Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1121/2025 09.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X16 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat borcun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5070 manat pulun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh onun kürəkənidir. 2024-cü ilin yanvar ayında cavabdeh sərnişin daşıma yolu ilə pul qazanaraq ailəsinin çətin maddi vəziyyətini yaxşılaşdırmaq üçün Mercedes “Vito” markalı minik avtomobili almaq fikrində olduğunu, lakin bunun üçün lazım olan pulun bir hissənin çatışmadığını bildirərək ona 5000 (beş min) manat borc pul verməyi xahiş etmiş və onu əmin etmişdir ki, əgər o cavabdehə borc verərsə, həmin borcu fevral ayından başlayaraq hissə-hissə ayda 500 (beş yüz) manat olmaqla 2024-cü ilin sonuna qədər və ya 2025-ci ilin fevral ayında birdəfəlik ödəməklə qaytaracaqdır. Onda cavabdehin istədiyi qədər pul olmadığından bacısı X1 borc alaraq cavabdehə 5000 (beş min) manat məbləğində pul vermişdir. Cavabdeh pulu 2024-cü ilin sonuna qədər qaytarmağa söz verməsinə baxmayaraq qeyd edilən tarixə qədər ona heç nə ödəmədiyindən, həmçinin cavabdehin ondan başqa digər şəxslərdən də pul alaraq mənasız yerə xərcləyib çətin maddi vəziyyətə düşməsindən xəbərdar olduğundan ondan borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh maddi vəziyyətlinin ağır olması səbəbindən pulunu verə bilməyəcəyini və ona bir az da möhlət verməyi xahiş edərək, 2025-ci ilin fevral ayında borc verdiyi pulun hamısını ona qaytaracağını söz vermişdir. Dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmişdir. Qeyd edilən səbəbdən o ağır maddi vəziyyətə düşmüş və pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etməyə məcburdur. İddiaçının cavabdehə 5000 (beş min) manat pul verməsi və həmin pulu 2025-ci ilin fevral ayında qaytarmağı vəd etdiyinin sübutu kimi, iddiaçı iddia ərizəsinə onunla arasında baş tutmuş telefon danışığını özündə əks etdirən DVD-disk əlavə edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən 5000 (beş min) manat borcdan 500 (beş yüz) manat hissəsi ona qaytarmış, lakin qalan borcu qaytarmamışdır. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh iddiaçının keçmiş kürəkənidir. Məhkəməyə təqdim edilmiş CD diskdə olan cavabdehin borcun etiraf etməsi səs yazısında da açıq aşkar görünür. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşı, İddiaçı isə qardaşının qaynanasıdır. Gülşənin Söhraba qarşı qaldırdığı iddia tələbi ilə tanış olmuşdur. Belə ki, Gülşənin qızı Ruhanə ilə onun qardaşı Söhrab evli olan zaman Gülşən Söhraba 5000 manat borc pul vermişdir. Qardaşı həmin pula maşın alaraq ailəsinin dolanışığını təmin edirdi. Söhrab ilə Ruhanə boşandıqdan sonra Gülşən borcunu qardaşı Söhrabdan geri tələb etmişdir. Qardaşı da özünə məxsus avtomobili sataraq, həmin puldan qaynanası Gülşənə vermişdir. Bundan başqa qardaşı Söhrab iddiaçının qızına aylıq 470 (dörd yüz yetmiş) manat aliment ödəyir. Qardaşı Söhrabla iddiaçının qızı boşandıqdan sonra iddiaçı verdiyi 5000 (beş min) manat pulu qardaşından istəmişdir. Qardaşı da həmin borcdan 2500 (iki min beş) manat iddiaçının qızının və özünün kartına göndərmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, İddiaçı anası, Cavabdeh isə keçmiş əridir. Əri Söhrab maşın almaq üçün anasından 5000 (beş min) manat borc almışdır. Daha sonra Söhrab ilə boşandıqdan sonra anasına olan borcunu qaytarmamışdır. Anasına vermək üçün Söhrab özü onun kartına 2000 manat və 500 manat pul göndərmiş, o da həmin pulları birgə nikah dövründə əldə etdiyi kredit üzrə ödənişləri etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 21 mart 2025-ci il tarixdə X2 X15 Məntəqəsindən Moskva şəhərinə səfər etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: CD dsikdə olan səs yazıları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh bacısı X1 alaraq ona verdiyi 5000 (beş min) manat pulu qaytarmasını tələb edir. Qəbzlərdən görünür ki, İ***** G***** Ə***** qızına aid 416973******2257 nömrəli kart hesabına ayrı-ayrılıqda 100 (yüz) manat olmaqla ümumilikdə 500 (beş yüz) manat məbləğində pul köçrülmüşdür. Qəbzlərdən görünür ki, R***** R***** E***** qızına aid 523915******2915 nömrəli kart hesabına 15 avqust 2024-cü il tarixdə 500 (beş yüz) manat, 15 avqust 2024-cü il tarixdə 2000 (iki min) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul köçrülmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli, 2(010)- 4453/2024 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X11 ilə maraqlı şəxs Cavabdeh arasında 31 may 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi, tərəflər kimi çıxış edən X11 və Cavabdeh 07 noyabr 2012-ci il tarixdə, № 64 nömrə ilə qeydə alınmış nikahın əlavə vaxt verilmədən məhkəmə qaydasında pozulmasına etiraz etmirlər, ikinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 24 avqust 2013-cü il təvəllüdlü X12 və 23 dekabr 2018-ci il təvəllüdlü X8 anaları X4 yanında qalmalarına etiraz etmirlər, ikinci tərəf kimi çıxış edən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 24 avqust 2013-cü il təvəllüdlü X12 və 23 dekabr 2018ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimenti məhkəməyə müraciət etdiyi tarixdən etibarən hər ayın 1-dən 5-dək birinci tərəf kimi çıxış edən X4 adına olan bank hesabına ödəməyi öz öhdəsinə götürür, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq ərizəçi X7 ödənilməsi qət edilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 70 (yetmiş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı keçmiş kürəkəni Cavabdeh avtomobil almaq üçün bacısı X1 5000 (beş min) manat borc alaraq vermişdir. Həmin pulun cavabdeh tərəfindən alınması iddiaçı ilə cavabdehin aralarında olan telefon danışıqları, eləcə də, şahidlər Şahid2 və Şahid1 ifadələri ilə zamanı tam sübuta yetmişdir. Daha sonra Cavabdeh həmin borcdan iddiaçıya aid 416973******2257 nömrəli kart hesabına ayrı-ayrılıqda 100 (yüz) manat olmaqla ümumilikdə 500 (beş yüz) manat məbləğində pul köçürmüş, lakin qalan 4500 (dörd min beş yüz) manat pulu iddiaçıya qaytarmamışdır. Hazırda iddiaçı qalan pulun geri qaytarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh keçmiş arvadı Şahid1 istifadəsində olan R***** R***** E***** qızına aid 523915******2915 nömrəli kart hesabına 15 avqust 2024-cü il tarixdə 500 (beş yüz) manat, 15 avqust 2024-cü il tarixdə 2000 (iki min) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulu iddiaçıya verməsi məqsədilə köçürmüşdür. Cavabdeh keçmiş arvadına pulu iddiaçıya çatdırmaq məqsədilə göndərsə də, öhdəliyin icrası başa çatmayaraq öhdəlik icra olunmamışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İşin faktiki halları ilə iddiaçının 4500 manat pul vəsaitinin cavabdehdə olması müəyyən edilmişdir. Yəni cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pul vəsaitini özündə saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və 65 (altmış beş) ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosesuаl Məcəlləsinin: 67-1.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 16(014)-19/2025 nömrəli qərardadından görünür ki, İddiaçı Əhmədiyyə qızının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmаsı bаrədə ərizəçi X5 tərəfindən verilmiş ərizənin təmin edilməsi, İddiaçı Əhmədiyyə qızının Azərbаycаn Respublikаsının dövlət büdcəsinin vəsаiti hesаbınа vəkillə təmin olunması, qərаrdаdın icrаsının Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsinə dair qərar qəbul edilmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ağdaş rayon vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı İddiaçı hüquqlarının müdafiəsinə 25 saat 30 dəqiqə vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 216 (iki yüz on altı) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və 65 (altmış beş) ödənilmiş dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 216 (iki yüz on altı) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1121/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1121/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver