Məhkəmə qərarları › İş №2(014)-1184/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1184/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1184/2024 14.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o ailə qurmaq məqsədilə ilə Kənan adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Cavabdeh, zavodda işlədiyi və yüksək aylıq əmək haqqı olduğu barədə ona yalan məlumatlar vermişdir. Bundan əlavə, adının X1 deyil Cavabdeh olduğu ona gec məlum olmuşdur. Belə ki, o, saxta şəxsiyyət vəsiqəsi çıxartdırmış, adını X1 olaraq qeyd etdirmişdir (saxta şəxsiyət vəsiqəsinin surəti sənəddə əlavə olunub). Kənan (Pərviz) bütün insanları aldadır. O, iddiaçıya özünün olmadığı halda öz adına qələmə verdiyi qəzaya uğramış avtomobil şəkli göndərərək onun təmiri üçün iddiaçıdan pul istəmişdir. İddiaçı cavabdehə 700 manat pul vermişdir. Qeyd edir ki, onun rəsmi iş yeri və gəlir yeri yoxdur, o bunu yaxşı bilirdi. Qızı ona maddi köməklik edir. O, pulu başqasından borc götürmüşdür. Cavabdeh maaşını aldıqda 700 manat pulu ona geri qaytaracağını bildirsə də, qaytarmamışdır. Bundan əlavə, iddiaçı öz adına onun istəyi ilə onun üçün kreditlə “İphone 15 pro” markalı max mobil telefon götürmüşdür. Telefonun qiyməti 3500 manatdır. O, telefonun 300 manat ilkin ödənişini etsə də, bundan əlavə heç bir ödəniş etməmişdir. Hal-hazırda telefonun ödənilməmiş 3240 manat kredit borcu qalmışdır. Cavabdeh hal-hazırda iddiaçının nömrəsini blok etmişdir, heç bir zənginə cavab vermək istəmir. Özünə başqa mobil telefon almış və onun adıma alınmış telefonu başqa mağazada Fərid adlı şəxsə 1850 manata satmışdır (əlaqə nömrə qeyd olunub). Bununla bağlı Nəsimi RPİ-nin 20-ci PŞ-nə xx.xx.2024-ci il tarixdə ərizə ilə müraciət edərək cavabdeh X4 (Cavabdeh) oğluna verilən 3940 manat məbləğində pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məsələ ilə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Hal-hazırda telefonun mövcud 3240 manat kredit borcu ödənilmir və avtomobilin təmiri üçün iddiaçıdan götürülmüş 700 manat borc pul ona geri qaytarılmır. Beləliklə cavabdeh X4 (Cavabdeh) oğlu qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və tərəflər arasında mövcud olmuş razılaşmanın şərtlərini pozaraq, üzərlərinə düşən öhdəliyi lazımınca icra etməmiş, 3940 manat məbləğində pulun müqabilində iddiaçıya yalan danışaraq aldatmışdır nə də göstərilən məbləğdə pulu iddiaçı X2 qaytarılmamışdır. Nəticədə cavabdeh tərəfindən İddiaçı qızma maddi ziyanla yanaşı, mənəvi ziyan da vurulmuşdur. Belə ki, o, dəfələrlə cavabdehin arxasınca getmiş, dəfələrlə zənq vurmuş və ödədiyi pulu geri qaytarılması üçün xeyli vaxt mənəvi sarsıntı, əzab və əziyyət çəkmiş, hər dəfə də cavabdeh onu aldadaraq onu yola salmış, polis şöbəsinə müraciət etməklə yenə də günlərlə vaxtını itrmiş, əsəb gərginliyi, stress, mənəvi iztirab keçirmişdir. Həmin mənəvi əzab əziyyətlə əlaqədar İddiaçı yaranmış əsəb gərginliyi və mənəvi ruh düşkünlüyü hələ də davam etməkdədir. Göstərilənləri nəzarə alaraq məhkəmədən Cavabdeh 3940 manat məbləğində pulun və 60 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbində qeyd edilənləri müdafiə edərək bildirdi ki, iddiaçı tərəfindən 270 manat pul ödənildiyini, lakin qalan pul ona qaytarmadığını, bunları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 14 oktyabr 2024-cü il tarixdə keçrilən məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul edərək, iddiaçıdan 700 manat məbləğində pul aldığını, eyni zamanda iddiaçı öz adına onun istəyi ilə kreditlə “İphone 15 pro” markalı mobil telefon götürdüyünü, həmin mobil telefonun dəyəri olan pulu aylıq 270 manat olmaqla 12 ay müddətinə ödəməli olduğunu, lakin maddi imkanı olmadığına görə həmin pulu ödəyə bilmədiyini, həmin borcu iddiaçıya hissə-hissə olaraq ödəyəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan bir ədəd Cavabdeh səs yazısı olan CD diskdən müəyyən edilir ki, Cavabdeh İddiaçı borclu olduğunu etiraf edir. İşin materiallarında olan “WhatsApp” yazışmalarından görünür ki, İddiaçı Cavabdeh borclu olduğu pulu tələb edir və qarşı tərəf pulu qaytaracağını bildirir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 3940 manat məbləğində borcu yaranmışdır. Həmin borcdan cavabdeh iddiaçı məhkəməyə müraciiət etdikdən sonra 270 manat pul qaytarsa da, qalan 3670 manat borcu qaytarmamışdır. Eyni zamanda cavabdeh də 14 oktyabr 2024-cü il tarixdə keçrilən məhkəmə iclasında iddiaçıya borcunun olduğunu etiraf edir. Hazırda iddiaçı cavabdehdən həmin qalıq 3670 manat pulun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3670 (üç min altı yüz yetmiş) manat məbləğində pul və 56,70 (əlli altı manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3670 (üç min altı yüz yetmiş) manat məbləğində pul və 56,70 (əlli altı manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar