Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1150/2020 04.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsiX3nun Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi”tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT «xxxxxxxx» MMC-nincavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “18” aprel 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 ( sıfır) ABŞ dolları olmaqla ümumilikdə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaları hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank X2 “X5” MMC-nin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış «18» aprel 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə «20» aprel 2020-ci il tarixə qədər aylıq qalıq borcun 7.36 % dərəcəsini tətbiq etməklə 2985 ABŞ dolları (iki min doqquz yüz səksən beş) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.2 və 4.1ci bəndləri). Bank X2 “X5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxx” MMC-yə satılmışdır. (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank X2 " xxxxxxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxx 2016cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızıl-zinət əşyaları Bank X2 “X6” MMC-yə girov qoyulmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında «18» aprel2016-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Bildiririk ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına həmin cavabdehə görə iddiaçıya kompensasiya ödənilməmişdən əvvəl Cavabdeh1 kredit müqaviləsi üzrə BOKT “X5” MMC-yə 2697 USD əsas borcu, 312.82 USD faiz borcu və 269.70 USD cərimə borcu olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanın icrası məqsədilə həmin əsas borcdan 1230.72 USD dövlət büdcəsi hesabına ödənilmiş, 312.82 USD AZN faiz borcu və 269.70 USD cərimə borcu isə BOKT “X5” MMC tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Cavabdeh1 və Cavabdeh2 xx xxx 2020-ci il tarixli arayışa əsasən BOKT “xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, faiz üzrə 0.00 (sıfır)ABŞ dolları, cərimə 0.00 (sıfır) ABŞ dolları, olmaqla ümumlikdə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT «X5» MMC-nin nümayəndəsi X3 məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, Bank X2 “X5” MMC-nin Ağdaş filialı ilə onun arasında «xx xxxxx 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən ona 48 (qırx səkkiz) ay müddətinə «xx xxxxx 2020-ci il tarixə qədər aylıq qalıq borcun 7.36 % dərəcəsini tətbiq etməklə 2985 ABŞ dolları (iki min doqquz yüz səksən beş) məbləğində kredit verilmişdir. Həmin krediti vaxtı-vaxtında ödəyə bilmədiyindən borc yaranmışdır. Borcunu hissə- hissə ödəməsi üçün ona köməklik edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatını müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş BOKT “xxxxxxxx” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT“xxxxxxxx” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, faiz üzrə 0.00 ABŞ dolları, cərimə 0.00 ABŞ dolları olmaqla ümumilikdə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dollarıtəşkil edir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli LD/16109/00175 saylı kredit müqaviləsindən məlum olur, Bank X2 “X5” MMC-nin Ağdaş filialı ilə Cavabdeh1 arasında bağlanmış «18» aprel 2016-ci il tarixli, LD**********saylı kredit müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə «20» aprel 2020-ci il tarixə qədər aylıq borcun 7.36 % dərəcəsini tətbiq etməklə 2985 ( iki min doqquz yüz səksən beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli LD/16109/00175 saylı girov müqaviləsindən məlum olur ki,Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızıl-zinət əşyaları Bank X2 “X6” MMC-yə girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxx 2016-cı il tarixli LD/16109/00175 saylı Zaminlik müqaviləsindən məlum olur, BOKT “X5” MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, BOKT «X5» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli LD********** nömrəli Kredit Sazişinə əsasən BOKT «X5» MMC tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq qalıq borcun 7.36 faiz dərəcəsi ilə 2985ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızılzinət əşyalarıBank X2 “X5” MMC-yə girov qoyulmuşdur.BOKT « xxxxxxxx» MMC Cavabdeh1 cəmi 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 ( sıfır) ABŞ dolları olmaqla ümumilikdə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları məbləğində borcunun yarandığını bildirir və həmin məbləği cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx xxx 2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas və cərimə borcu məbləği hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 ( sıfır) ABŞ dolları olmaqla ümumilikdə 1466.28(bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə tutulmalı, tutmanın xx xxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızıl-zinət əşyalarına yönəldilməli və həmin əşyaları hərracda satılmalı, satışdan əldə olunan vəsaitin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməli, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1466.28 (bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə üzrə 0.00 ( sıfır) ABŞ dolları olmaqla ümumilikdə 1466.28 (bir min dörd yüz altmış altı 28 sent) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə tutulsun, tutmanın xx xxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh1 məxsus 256 ABŞ dolları dəyərində olan çəkisi 17.5 qr olan, 583-85 üzük 2 (iki) ədəd +sırğa 3(üç) cüt + klon və 139 ABŞ dolları dəyərində olan çəkisi 8.7 qr olan 585 Boyunbağı 2( iki) ədəd biri qırıq qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyaları hərracda satılsın, satışdan əldə olunan vəsaitin Bank X2 “xxxxxxxx” MMC-nin xeyrinə ödənilsin, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1150/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1150/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver