Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-108/2025 10.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qəsdən törədilmiş yanğın nəticəsində İddiaçı avtomobilinə vurulmuş 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat ziyan və iddiaçı tərəfindən ödənilmiş 58.50 (əlli səkkiz manat, əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Kotanarx kəndində yaşayır. Etibarnamə ilə “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Ağdaş şəhərindən Kotanarx kəndinə gedən zaman Ağdaş-Ləki avtomobil yolundan Nehrəxəlil kəndinə dönmək üçün təxminən 25-30 metrə qalmış sola dönmə işığını yandırmış, önə və yan güzgülərdən arxaya baxmışdır. Təxminən 80-100 metr arxada avtomobilin gəldiyini görüb, düz yolayrıcına çatdıqda artıq sürətini tam dayanma həddinə çatdırmışdır. Artıq sola doğru dönməyə başlamış, əks istiqamətli hərəkət zolağına olan zaman arxadan gələn avtomobil idarə etdiyi avtomobilin sol arxa hissəsindən vurmuşdur. Daha sonra idarə etməni itirərək yoldan çıxıb kənarda olan tikiliyə dəymiş və dayanmışdır. Həmin zaman müxtəlif bədən nahiyyələridən xəsarət almışdır. Həmin zaman sürücü və ətrafda olan şəxslər oraya yığışmış, 103 xidmətinə məlumat verilmiş, TTY maşını oraya gəlmiş və onu Ağdaş RMX-ya aparmışdır. Orada ona ilkin tibbi yardım olunmuş, daha sonra Ağdaş RMX-da sərxoşluğu yoxlanılmış və ayıq vəziyyətdə olmağı müəyyən edilmişdir. Hadisə vaxtı sərxoş olmamışdır. Bundan sonra “X2 Xidmət Stansiyası” MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 44 nömrəli aktda qeyd olunmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 1935.50 (min doqquz yüz otuz beş manat, əlli qəpik) manat, təmir xərci isə 1910 (min doqquz yüz on) manat təşkil edir. Ağdaş rayonu PŞ-nin İB-nin müstəntiqinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin DYPByə göndərilməsi qərara alınmışdır. Belə ki, onun əməlləri nəticəsində iddiaçının əmlakına ümumilikdə 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat ziyan dəymişdir. Həmin vurmuş olduğu 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat ziyanı Cavabdeh tələb etsə də, həmin ziyanı ödəməkdən imtina edir. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən avtomobilinə vurulmuş 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh heç bir ödəniş etməmişdir, onunla razılığa gələ bilməmişlər. Cavabdeh tərəfindən ona vurulan ziyanın ödənilməsini tələb edir. Ona görə də iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 12 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaya münasibət bildirərkən işin ekspertizaya getməsini və dəymiş ziyanın dəqiqləşdirilməsini tələb etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan “X2 xidmət Stansiyası” MMC tərəfindən verilmiş 1 avqust 2024-cü il tarixli, 44 saylı Aktın surətindən görünür ki, avtomobilin təmir xərci 1910 (min doqquz yüz on) manat təşkil edir. Ümumilikdə avtomobilə dəyən ziyan 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat təşkil edir. Avtomobilin ehtiyat hissələrinin qiymətləri pərakəndə satış qiymətləri isə götürülmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilən 03 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Ağdaş rayonu PŞ-nin İB-nin müstəntiqinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 3-16-16/2-9/317/2025 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qərardadla birlikdə göstərilən “X2 Xidmət Stansiyası” MMC tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən avtohissələrin (Lada) satışı bazarlarında olan 10qiymətlər nəzərə alınmaqla 1982-ci il buraxılışlı “VAZ1063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3176.00 (üç min yüz yetmiş altı) manat müəyyən edilir. O cümlədən, dəyişdirilməli hissələrin qiyməti-1716.00 (min yeddi yüz on altı) manat, təmir-bərpa işlərinin qiyməti- 1460.00 (min dörd yüz altmış) manatdır. Qüsur aktında qeyd edilən 10 adda ehtiyat hissəsinin adı haqqında ətraflı məlumat tam aydın şəkildə oxunmadığından tədqiqat aparmaq mümkün olmadı. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə üzvləri ilə birlikdə Ağdaş rayonu Kotanarx kəndində yaşayır. Etibarnamə ilə “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Ağdaş şəhərindən Kotanarx kəndinə gedən zaman Ağdaş-Ləki avtomobil yolundan Nehrəxəlil kəndinə dönmək üçün təxminən 25-30 metrə qalmış sola dönmə işığını yandırmış, önə və yan güzgülərdən arxaya baxmışdır. Təxminən 80-100 metr arxada avtomobilin gəldiyini görüb, düz yolayrıcına çatdıqda artıq sürətini tam dayanma həddinə çatdırmışdır. Artıq sola doğru dönməyə başlamış, əks istiqamətli hərəkət zolağına olan zaman arxadan gələn avtomobil idarə etdiyi avtomobilin sol arxa hissəsindən vurmuşdur. Daha sonra idarə etməni itirərək yoldan çıxıb kənarda olan tikiliyə dəymiş və dayanmışdır. Həmin zaman müxtəlif bədən nahiyyələridən xəsarət almışdır. Həmin zaman sürücü və ətrafda olan şəxslər oraya yığışmış, 103 xidmətinə məlumat verilmiş, TTY maşını oraya gəlmiş və onu Ağdaş RMXya aparmışdır. Orada ona ilkin tibbi yardım olunmuş, daha sonra Ağdaş RMX-da sərxoşluğu yoxlanılmış və ayıq vəziyyətdə olmağı müəyyən edilmişdir. Hadisə vaxtı sərxoş olmamışdır. Bundan sonra “X2 Xidmət Stansiyası” MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 44 nömrəli aktda qeyd olunmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 1935.50 (min doqquz yüz otuz beş manat, əlli qəpik) manat, təmir xərci isə 1910 (min doqquz yüz on) manat təşkil edir. Ağdaş rayonu PŞ-nin İB-nin müstəntiqinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Belə ki, onun əməlləri nəticəsində iddiaçının əmlakına ümumilikdə 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat ziyan dəymişdir. Hazırda İddiaçı Cavabdeh onun xeyrinə 3845.50 (üç min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat və 58.50 (əlli səkkiz manat, əlli qəpik) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli, 3-16-16/2- 9/317/2025 saylı rəyindən məlum olur ki, 1982-ci il buraxılışlı “VAZ1063” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli hissələrin qiyməti-1716 (bir min yeddi yüz on altı) manat, təmir-bərpa işlərinin qiyməti - 1460 (bir min dörd yüz altmış) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 3176 (üç min bir yüz yetmiş altı) manat məbləğində dəymiş ziyan və 51,76 (əlli bir manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3176 (üç min bir yüz yetmiş altı) manat məbləğində dəymiş ziyan və 51,76 (əlli bir manat, yetmiş altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-108/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-108/2025
10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver