Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1082/2021 16.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Cavabdeh1 oğlunun iştirakı ilə, İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qаrşı «kredit borcunun qaytarılması» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2 qаrşı «kredit borcunun qaytarılması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dollarıbundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30.40 ( otuz manat 40 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 111.LN.2102.170118.00001 saylı 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi əsasən cavabdehə 16 ay müddətinə illik 16.08 (on altı tam və yüzdə səkkiz) faiz dərəcəsi ilə 5745.78 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 17 yanvar 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilələrin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar.Borcun ödənilməsi barədə Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********341saylı, 08.02.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyanının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabehlər onlara vermiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 oğlunun 12.01.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dolları-bundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi Xaqani Xıdırzadə məhkəməyə teleqram ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, 111.LN.2102.170118.00001 saylı 17 yanvar 2018-ci il tarixli kredit müqaviləsi əsasən cavabdehə 16 ay müddətinə illik 16.08 (on altı tam və yüzdə səkkiz) faiz dərəcəsi ilə 5745.78 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə borcu əvvəllər ödəsə də, sonradan ödəyə bilməmişdir. Hazırda borc məbləği ilə razı deyil belə ki, bank tərəfindən faiz borcu süni olaraq şişirdilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının teleqramını nəzərə alaraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilsin. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.CL.070118.00001/a, saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli 111.CL.070118.00001/b, saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC Gəncə filialı tərəfindən verilmiş 22 yanvar 2021ci il tarixli **********109 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 17 yanvar 2018-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək Banka əsas məbləğ üzrə borc cəmi 1955 ( bir min doqquz yüz əlli beş) ABŞ dolları-bundan 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 655 (altı yüz əlli beş) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən 08 fevral 2021-ci il tarixli **********341 saylı xəbərdarlıq məktubundan məlum olur ki, kredit borcunu 3 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya MƏhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “xxxx” ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC X2 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 655 ABŞ dolları dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaldaraq 100 ABŞ dolları məbləğində etməyi məqsədə müvafiq hesab edir. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 yanvar 2018-ci il tarixli 111.LN.2102.170118.00001 saylı kredit müqaviləsi üzrə 1173 (bir min yüz yetmiş üç) ABŞ dolları əsas, 31 (otuz bir) ABŞ dolları faiz, 100 (yüz) ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 96 (doxsan altı)ABŞ dolları faiz borcu, cəmi 1400 (bir min dörd yüz) ABŞ dolları məbləğində borc (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30.40 mаnаt məbləğində dövlət rüsumu, xx xxxxx 1972-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, H.Əliyev pr-58-də yaşayan Cavabdeh1, xx xxxx 1972-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, N.Nərimanov küç-3/4-də yaşayan X1 və 02 avqust 1952-ci il tarixdə Ağdaş rayonu Pirkəkə kəndində anadan olmuş, Ağdaş rayonu Pirkəkə kəndində yaşayan Cavabdeh3 müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1082/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1082/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver