Məhkəmə qərarları › İş №2(014)-1178/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1178/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1178/2021 05.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi X1 Cavabdeh və onun nümayəndəsi Mahmudov Göyərçin Səməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş rayon orta Ləki kəndində qeydiyyatda olan Cavabdeh 27 fevral 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində (konturunda) reyestr kitabında 3M- 84 nömrə ilə qeydə alınaraq rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə ona borclu olduğu 22400 (iyirmi iki min dörd yüz) manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat,cəmi 22430 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 27 fevral 2017-ci il tarixdə 27 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə ondan 32400 (otuz iki min dörd yüz) manat borc almışdır. Bu barədə cavabdehlə aralarında 27 fevral 2017-ci il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisində (kontorunda) 3M-84 reyestr nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsi bağlanaraq tərəflərindən imzalanmışdır. Həmin müqavilnin 2-ci bəndinə əsasən Cavabdeh 27 fevral 2017-ci il tarixdə ondan borc aldığı 32400 manat pulu 27 fevral 2020ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh aralarında bağlanmış müqavilənin 2-ci bəndinin şərtinə əməl etməyərək, yəni borcunu qeyd edilən tarixədək qaytarmayaraq üzərinə düşən öhdəliyi pozmuşdur. Belə ki, Cavabdeh ona borclu olduğu 32400 manat puldan 2019-cu ilin oktyabr ayına kimi cəmi 10000 (on min) manat qaytarmışdır. Cavabdeh ona olan borcunun qaytarması barədə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməyinə baxmayaraq bu günədək ona olan 22400 (iyirimi iki min dörd yüz) manat borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh ilə aralarında yaranmış borc mübahisəsini kredit müqaviləsinin şərtlərinə uyğun məhkəmədən kənar həll etmək mümkün olmadığından ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı vəkili və nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Mahmudov Göyərçin Səməd oğlu məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu olmuş, lakin onun iddiaçıya iddia ərizəsində qeyd edilən məbləğdə borcu qalmamışdır. Belə ki, həmin puldan müxtəlif vaxtarda ödənişlər edərək borc məbləğini azaltmış, hal-hazırda onun iddiaçıya borcu 500-600 AZN təşkil edir. O, iddiaçıya hər dəfə borcunu ödəyərkən iddiaçı ona olan qalıq borcunun silinməsini özünə məxsus qara üzlü dəftərində qeyd etmişdir. İddiaçı və onun nümayəndəsi əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçıdan nağd şəkildə pul almamış, onun borcu iddiaçının ona satdığı avtomaşına görə yaranmış, həmin avtomaşının pulunu hissə-hissə ödəməyə razılaşmışlar və notariat qaydada borc pulun verilməsi kimi rəsmiləşdirmişlər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin özünün və nümayəndəsinin izahatlarını nəzərə alıb, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 fevral 2017-ci il tarixli Bakı şəhəri, 19 saylı notariat ofisində (kontorunda) 3M-84 reyestr nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsindən məlum olur ki, Cavabdeh 27 fevral 2017-ci il tarixdə 27 fevral 2020-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı 32400 (otuz iki min dörd yüz) manat borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh tərəfindən verilmiş 27 fevral 2017-ci il tarixli ərizədən məlum olur ki, natarusun iştirakı ilə 3 il müddətinə 32400 (otuz iki min dörd yüz) AZN manatı Nuiryev Ceyhun Aləm oğlundan kredit almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı tərəfindən verilmiş 27.02.2017-ci il tarixli ərizədən məlum olur ki, natarusun iştirakı ilə 3 il müddətinə 32400 manatı Cavabdeh kredit vermişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 22400 AZN məbləğində borcu vardır. İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, Cavabdeh iddiaçının borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh qeyd edilən məbləğdə borcunun qalmamasını iddia etsə də, həmin halları təsdiq edən sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yarandığından, iddiaçıya borcun verildiyini sübuta yetirə bildiyindən, cavabdeh isə borcun qaytarılmasını sübuta yetirə bilmədiyindən iddia təmin edilməli, Cavabdeh 22400 AZN manat borc tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 22400 (iyirmi iki min dörd yüz ) manat borc tutularaq İddiaçı xeyrinə verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar