Məhkəmə qərarları › İş №2(014)-1175/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1175/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1175/2021 14.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.07.2015-ci il tarixli 015L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2686.05 (iki min altı yüz səksən altı) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 73.47 manat ödəmiş, onun 2612,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.04.2021-ci il tarixə 218 gün üçün hesablanmış faiz borcu 15,82 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 08.04.2021-ci il tarixə 218 gün üçün hesablanmış cərimə 620.52 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244.03 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 86.11 manat ödəmiş, onun 4157,92 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən taiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 22.02.2021-ci il tarixə 171 gün üçün hesablanmış faiz borcu 20,33 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 22.02.2021-ci il tarixə 171 gün üçün hesablanmış cərimə 1183,75 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 22.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı QSC 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 19.04.2021-ci il tarixli maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh1 banka 27 iyun 2019-cu il tarixli, 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 4157,92 manat, faiz borcu üzrə 20,33 manat, cərimə borcu üzrə 1183.75 manat, cəmi 5362 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC tərəfindən məhkəməyə ünvanlanmış 19.04.2021-ci il tarixli maliyyə arayışından (məlumat) görünür ki, Cavabdeh1 banka 27 iyun 2019-cu il tarixli, 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 2612,58 manat, faiz borcu üzrə 14,58 manat, cərimə borcu üzrə 620.52 manat, cəmi 3247.68 manat borcu qalmışdır. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 2686.05 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, aylıq 1% ödəmək şərtilə 4244.03 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış 03.02.2021-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, cavabdehlərə bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunmuşdur. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.07.2015-ci il tarixli, 015L**********20 saylı üzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 21.07.2015-ci il tarixli, 015S**********04 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 21.07.2015-ci il tarixli, 015S**********03 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 21.07.2015-ci il tarixli 015L**********20 saylı uzunmüddətli kredit müqaviləsi əsasənda 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2686.05 (iki min altı yüz səksən altı) manat məbləğində kredit götürmüşdür. Həmçnin 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4244.03 (dörd min iki yüz qırx dörd) manat məbləğində kredit götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 2612,58 manat, faiz borcu üzrə 14,58 manat, cərimə borcu 620.52 manat, və 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 4157,92 manat, faiz borcu üzrə 20,33 manat, cərimə borcu 1183.75 manat, cəmi 8609.68 manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC ilə zaminlər arasında bağlanmış 21.07.2015-ci il tarixli, zaminlik müqavilələrinə əsasən kreditorla borclu arasında bağlanmış üzünmüddətli kredt müqaviləsinə əsasan verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımaları və bu borcun özlərinin malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesablarına ödənilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Eyni Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək müvafiq olaraq cərimə borcu 26 manat və 41 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 2612,58 manat, faiz borcu üzrə 14,58 manat, cərimə borcu 26 manat və 27.06.2019cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 4157,92 manat, faiz borcu üzrə 20,33 manat, cərimə borcu 41 manat, cəmi 6872,41 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 2612,58 manat, faiz borcu üzrə 14,58 manat, cərimə borcu 26 manat və 27.06.2019-cu il tarixli 015R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 4157,92 manat, faiz borcu üzrə 20,33 manat, cərimə borcu 41 manat, cəmi 6872,41 manat məbləğində borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar