Məhkəmə qərarları › İş №2(014)-1137/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1137/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1137/2025 03.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «pul» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «pul» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh xx.xx.2025-ci il tarixli Müqavilə üzrə ödənilməmiş 7600 manat, iddianın verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 96 manat, ümumilikdə 7696 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada xx.xx.2025-ci il tarixli borc müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı öz öhdəliyini yerinə yetirmiş, müqavilələrin predmeti olan yeddi min altı yüz manat pul vəsaitini Cavabdeh vermişdir. Həmin borc müqaviləsinə görə Cavabdeh xx.xx.2025-ci il tarixinədək 7600 manat pul vəsaitini İddiaçı qaytarmalı idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və mülki qanunvericiliyin öhdəliklərin icrası üzrə vicdanlılıq prinsipini pozmuşdur. Borc müqaviləsinə əsasən borc alan müqavilənin predmeti olan 7600 manat borc pulu borc verənə müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəməyə borcludur. Ödənilməmiş pul vəsaitinin ödənilməsi barədə cavabdehə xx.xx.2025ci il tarixli pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu xx.xx.2025-ci il tarixdə təhvil almasına dair qeyd yazaraq imzası ilə təsdiq etmişdir. Lakin o vaxtdan etibarən də hər hansı ödəniş həyata keçirilməmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehdən dəfələrlə ona olan borcunu ödəməsini tələb etsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 fevral 2025-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 7600 manat məbləğində borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə pretenziya göndərilmiş Cavabdeh xx.xx.2025-ci il tarixdə təhvil almışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 2025ci ilin fevral ayının 10-da 7600 manat borc pul vermiş və cavabdehlə aralarında sadə yazılı formada xx.xx.2025-ci il tarixdə borc müqaviləsi bağlanaraq hər ikisi tərəfindən imzalanmışdır. Borc müqaviləsinin 2-ci bəndinin şərltərinə görə Cavabdeh iddiaçıdan borc aldığı 7600 manat pulu xx.xx.2025-ci il tarixədək tam həcmdə qaytarmalı idi. Lakin cavabdeh iddiaçıya borclu olduğu puldan hər hansı ödəniş həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7600 manat borc alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 7600 (yeddi min altı yüz) manat pul və ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar