Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-117/2023 14.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə haqqında məhkəmə əmrinin verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh kreditor "xxxx" ASC-nin xeyrinə 1309 (min üç yüz doqquz) manat faiz borcunun tutulması barədə məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 iyul 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh tərəfindən 01 sentyabr 2022-ci il tarixdə məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin 17 noyabr 2022-ci il tarixli qərardadına əsasən 14 iyul 2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Ağdaş” filialı ilə borclu Cavabdeh arasında bağlanmış 17 fevral 2012-ci il tarixli kredit müqviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə 3000 manat məbləğində krediti istifadə etmək üçün kredit kartı verilmişdir. Kredit müqaviləsinin 1.3-cü maddəsinə əsasən Borc alan bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini Borc verənə qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürür. Borclu Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Bo9rclu kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Hal-hazırda Cavabdeh "xxxx" ASC-nin “Ağdaş” filialına 1309 manat faiz borcu mövcuddur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə ünvanlayaraq hazırkı tələb üzrə iddiaçı "xxxx" ASC qeyd edilən kredit müqaviləsi üzrə tələb etmək hüququnu ötürdüyündən iddiaçının "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh iki dəfə olmaqla əmək haqqından 208,17 manat tutulma olmuş və hazırda cavabdehin 789,22 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək əsas borcu ödədiyini, hazırda bank qarşısında heç bir öhdəliyinin qalmadığını, ona əlavə faiz hesablandığını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 17 fevral 2012-ci il tarixli 238 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan ərizədən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının 2.3.1-ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək "xxxx" QSC-yə həvalə edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetiza Mərkəzi tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli, 9/1728 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 238 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə (sonuncu ödəniş tarixi) borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 0 manat, faiz borcu üzrə 947,74 manatdır. İşin materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh əmək haqqından xx.xx.2022-ci il tarixdə 208,17 manat və xx.xx.2022-ci il tarixdə 208,17 manat olmaqla 416,34 manat tutulmuşdur. İşin materiallarında olan 14 avqust 2023-cü il tarixli kreditin və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh ödənilməmiş faiz borcu üzrə 789,22 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə icraat məhkəməninin xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmış və məhkəmə-müsahibat ekspertizası təyin edilmişdir. Həmin tarixə tələb olun borc 1309 manat təşkil etdiyi halda ekspert rəyi ilə həmin məbləğin xx.xx.2015-ci il tarixə (sonuncu ödəniş tarixinə) 947,74 manat olduğu müəyyən edilmişdir. Bundan sonra isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdehin əməkhaqqından 2 dəfə 208,17 manat olmaqla ümumilikdə 416,34 manat bankın xeyrinə tutulmuşdur. Belə olan halda ekspert rəyi və hesabdan çıxarışdan görünür ki, cavabdehin hazırda banka 531,40 manat faiz borcu vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 531,40 (beş yüz otuz bir manat, qırx qəpik) manat faiz borcu alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 531,40 (beş yüz otuz bir manat, qırx qəpik) manat faiz borcu alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 50 (əlli) manat pul vəsaiti tərəflərdən bərabər qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-117/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-117/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver