verilmiş daşınmaz əmlakına giriş-çıxışına və ondan istifadə etməyinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1066/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1066/2024
16.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver