Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1107/2022 22.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehn oğluna qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehn oğluna qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdehn oğluna qarşı alimentin miqdarının artırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-679/2020 saylı məhkəmə qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdehn oğlundan X6 xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılmış, Cavabdehn oğlundan qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X8 18 yaşına çatana qədər onların saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulması qət edilmişdir. Yaş keçdikcə uşaqların gündən günə ehtiyacları çoxalır, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)- 679/2020 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir. Həmçinin “Aərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İlkin olaraq alimentin artırılması barədə mediasiya qaydasında cavabdeh ilə razılığa gəlmək istəsə də, cavabdeh tərəf buna razılıq verməmişdir. Buna görə də alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, aliment tələbinə dair Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)- 679/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına və cavabdehlə birgə nikahlarından anadan olmuş 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat miqdarında alimentin Cavabdehn oğlundan alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdehn oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X4 atası Cavabdehn oğlu, anası X5r. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdehn oğlu ilə X7 arasında bağlanmış nikah pozularaq Ağdaş rayon Qeydiyyat şöbəsində 14 may 2016-cu il tarixdə 45 nömrəli akt qeydi ilə qeydə alınmış, X1 qəbul etmişdir. İşdə olan 03 iyun 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiyada iştirak etmiş, lakin Cavabdehn oğlu mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-679/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdehn oğlundan X6 xeyirinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarı artırılması, Cavabdehn oğlundan qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 24 sentyabr 2009-cu il tarixdə anadan olmuş X11 və 19 mart 2012-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X6 xeyrinə hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimenti ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə tərəflərin maddi və ailə vəziyyəti, hər iki valideynin uşaqlarını saxlamağa borclu olması, uşaqların mənafeyi və 01 yanvar 2022-ci il üçün uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər uşaqların saxlanılmaları üçün hər ay hər biri üçün 150 manat aliment tutulmalıdır. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət mədaxilinə keçirilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli Plenum Qərarı nəzərə alınaraq aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdehn oğlundan İddiaçı xeyrinə uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdehn oğlundan qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 24 sentyabr 2009-cu il təvəllüdlü X10 və 19 mart 2012-ci il təvəllüdlü X4 18 yaşına çatana qədər saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat aliment tutulsun. Cavabdehn oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1107/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1107/2022
22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver