Məhkəmə qərarları › İş №2(014)-1166/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1166/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1166/2020 09.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı «xxxxxxxx» X4 X1 Cəmiyyətinin nümayəndəsi Ü.Cumayevin iştirakı ilə «xxxxxxxx» X4 X2 Cəmiyyətinin Cavabdeh qarşı Kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1263,88 ABŞ dolları əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilməsi, tutmanın xx xxxxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 Dəst 2 (iki) qaşı yox, 195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 Üzük 3 (üç) ədəd 1 (bir) qaşı yox və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 Boyunbağı 2 (iki) ədəd qızıl-zinət əşayalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxx» X4 Təşkilatı MMC iddiasını onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2016-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh 2370 ABŞ dolları məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh tərəfindən 48 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 4,5 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Öhdəliyin icrasının təmini olaraq cavabdehlə girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə görə Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 dəst 2 (iki) qaşı yox, 195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 Üzük 3 (üç) ədəd 1 (bir) qaşı yox və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 Boyunbağı 2 (iki) ədəd qızıl-zinət cavabdeh tərəfindən girov qoyulmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh 1263,88 ABŞ dolları əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Buna görə də Cavabdeh 1263,88 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması,tutmanın xx xxxxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 dəst 2 (iki) qaşı yox, 195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 Üzük 3 (üç) ədəd 1 (bir) qaşı yox və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 Boyunbağı 2 (iki) ədəd qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması,satışdan əldə olunan vəsaitin borcun ödənilməsi,satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı «xxxxxxxx» BOKT MMC-nin nümayəndəsi Ü.Cumayev məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, Azərbaycan Respublikasıfiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə əsas borcdan 962,35 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, faiz borcu və cərimə borcu isə ləğv prosesində olan iddiaçı tərəfindən həmin şəxsə kompensasiya düşdüyündən tam olaraq silinmişdir. Hazırda cavabdehin 1263,88 ABŞ dolları əsas borcu vardır. Bundan başqa iş üzrə iddiaçı ləğvetmə prosesində olduğundan və Mərkəzi Bank tərəfindən kredit borclarının restruktrizasiyası üçün dövlət zəmanəti ilə kredit verilmədiyindən iddiaçı orqan tərəfindən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cavabdeh 1263,88 ABŞ dolları əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması,tutmanın xx xxxxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 dəst 2 (iki) qaşı yox,195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 Üzük 3(üç)ədəd 1(bir) qaşı yox və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 Boyunbağı 2(iki)ədəd qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılması,satışdan əldə olunan vəsaitin borcun ödənilməsi,satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, xx xxxxxxxx 2016-cı il tarixdə «X3» X4 Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə «X3» X4 Təşkilatı MMC tərəfindən Cavabdeh 2370 ABŞ dolları məlbəğində kredit verilmişdir. Kreditin əsas məbləği və hesablanmış faizlər Cavabdeh tərəfindən 48 ay ərzində qrafik üzrə ödənilməli idi. Kredit illik 4,5 % dərəcəsi tətbiq edilməklə verilmişdir. İddiaçı ləğv prosesində olan «X3» X4 Təşkilatı MMC-nin hüquq varisi olan BOKT «xxxxxxxx» MMC ilə əvəz edilmişdir. Öhdəliyin icrasının təmini olaraq cavabdehlə girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə görə Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 dəst 2 (iki) qaşı yox, 195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 Üzük 3 (üç) ədəd 1 (bir) qaşı yox və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 Boyunbağı 2(iki)ədəd qızıl-zinət cavabdeh tərəfindən girov qoyulmuşdur. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh 1263,88 ABŞ dolları əsas borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və buna əsasən əsas borcdan 962,35 ABŞ dolları dövlət büdcəsi hesabına ödənilmiş, faiz və cərimə borcu silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tələb girov qoyulmuş əmlaka yönəldilməli və satışdan əldə edilən məbləğ borcun ödənilməsinə yönəldilməlidir. Satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə yerdə qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1263,88 ABŞ dolları (bir min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ödəniş gününə məzənnə üzrə manatla əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxxx» BOKT MMC-nin xeyrinə ödənilsin. Tələb girov qoyulmuş Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 əyarlı, iki qaşı olmayan dəst,195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 əyarlı bir qaşı olmayan 3 ədəd üzük və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 əyarlı iki ədədboyunbağından ibarət qızıl zinət əşyalarına yönəldilsin. Cavabdeh məxsus 115 ABŞ dolları dəyərində olan çəkisi 8.8 qr olan 583 əyarlı, iki qaşı olmayan dəst,195 ABŞ dolları dəyərində olan çəkisi 12.2 qr olan 583 əyarlı bir qaşı olmayan 3 ədəd üzüyə və 184 ABŞ dolları dəyərində olan çəkisi 11.5 qr olan 583 əyarlı iki ədədboyunbağından ibarət qızıl zinət əşyaları açıq həracda satılaraq əldə olunan pul borcun ödənilməsinə yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar