Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1137/2020 26.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı süni maneələrin aradan qaldırılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılması cavabdeh X9 tərəfindən yaradılan suni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum atası X10 1994-cü ildə vəfat etmişdir. Mərhum sağlığında notariat kontorunda vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə imzalamışdır. Ancaq bugünədək mərhuma məxsus əmlak payına miras bölgüsünə dair heç bir vərəsəlik işi açılmamışdır. Bu səbəbdən də mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı həmin torpaq sahəsinə adına çıxarış almaq üçün DƏDRX-ə müraciət etmişdir. Müraciətinə əsasən DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülmsi üçün mühəndis göndərilmişdir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda yaşayan X9 tərəfindən torpaq sahəsinin müayinəsinə maneə törədilmiş və şərait yaradılmamışdır. Halbuki cavabdehin həmin torpaq sahəsinə dair heç bir mülkiyyət hüququ yoxdur. Cavabdeh mühəndisi həyətyanı sahədə ölçü işləri aparmağa imkan verməmiş,yəni onlara qarşı müayin və ölçü işləri aparmağa suni maneələr törətmişdir. Bu səbəbdən də torpaq sahəsində inventarlaşma işərinin aparılması mümkün olmamışdır. DƏDRX-in 17 saylı ərazi idarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli **********92 saylı məktubla torpaq sahəsinin hüquqi sənədləşdirilməsi üçün müraciətindən imtina edilmişdir. Bütün bunlara görə cavabdehin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə çıxarış ala bilməmişdir. Mərhum atası X6 məxsus əmlak payına vərəsəlik və miras bölgüsünə dair heç bir vərəsəlik işi görə bilməmişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün müvafiq tələblə məhkəməyə müraciət etmək mcburiyytində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək cavabdehin ona torpaq sahəsini həmçinin üzərində yerləşən fərdi yaşayış evinə dair sənədləşməyə suni mane yaratdığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfindən iddiaçıya hər hansı bir maneçilik törədilmir. Bildirmək istəyir ki, tək yaşadığı üçün tez-tez qohum əqrabası onu görməyə gəlir və onlar ola bilsin ki, iddiaçıya mançilik törətmişlər. Həmçinin qeyd edir ki, həyətlərinə gələn reyestr xidmətinin işçilərinə heç bir maneçilik törədilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X12 xx xxxx 2020-ci il tarixli ərizəçi İddiaçı göndərdiyi məktubdan görünür ki, X3 və İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2017-ci il tarixli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2017-ci il tarixində ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə özəl mərzçəkən K.Əhmədov ərizədə qeyd olunan ünvana getmişdir. Lakin müayinə zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinin yaşayış otaqlarının biri başqa vətəndaşlar tərəfindən yaşamaq məqsədi ilə istifadə edilir və həmin vətəndaşlar inventarlaşma işlərinin aparılmasına imkan verməmişlər. Fərdi yaşayış evinin otaqlarından birini kirayə verən Cavabdeh ilə ev üzərində mübahisənin olduğu məlum olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilmişdir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, Ağdaş şəhəri, Əsgər küçəsi, ev 15-də yerləşən 5 otaqlı ümumi sahəsi 166 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətindədir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyətinin xx xxxx 1992-ci il tarixli vətəndaşın evinin şəxsi mülkiyyətə qaytarılması barədə sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ÇİUMK-un xx xxxxx 1990-cı il tarixli 2n7 246 nömrəli qərarı ilə Föqaladə Üçlüyün X2 barəsində xx xxxxxx 1931-ci il tarixli qərarı ləğv edilərək ona bəraət verilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq Ağdaş şəhəri, Qızıl Əgər küçəsi 15 nömrəli ev mərhum X1 şəxsi mülkiyyətinə qaytarılmışdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ağdaş şəhəri, Q.Əsəgər küçəsi 15 də 1929-cu ildə tikilmiş divarları çay daşı və çiy kərpic, üstü qramit və ümumi sahəsi 131 kv.m yaşayış 90 kv.m olan beş otaqlı yaşayış evi X6 irsə almalıdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Əliyev təsdiq edir ki, Ağdaş rayonu Notariat kontoru tərəfindən xx xxxxxxxx 1992-ci ildə təsdiq edilən 28 376 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx xxxxxxxx 1994-cü ildə ölmüş vətəndaş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri bunlardır. Ağdaş rayonu Q.Əsgər küçəsi 17 –də yaşayan oğlu X7 gündoğan tərəfdən üç otaq, oğlu İddiaçı günbatan tərəfdən iki otaqını həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakından ibarətdir.Ağdaş şəhəri,Q.Əsgər küçəsi 15-də yerləşən 1929-cu ildə tikilmiş divarları çiy kərpicdən çay daşı üstü qrament ümumi sahəsi 131 kv.m yaşayış sahəsi 90 kv.m olan beş otaqlı evin gündoğan tərəfdən üç otağı X3 günbatan tərəfdən iki otağı isə İddiaçı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1-də yerləşən torpaq sahəsi və evin sənədləşdirilməsi üçün DƏDRX-in Yevlax rayon 17 saylı Ərazi idarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə gəlsələr də tərəflər arasında mübahisə olduğu,cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və iddiaçının reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır. Bütün bunlar tərəflərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isbat olunur. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin əmlak və əsaslı mənafeləri, iddiaçının ödənilmiş dövlət rüsumunu tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1-də yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X9 tərəfindən törədilən suni maneələrə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1137/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1137/2020
26.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver