Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1132/2020 11.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh2 Veyis qızının və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Veyis qızı və Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Veyis qızı və Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xx xxxx 2016-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində vəfat etmiş X3na məxsus olub cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan 0.28 hektar həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən istifadə qaydalarının həyətə giriş tərəfdən 3-cü otağından onun və ailə üzvlərinin, yaşayış sahəsinin yardımçı sahələrindən isə cavabdehlərlə birgə istifadə etməklərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1981-ci ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuşdur. X1, Cavabdeh2 Veyis qızı olmuşdur. 1998ci ildə avtomobil qəzası zamanı o yük avtomobilindən yıxılaraq ağır xəsarət almış və hazırda 1-ci qrup əlildir. Əlil arabasından istifadə edir. xx xxxxxxx 2005-ci ildə Göyçay şəhər sakini X14 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahından xx xxxx 2006-cı ildə Səma və xx xxxxxx 2016-cı ildə isə Amin adlı iki uşağı anadan olmuşdur. Toyundan bir müddət sonra mərhum atası və digər ailə üzvlərinin razılığı ilə o və həyat yoldaşı mübahisəli yaşayış evində yaşamışlar. Sonra onlar müvəqqəti olaraq başqa yaşayış evində yaşamışlar. Həmin ev yaşayış üçün yararsız olduğuna görə şəxsən cavabdehlərin razılığı ilə ailə üzvləri ilə birlikdə bu ilin mart ayında mübahisəli yaşayış evinə köçmüşlər və bütün əmlaklarını həmin evə yerləşdirmişlər. Fərdi yaşayış evinin bir otağından (dördüncü otağından) atası və cavabdeh olan anası, həyətə girişdən birinci iki otağından qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə, onların yaşadıqları otaqların ortasında yerləşən bir otağından isə o ailə üzvləri ilə birlikdə istifadə edirlər. İstifadə etdiyi otağın qapısı birbaşa ümumi istifadələrində olan eyvana açılır. Eyvandan həyətə iki pilləkən quraşdırılmışdır. Mərhum atası sağlığında qardaşının istifadə etdiyi sahə üçün təbii qaz və elektrik xəttini ayıraraq özlərinə və qardaşı üçün ayrıca sayğac quraşdırmışdır. Anası, o və ailə üzvləri hazırda anasının yaşadığı evə çəkilmiş elektrik xəttindən istifadə edirlər. Torpaq islahatı zamanı fərdi yaşayış evinin yerləşdiyi 0.28 hektar torpaq sahəsi Ağdaş rayon X7 xx xxxxxx 1997-ci il tarixli 14 nömrəli qərarı ilə mərhum X3nun, onun, mərhum qardaşı X5 və cavabdehlər Cavabdeh2 Veyis qızının və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmişdir və bu barədə adlarına xx xxxxxx 2006-cı ildə 4/161 qeydiyyat nömrəsi ilə kitabda qeydə alınmış JN-174A, kod 90321018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. X3 xx xxxx 2016-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində vəfat etmişdir. Hazırda cavabdehlər onu və ailə üzvlərini həmin evdən çıxarmaq istəyirlər. O, yaşayış evində anadan olmağını, ailə qurduqdan bir müddət sonra həmin evə mərhum atasının və şəxsən cavabdehlərin razılığı ilə qeyd-şərtsiz köçürülməyini, mərhum atasının ölümündən sonra qanun üzrə birinci növbə vərəsə olmağını, yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçisi olmağını, mübahisəli yaşayış evinin atasına düşən hissəsinə mülkiyyət hüququ gözlənildiyini, bununla da onun və ailə üzvlərinin artıq mübahisəli yaşayış sahəsindən istifadə hüququ qazanmaqlarını cavabdehlərin nəzərinə çatdırsa da, onunla razılaşmırlar. Göründüyü kimi, faktiki olaraq qanun üzrə birinci növbə vərəsə olduğuna, mübahisəli yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətə verilmiş 0.28 hektar həyətyanı torpaq sahəsində payı olduğundan və hələ mərhum atasının sağlığında ailə üzvlərinin şəxsən özlərinin razılığı ilə həmin evə köçərək orada uzun müddət birgə yaşadıqlarından o və ailə üzvləri həmin evdən istifadə hüququ qazanmışlar. Cavabdehlərlə onun ailəsinin həmin evdə yaşayış sahəsindən istifadə qaydalarını necə müəyyən etməklə əlaqədar aralarında mübahisə yarandığından onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 Veyis qızı məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı onun qızıdır. xx xxxxxxx 2005-ci ildə Göyçay şəhər sakini X14 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahından xx xxxx 2006-cı ildə Səma və xx xxxxxx 2016-cı ildə isə Amin adlı iki uşağı anadan olmuşdur. İddiaçı ailə qurduqdan bir müddət sonra köçüb ayrı yaşamışlar. 2020-ci ilin mart ayından iddiaçı ailəsi ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evlərinin təmir edilib qurtarmasınadək onlarda qalmaq istədiyini bildirmiş, həmin vaxtdan hal-hazırkı vaxtadək onlarla birlikdə yaşayır. Evin hər hansı rəsmi sənədi yoxdur. İddiaçıya fərdi yaşayış evindən istifadəsinə maneçilik törədilməmiş, yaşayış evi faktiki təcrid edilməklə bir hissəsi onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Son zamanlar kürəkəni ilə bağlı aralarında narazılıq yaranmışdır. Cavabdeh2 Veyis qızı məhkəmədən iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 Veyis qızının izahatına uyğun izahat verərək iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o da ailəsi ilə bir yerdə həmin evdə yaşayır. İddiaçı və onun ailəsinə həmin evdən istifadə edilməsinə heç bir maneə yaradılmır, əksinə qaldıqları yer faktiki təcrid olunmaqla onun ayırıca girişi vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon ƏSMM tərəfindən verilmişxx xxxxxx 2005-ci il tarixli 023631 saylı vəsiqənin surətindən məlum olur ki, X9 ömürlük birinci qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx xxxx 2020-ci il tarixli 207 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı hal-hazırda mərhum X3na məxsus fərdi yaşayış evində yaşayır. Təsərrüfatbaşına uçot kitabında mərhum X8 adına 0.28 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN-174A (kod 90321018) saylı surətindən məlum olur ki, 0.28 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X13, Cavabdeh2 Veyis qızı, Cavabdeh1, X12 və X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2006-cı il tarixli AZ-İ 727073 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X17 xx xxxx 2006-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-cı il tarixli AZ-İ 143309 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X18 xx xxxxxx 2016-cı il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X4, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd İ/N-yi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ-T 025233 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 ilə İddiaçı arasında bağlanmış nikaha xx xxxxxx 2005-ci il tarixdə 14 saylı akt tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1981-ci il tarixli Vİİİ-ЖГ 316792 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X9 xx.xx.1981-cı il tarixdə Ağdaş rayon, Qolqəti kəndində doğulmuşdur. X3, anası Cavabdeh2 Veyis qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli AZ-İ 815158 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 223 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı ifadəsində olan həyətyanı torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli və 3 otaqdan ibarət fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qolqəti kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 222 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini X10 və Cavabdeh1 birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli və 2 otaqlı fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 28 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakini İddiaçı istifadəsində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 27 saylı arayışdan məlum olur ki, Qolqəti kənd sakinləri X10 və Cavabdeh1 birgə mülkiyyətlərində 0.28 ha həyətyanı torpaq sahəsi vardır. Məhkəmə işə baxarkən ilk növbədə cavabdehin mübahisəli mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair məsələnin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun subyektiv hüququ olub-olmamasını, həmçinin cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququnun (və ya istifadə hüququnun) olub-olmaması məsələsini araşdırılmalıdır. Belə ki, hazırki hüquqların mövcud olmadığı halda istifadə qaydalarının müəyyən edilməsi məhkəmə qaydasında həll edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından və tərəflərin izahatından məlum olur ki, iddiaçı və cavabdehlərin yaşadıqları fərdi yaşayış evi onların və digər şəxslərin birgə mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, o rəsmi dövlət qeydiyyatından keçməməklə özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (AR MM 180.1; 180.2 ) Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (AR MM 139.1 ) Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, mübahisəli yaşayış evi hazırki vəziyyətdə hüquqi statusuna görə daşınmaz əmlak hesab edilmədiyindən, iddiaçı və cavabdehlərin həmin yaşayış evinə mülkiyyət və istifadə hüquqları yaranmadığından iddiaçının “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə dair “ iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 10 (on) manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Veyis qızı və Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1132/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1132/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver