Məhkəmə qərarları › İş №2(014)-1104/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1104/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1104/2021 19.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində olan Ağdaş rayonu Nehrəxəlil kəndində yerləşən fərdi yaşayış evinin həyətində tikilmiş 69.5 kvadrat metr təsərrüfat tikilisini Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin müdiri-baş memar Cavabdeh şəxsi ambisyası hesabına vəzifəsindən sui-istifadə edərək xüsusi mülkiyyətində olan təsərrüfat tikilisinin sökülməsinə qanunsuz göstəriş verməsi nəticəsində onun təsərrüfat tikilisinə vurduğu maddi ziyan kimi 7000 min manat və sahibkarlıq fəaliyyyətinə əngəl yaradılması nəticəsində onun götürəcəyi 15000 manat gəlirdən məhrum edilməsini nəzərə alaraq ondan 15000 manat, cavabdehin vurduğu mənəvi ziyana görə 50.000 manat olmaqla ümumilikdə 72.000 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, AR MPM-nin AR MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilir ki, “Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 7.1-ci bəndində göstərilir ki, inzibatı orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibatı orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR “İnzibati İcraat” haqqında qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri ( hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbyacan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. ( AR İİ Qanun maddə 89.2 ) AR İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələr dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan”tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edilməsi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 153, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddiaçıya izah edilsin ki, müvafiq tələblə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə təqdim edildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar