Məhkəmə qərarları › İş №2(014)-107/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-107/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-107/2023 17.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi X2 oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiаçı BOKT "xxxx" MMC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «borc» tələbinə dаir işə 17 aprel 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı BOKT "xxxx" MMC cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat əsas borc, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcun və ödənilmiş 49.72 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən borcluya illik faiz dərəcəsi 28.50% olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 115.96 (yüz on beş 96 qəpik) AZN olmaqla, cəmi 5565.82 (beş min beş yüz altmış beş 82 qəpik) AZN məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1134.46 (bir min bir yüz otuz dörd 46qəpik) AZN (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişlər. Borclular bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, yuxarıda göstərilən Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclular kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, borclular kreditorun xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludurlar. Belə ki, 20 oktyabr 2022-ci il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borcluların bu günə 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat əsas borc, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcu yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 14 iyul 2021-ci il tarixində ZMAgFQK-2478 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin iddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiаçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, qeyd olunan kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür. Həmin kredit üzrə fazilər çox olduğuna görə kreditini ödəyə bilməmişdir. Kredit borcunu ödəyəcəyini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-in 185.5-ci mаddəsinə əsаsən cаvаbdеh Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiаçı nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli 207/QK saylı maliyyə arayışından məlum olur ki, borclu Cavabdeh2 əsas borc üzrə 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 28.50 % olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) AZN məbləğində kredit verilmişdir. İş materialları ilə müəyyən edilir ki, 14 iyul 2021-ci il tarixli ZMAgFQK-2478 saylı zaminlik müqaviləsinə əsasən BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş 24 may 2022-ci il tarixli son bildirişdən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 vaxtı keçmiş qalıq kredit borcunun tez bir zamanda ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun məcburi icrası ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1896/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “ Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/245 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 14 iyul 2021-ci il tarixli, AgFQK-2478 saulı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 20 dekabr 2022-ci il tarixinə BOKT "xxxx" MMC olan borcu 3287.16 manat müəyyən edilir. O cümlədən əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, BOKT "xxxx" MMC tərəfindən borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etdikdən sonra Cavabdeh2 üç dəfə (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 tarixlərdə) ödəniş etmişdir. Hal-hazırda borclular Cavabdeh2 və zamini Cavabdeh1 BOKT "xxxx" MMC-nə əsas borc 2871.59 manat, faiz borcu üzrə 1159.77 manat, cərimə üzrə 2.62 manat və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4083.70 (dörd min səksən üç manat 70 qəpik) manat məbləğində qalıq borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh2 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh2 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh1 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, Azərbaycan Respublikası “ Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/245 saylı ekspert rəyini nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada oğlundan əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat olmaqla cəmi 3287.16 (üç min iki yüz səksən yeddi manat on altı qəpik) manat pul və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada oğlundan əsas borc üzrə əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat olmaqla cəmi 3287.16 (üç min iki yüz səksən yeddi manat on altı qəpik) manat pul və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar