Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1161/2022 08.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, yaşadığı kənddə mal-qara saxlamaqla ailəsini dolandırır, əvvəlcədən tanıdığı Cavabdeh ondan 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyi qarşılıqlı razılıq əsasında 1450 manat ödəmək şərti ilə almış və pulunu 2-3 günə verəcəyini bildirmiş, Cavabdeh etibar etdiyi üçün 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyi ona pulunu 2-3 günə vermək şərti ilə satmış, lakin günlər keçsə də, Cavabdeh borcunu ödəməkdən yayınmış, həmin inəyin, yəni 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyin Ağdaş rayon mal bazarında hal-hazırki qiyməti 1450 manatdır. Dəfələrlə cavabdehin ünvanına gedərək aldığı 1 baş inəyin pulunu verməsini tələb etmiş, lakin cavabdeh hər dəfə pulu verəcəyini bildirsə də bu günədək heç bir ödəniş etməmişdir. Odur ki, Cavabdeh 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyin alınaraq ona qaytarılması və ya həmin inəyin dəyəri olan 1450 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində iddiaçının oğlu olduğunu, 2021-ci ilin mart ayında axşam saatlarında Cavabdeh evlərinə gələrək 1450 manat dəyərində olan 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyin ona satılması barədə razılığa gəldiklərini, lakin inəyin pulunu səhər verəcəyini bildirdiyini və inəyi alıb apardığını, növbəti gün pulu istədikdə bazara gedib Nəbi adlı şəxsdən götürməklərini bildirdiyini, bazara gedib Nəbi adlı şəxsdən pulu istədikdə Nəbinin onlara heç bir pul verəsi olmadığını, pulu Vüqara verdiyini, dəfələrlə Vüqardan atasının 1450 manat məbləğində pulu istədikdə pulu ödəməkdən boyun qaçırdığını bildirdi. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində İddiaçıla qonşu olduğunu, İddiaçı onun iştirakı ilə bir baş inəyi qarşılıqlı razılıq əsasında Cavabdeh satdığını, Cavabdeh aldığı inəyin pulunu səhəri gün verəcəyini bildirdiyini göstərdi. İş materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayonu, "xxxx" MMC tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, 02 saylı arayışdan görünür ki, diri çəkisi 300 kq olan iki illik erkək dananın hal-hazırki orta bazar qiyməti 1450 manat dəyərindədir. Azərbaycan Respublikası Mülki Məclləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olan vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verərsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar və şahid ifadələri əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh verdiyi sözlərə inanaraq ona 1 baş, diri çəkisi 300 kq olan iki illik inəyi qarşılıqlı razılıq əsasında 1450 manata satmış, cavabdeh nisyə aldığı inəyin dəyərini 2-3 gün müddətində ödəməyi vəd etsə də, vədinə əməl etməyərək borclu olduğu 1450 manat məbləğində pulu iddiaçıya qaytarmamış, dəfələrlə iddiaçı tərəfindən borcun ödənilməsi tələb edilsə də, cavabdeh pulu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1450 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 34.50 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1450 manat borc, 34 manat 50 qəpik ödənilmiş dövlət rüsumu, cəmi 1484 manat 50 qəpik (bir min dörd yüz səksən dörd manat əlli qəpik) pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1161/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1161/2022
08.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver