Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1176/2023 24.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzi Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Mərkəzin Zülfalı meşəbəyliyinin 2 saylı dolayında meşə gözətçisi İmamaverdi Əzzizovun xx.xx.2023-cü il tarixdə yazılı məlumatına əsasən yoxlama apararkən Ağdaş rayon Qaradeyin kənd sakini Cavabdeh oğuna məxsus 4 baş iribuynuzlu mal-qarası X9 səhəsində 2021-ci ilin yazında əkilmiş 2 hektar göyrüş və akasiya meşə əkinini sahibsiz otlatdığı aşkar edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış material inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 466 (dörd yüz altmış altı) manat 40 (qırx) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli 3-14-27-13/2-ə-041-2/2023 nömrəli məktubla vurduğu zərərin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin nümayəndəsi X6 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, sözügedən əraziyə yalnız onun deyil, digər şəxslərin də çoxlu sayda heyvanları girir. Həmin əraziyə onun heyvanları ziyan vurmayıb və ona dəymiş ziyanla bağlı bildiriş gec təqdim olunub. İddiaçının iddiasının tam əsassızdır və təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, Cavabdeh tanıyır. Sözügedən ərazidə gözətçi işləyir. Bəhrəmin heyvanları orada otlayarkən heyvanların şəklini çəkmiş və bu barədə Bəhrəmə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 digər şahid İmamverdi Əzizovla eyni məzmunlu izahat verərək bildirdi ki, Bəhrəmin heyvanları ağacların inkişafina ciddi ziyan vurmuşdur və bu barədə Bəhrəmə məlumat verilmişdir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 X1 xx.xx.2023-cü il tarixli № 007532 saylı aktından görünür ki, Ağdaş rayonu, Qaradeyin kənd sakini Cavabdeh 4 baş iri buynuzlu qaramalı 2021-ci ilin yaz ayında əkilmiş yaşıl akasiya görüş 4x2 sxemində olan 2 ha meşə əkini ağacların qol budağını buynuzu ilə qırıb, pöhrələrini isə yeyib, gövdəsinin qabını zədələyib və inkişafına ziyan vurmuşdur. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli X2 tərəfindən Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinə verilmiş yazılı məlumatdan görünür ki, Ağdaş rayonu, Qaradeyin kənd sakini Cavabdeh məxsus 4 baş iri buynuzlu qara malı ağacların qol budaqlarını qırıb, gövdəsini zədələyib, ziyan vurub məhv etmişdir və bu barədə Cavabdeh məlumat vermiş, buna baxmayaraq heç bir tədbir görməmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Bərdə RMTM-nin Zülfalı meşəbəyliyinin 2-ci dolay 4-cü kvartalında 4 baş iri buynuzlu camış cinsindən olan iri mal 2021-ci ilin yaz əkinlərini akasiya və göyrüş cinsindən olan 2 ha əkini məhv etmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli 3-14-27-13/2-ə-041-2/2023 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Zülfalı meşəbəyliyi tərəfindən verilmiş hesablama cədvəlindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 X1 2 saylı meşə dolayısında xx.xx.2023-cü il tarixdə aparılmış yoxlama zamanı meşə pozuntularının nəticəsində meşəyə 466,40 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh akta imza etməkdən imtina etmişdir. İşin materiallarında olan 4 ədəd fotoşəkildən görünür ki, 4 baş camış cinsindən olan mal heyvanı əkinlərə zərər vurur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 X1 2 saylı meşə dolayısında 2021-ci ilin yazında əkilmiş 2 hektar göyüş göyrüş və akasiya meşə əkinini Cavabdeh məxsus 4 baş iri buynuzlu heyvanlar tərəfindən otlanmış və iddiaçıya 466,40 manat maddi ziyan vurmuşdur. İddiaçının əməkdaşları bununla bağlı akt tərtib etmişlər. Cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdeh İXM-in 257-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 466,40 (dörd yüz altmış altı manat, qırx qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinə verilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 466,40 (dörd yüz altmış altı manat, qırx qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinə verilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1176/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1176/2023
24.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver