Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-119/2022 03.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vətəndaşın əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ucar rayonu, Məlikballı kəndində yaşayır. Həyətyanı sahə 10 iyul 2022-ci ildə verilmiş JN-145A nömrəli akta əsasən ona məxsusdur. 16 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu, Tofiqi kənd sakini Ruslan adlı şəxs ona şəxsi həyətində yetişmiş xurma meyvəsini satın almaq məqsədi ilə dəmləməsini göstəriş verib. Cavabdehin təqsiri üzündən həyətyanı sahəsində yerləşən ona məxsus xurma meyvəsi alınmayaraq həyətində qalıb. Bunun üçün kənd bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin iştirakı akt tərtib olunub və ona dəymiş maddi və mənəvi ziyan göstərilib və təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun həyətində olan xurma meyvələri yararsız vəziyyətə düşmüşdür, yəni 60-65 latok hər bir latokun qiyməti 5 manat olmaqla, 300-325 manat ona ziyan dəymişdir. Xarab olmuş meyvələr onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Yarasız vəziyyətə düşmüş meyvələrin ümumi dəyəri 300-325 manat təşkil edir. Odur ki, yararsız vəziyyətə düşmüş meyvələrin dəyəri olan cəmi 325 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, hər sezonda xurma yığımı ilə məşğul olur. İddiaçı qonşu kənddə yaşayır və xurma yığımı zamanı İddiaçı həyətində xurma ağaclarında meyvələrə baxmış və nümunə üçün xurma verərək həmin formada xurma yığmasını bildirmiş və təxminən 20-25 latok xurma götürəcəyini qeyd etmiş, bir neçə gün sonra yığılmış malı götürmək üçün gəldikdə xurmaların yaşıl olduğunu və verdiyi nümunəyə uyğun olmadığını görüb yararlı məhsulu yığacağını bildirdikdə İddiaçı ona yığılmış bütün məhsulu götürməsini demiş və bu zaman aralarında mübahisə yarandığından həmin evdən çıxıb getmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, İddiaçı qonşusudur. İddiaçı onu həyətlərinə dəvət edərək yığılmış xurmaya baxmağı xahiş etmişdir. Yığılmış xurmalar yaxşı vəziyyətdə idi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ucar rayonu, Məlikballı kəndində bələdiyyə sədri vəzifəsində işləyir. İddiaçı bələdiyyəyə müraciət edərək bildirmişdir ki, Ruslan adlı şəxs həyətindəki xurma meyvlərini yığmasını bildirmiş, o, da həyətindəki bütün xurma meyvələrini yığıb eyvanda saxlamışdır. Lakin Cavabdeh gəlib yığılmış xurma meyvələrini almayıb. O, da Cavabdehla əlaqə saxlayaraq gəlməsini və birlikdə gedib xurmaya baxmalarını bildirmiş, lakin Ruslan gəlməmişdir. Sonra bir neçə şəxsin iştirakı ilə yığılmış məhsula baxmaq üçün İddiaçı evinə getmişlər və bu barədə akt tərtib olunmuşdur. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, Cavabdeh yanında fəhlə işləyir və hər il xurma yığımı zamanı kəndlərdən xurma alırlar. O, Ruslan ilə İddiaçı həyətinə xurma almaq üçün getdiklərində yığılmış xurmaların yaşıl və tam yetişmədiyini, yararsız olduğundan xurmaları seçib qablaşdırmaq istədikdə Əmiraslan razı olmamış yığılan məhsulun hamısını götürmələrini, əks halda məhsulu verməyəcəyini bildirmişdir. Onlar da məhsulu qablaşdırmadan Əmiraslanın evindən çıxıb getmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-145A kod 90404028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə Ucar rayonu Məlikballı kəndi ərazisində fərdi yaşayış evinin yerləşdiyi 0.18 hektar həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 01.11.2021-ci il tarixdə Ucar rayonu Qazıqumlaq bələdiyyəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ucar rayonu, Məlikballı kənd sakini İddiaçı Ağdaş rayonu, Tofiqi kənd sakini Ruslan adlı şəxsin göstərişi ilə şəxsi həyətyanı sahəsində yetişdirdiyi xurma meyvəsini satmaq üçün dənləyib öz şəxsi evinin eyvanına yığıb. Lakin satın alınmır. Ruslan adlı şəxslə telefon əlaqəsi saxlanılmış, xurmaları ala bilməyəcəyini demişdir. Hal-hazırda 60-65 latok xurma meyvəsi dənlənərək həyətdə qalıb, satın alınmır. Azərbaycan Respublikası Mülki Məclləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onların iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olmasa da, iş tərəflər xurmanın alqısatqısı barədə razılığa gəlmiş, iddiaçı vədinə əməl edərək xurmanı satılması üçün yığmış, lakin cavabdeh vədinə əməl etməyərək xurmanı almaqdan əsaslı səbəb olmadan imtina etmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Vurulmuş maddi zərərin məbləği ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatında, təqdim etdiyi digər sübutlarda latokların sayı 60-65 ədəd göstərildiyi üçün, məhkəmə latokların sayını aşağı həddə, yəni 60 ədəd miqdarında təmin etmək qənaətinə gəlir. Buna görə də iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 300 manat maddi zərərə görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 330 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 330 manat (üç yüz otuz manat) pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-119/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-119/2022
03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver