Məhkəmə qərarları › İş №2(014)-1155/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1155/2022

22.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1155/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib qızına qarşı yaşayış-istifadə və təsərrüfatda qeydiyyat hüququna xitam verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib qızının Ağdaş rayonu, Bulaqotağı kəndində ona məxsus 304 saylı təsərrüfatda qeydiyyatdan çıxarılması və 304 saylı təsərrüfatdan istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, iddia ərizəsinə mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməsini, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib qızının Ağdaş rayonu, Bulaqotağı kəndində ona məxsus 304 saylı təsərrüfatda qeydiyyatdan çıxarılması və 304 saylı təsərrüfatdan istifadə hüquqlarına xitam verilməsi barədə aidiyyəti orqana müraciət etməsini və rədd cavabı almasını təsdiq edən sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmunua əməl edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sahib qızının Ağdaş rayonu, Bulaqotağı kəndində ona məxsus 304 saylı təsərrüfatda qeydiyyatdan çıxarılması və 304 saylı təsərrüfatdan istifadə hüquqlarına xitam verilməsi barədə ərizə ilə aidiyyəti oraqna müraciət etməli, rədd cavabı aldığı təqdirdə həmin orqanın hərəkətlərindən, qərarlarından Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə qəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar