Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-121/2024 30.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh X3 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X7 qarşı "2233 (iki min iki yüz otuz üç) manat borcun, zərərin və eləcə də 5000 manat mənəvi ziyanın tam həcmdə ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 2233 (iki min iki yüz otuz üç) manat borcun və zərərin, 5000 (beş min) manat mənəvi ziyanın onlara tam həcmdə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Ağdərə rayonu, İmarət Qərvənd kəndindən məcburi köçkünlər. Ağcabədi rayonu, Mehrablı kəndi ərazisindəki dövlət fond torpağından fermaları var. Onlara çoban lazım idi. Ətraf adlı maklerin vasitəsi ilə cavabdeh R.X.Ramis oğlunu Bərdə rayonu, Saatlı kəndində Vüqar adlı şəxsin fermasında tapmışlar. Cavabdeh R.X.Ramis oğlu onlara oradan çıxmalı olduqlarını, orada işin çox ağır olduğunu, onlar onu aparmasalar başqa fermaya gedəcyini, onun Vüqara 680 (altı yüz səksən) manat borcu olduğunu, onu Vüqara ödəyib çıxacağını bildirmişdir. İddiaçılar onları aparan şofer və oğlu X10 və cavabdeh R.X.Ramis oğlu çayxanaya getdilər. Orada söhbət etdilər. İddiaçılar cavabdeh R.X.Ramis oğlunun qarşısında belə bir şərt qoydular ki, iddiaçılar onun Vüqara olan 680 manat pul borcunu verib onu özləri fermaya aparandan sonra 1-2 ay işləyib qaçsa, bu şoferə verdikləri 60 (altmış) manat daxil olmaqla onlara xərclədikləri bütün xırda və iri məbləğ pulların, habelə otardığı heyvanlardan səhlənkarlıq nəticəsində itən heyvanların cəriməsini də alacaqlar. Cavabdeh R.X.Ramis oğlu özünün Quranəhli olduğunu, vaxtı-vaxtında namaz qıldığını, oruc tutuduğunu bildirərək onun qarşısına qoyduqları şərtlərlə tam razılaşmışdır. 14 yanvar 2022-ci il tarixində cavabdeh R.X.Ramis oğlunu Vüqara olan 680 manat pul borcunu Vüqara verib, ailəsini və qaynanasını fermaya aparmışlar. İki otaqlı, bir seyvanlı, içərisində televizoru, soyuducusu, qoşa və tək çarpayısı, qapısında əl-üz suyu olan krantı olan evi cavabdeh R.X.Ramis oğluna, arvadına və qaynanasına göstərmişlər. İçməli suyun isə evdən 200 metr məsafədə onlara məxsus olan otlaq sahəsindəki bulağı göstərmişlər. Onlar da razı qalmışlar və evə yığışmışlar. Cavabdehin qaynanasını İddiaçı1 Milstroy körpüsündən 20 manat pul verib Yevlağın Xaldan kəndinə yola salmışlar. 14 yanvar 2022ci il tarixində İddiaçı1 ilə cavabdeh R.X.Ramis oğlu arasında şəxsi müqavilə yazıldı. Müqavilədə İddiaçı1 cavabdeh R.X.Ramis oğluna ayda 400 (dörd yüz) manat maaş verilməsi və onların cavabdeh R.X.Ramis oğlunun Vüqara olan 680 manat borcunu ödədiklərinə görə, hər ay maaşından 50 (əlli) manat pul saxlayacaqları qeyd edilmişdir. 15 yanvar 2022-ci il tarixində səhər qoyun və mal sayılıb. Cavabdeh R.X.Ramis oğluna təhvil verilmişdir. Cavabdeh R.X.Ramis oğlu namaz qılır, dualar edirdi. Onu Quran əhli kimi tanıdıqlarına görə onu maaşından 50 manatı çıxmadılar. Fermanın xırda fərdi işlərində, ot yığımında və başqa işlərdə köməkdarlıq edəcəyini qərara aldılar. Cavabdeh R.X.Ramis oğlu Bərdə RPŞ-dən 2 dəfə çağırıldı. Cavabdeh R.X.Ramis oğlu onun fermada olduğunu Bərdə Rayon Polis Şöbəsinə kimin xəbər verməsi ilə maraqlanırdı. Cavabdeh R.X.Ramis oğlundan onun oğlunun Bərdə Rayon Polis Şöbəsinə çağırılması ilə maraqlandılar. O, dayısı ilə Bərdə rayonu, Saatlı kəndində bir evin 2 qadının qızıl-zinət əşyalarını və xeyli miqdarda pullarını cadügərlik edərək aldadıb almışdılar. Bu hadisədə həm cavabdeh R.X.Ramis oğlu və həm də dayısı şübhəli şəxs qismində sayılmışdır. Onun Bərdə RPŞ-nə çağırılması bu işin nəticəsi imiş. Bu hadisəni cavabdeh R.X.Ramis oğlu özü danışmışdır. Cavabdeh R.X.Ramis oğluna yanvarın yarım aylıq və fevral ayının 1 aylıq pullarını, cəmi 600 manat maaşını verdilər xx.xx.2023-cü il tarixində Yevlax rayonu, Xanabad kəndindən cavabdeh R.X.Ramis oğlunun qaynatası İsgəndərov Namiq, Ağdaş rayonu, Ləki kəndində anası Rəsulova Ayaz ardı-arası kəsilmədən İddiaçı1lə telefonla zəng edərək cavabdeh R.X.Ramis oğlunu, guya atası X8 xəstə olmasına görə, onu iki günlüyə icazə verib buraxıb yola salmasını xahiş etmişlər. İddiaçı1 cavabdeh R.X.Ramis oğlunu icazə verib yola saldıqdan 2 saat sonra cavabdeh R.X.Ramis oğlu Ağdaşa çatmamış Babəkə zəng edərək qayıtmayacağını bildiemişdir. Sonralar onlar, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh R.X.Ramis oğluna dəfələrlə zəng etdilər, lakin, cavab vermədi. Habelə, onu çox axtaralar da tama bilmədilər. İstər Vüqarın fermasından, istərsə də onların fermasından çıxıb getməsinə səbəb onun dayısının şübhəli şəxs qismində Bərdə RPŞ-da saxlanılması olmuşdur. Cavabdeh R.X.Ramis oğlu onlara 680 manat Vüqara verdikləri, 70 manat qayınatası Namiqə, 20 manat anası Ayaza göndərdikləri, 150 manat bazarlıqlarına, polis şöbəsinə gedərkən verdikləri 100 manat, fevral ayının işləmədiyi 9 günə aldığı 134 manat, otardığı qoyundan bir ekiz balaları ilə şor kanala düşüb məhv olması üçün olan borclarını ödəməmiş getmişdir. 3 baş quzularında dərilərini və sümüklərini otlaqdan tapmışlar. Bu heyvanları çaqqal yemişdi. Səhlənkarlıq ucbatından tələf olmuş heyvanların orta bazar qiyməti 1000 manatdır. Bundan əlavə cavabdeh R.X.Ramis oğlunu fermaya aparanda taksi şoferinə 79 manat pul vermişlər. Cavabdeh R.X.Ramis oğlu otardığı heyvanları sayıb-təhvil vermədən getmişdi. Beləliklə, cavabdeh R.X.Ramis oğlu onlara 2233 manat zərər vurmuşdur. Beləliklə, onlar cavabdeh R.X.Ramis oğlunu çox axtarmışlar, tapa bilməmişlər. Cavabdeh borcunu ödəməkdən yayınır. Dayısının Bərdə Rayon Məhkəməsində işinə baxılarkən cavabdeh R.X.Ramis oğluda məhkəməyə gətiriləcəkdi, lakin cavabdeh R.X.Ramis oğlu məhkəmədə olmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək X1 2233 manatdan əlavə onun 100 (yüz) manatın alınması və cavabdeh X3 2333 manatın əvəzinə onların fermasında 6 ay çoban işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, onlara çoban lazım idi və cavabdeh Xəyyam Rasulovu makler vasitəsi ilə tapmışlar. Həmin vaxt Xəyyamın Vüqar adlı şəxsə borcu vardı və onlar Xəyyama özlərinə məxsus fermada işləməsini təklif edərək həmin borcu Vüqara ödəyəcəklərini, eyni zamanda həmin borcu onun aylıq əmək haqqısından çıxacaqlarını bildirərək öz aralarında razılığa gəlmişlər. Bundan sonra Xəyyam Rasulovu özlərinə məxsus fermaya gətirərək müqavilə imzalayaraq onu ailə üzvləri ilə qalacaqları evlə tanış edərək həmin evə yerləşdirmişlər. X4 680 manat borcunu ödəmişlər. Onun və ailə üzvlərinin tələbatını qarşılamaq üçün 150 manatlıq bazarlıq edərək özünə məxsus fermada yerləşən evdə yerləşdirdikdən sonra Xəyyam Rasulov ilə müqavilə bağlamışlar və heyvanları sayaraq ona təhvil vermişlər. Bundan başqa Xəyyamın ora gətirilməsi üçün yol xərci və sair xərcləri olmuşdur ki, özləri həmin xərclər qarşılamışdırlar. X16 problemləri çıxdığından Xəyyam Rasulov getmiş və geri qayıtmamış, həmçinin onlara məxsus heyvanlar da tələf olmuşdur. Bununla da onlara ümumilikdə 2330 manat məbləğində maddi ziyan dəymişdir. Əgər cavabdeh onun altı ay yanında işləsə həmin borcu ona bağlayacaq əks halda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Xəyyam Rasulovla müqavilə bağlayaraq onu işə götürmüşlər. Xəyyam Rasulovun namaz qıldığını, iman əhli olduğunu düşündüklərindən Vüqar adlı şəxsə Xəyyamın borcu kimi ödədikləri 680 manatı onun əmək haqqısından tutmamışlar. Bundan başqa bir neçə dəfə Xəyyamın qayınatası və qayınnanasına maddi köməkdə göstərmişlər. Bunlara baxmayaraq Xəyyam Rasulov onları aldadaraq, eyni zamanda beş baş heyvanlarının tələf olmasına səbəb olaraq maddi ziyan vurmuşdur. Onlar isə dəfələrlə Xəyyam Rasulova kömək məqsədi ilə maddi yardımlar göstərmişlər, uşağı xəstə olub, Xəyyam fermada olmadığı halda uşağını xəstəxanaya aparmışlar. Bundan başqa Xəyyam Rasulov fermadan çıxıb getdikdən sonra heyvanları sayarkən 1 qoyun və beş quzunun olmadığını müəyyən etmişlər. Sonra məlum olmuşdur ki, həmin heyvanlar kanala düşərək tələf olub. Xəyyama telefon vasitəsi ilə zəng etdiklərində telefona Xəyyamın qardaşı cavab vermişdir. Daha sonra onlar Xəyyam Rasulovu axtarsalar da tapa bilməmişlər və onlara dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X11 izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, iddiaçıların yanında işləyib və iddiaçılar yaxşı insanlardır və iddiaçılarına ona köməyi çox olub. O, iddiaçıların yanında işə başlayarkən onlarla müqavilə bağlamışdır, lakin heyvanlar nə o, işə başlayarkən, nə də işdən gedərkən sayılmamışdır. Həmin təhvil təslim qəbzini oxumadan imzalamışdır. İddiaçının ferması şəraitsiz olduğundan, arvadı və uşağı xəstə olduğundan fermadan ayrılmaq məcburiyyətində qalmışdır və fermaya qayıtmaq fikri yoxdur. Hazırda işləyir və ailə üzvləri xəstə olduğundan həmin borcu tam ödəmək iqtidarında deyildir. Lakin iddiaçılara olan borcu işləyib hissə-hissə ödəyəcəyini bildirərək iddianın qismən təmin edilməsini, yəni 1333 manat hissəsində (680 manat Vüqara verdikləri, 70 manat qayınatası Namiqə, 20 manat anası Ayaza göndərdikləri, 150 manat bazarlıq, polis şöbəsinə gedərkən verdikləri 100 manat, fevral ayının işləmədiyi 9 günə aldığı 134 manat, taksi şoferinə verdikləri 79 manat, maklerə verdikləri 100 manat) qəbul edir. Qalan hissədə qəbul etmir. Belə ki, o, iddiaçıların yanında işə başlayarkən onlarla müqavilə bağlasa da heyvanlar sayılmadan ona təhvil verilmişdir, işdə olan təhvil təslim qəbzini oxumadan imzalamış, onun təhsili yoxdur yazıb oxuya bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 14 yanvar 2022-ci il tarixli əlyazmada qeyd olunmuşdur; “X2 14 yanvar 2022-ci ildə İddiaçı1 yanına ayı 400 (dörd yüz) manat aylıq maaşa çoban gələrkən mənim Saatlı kəndində Vüqar adlı şəxsə olan 680 (altı yüz səksən) manat borcu alıb (İddiaçı1) Vüqara verdim. Mən İddiaçı1 14 yanvar 2022-ci il tarixdə X9 aylıq maaşı 400 (dörd yüz) manata çoban gətirdim. X5 Bərdə rayonu, Saatlı kənd sakini Vüqara olan 680 (altı yüz səksən) manat borcunu verdim. X12 ilə belə razılaşdıq ki, onun 400 (dörd yüz) manat maaşından hər ay 50 (əlli) manat pulu borcdan çıxım. 680 (altı yüz səksən) ödənənə qədər hər ay maaşımdan 50 (əlli) manat çıxılsın. Müqavilədə yazılanların doğru-düzgün olmasını şəxsi imzlarımızla təsdiq edirik” və həmin əlyazma İddiaçı1 və X13 tərəfindən imzalanmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, cavabdeh iddiaçılar ilə razılığa gələrək onlarla işləməyə razılaşmış, iddiaçılar tərəfindən cavabdehin borcu ödənilmiş, eyni zamanda cavabdeh üçün əlavə xərclər, yəni 1333 manat xərc çəkilməsi cavabdehin öz etirafı ilə təsdiqini tapır və iddia tələbi bu hissədə təmin olunmalıdır. İddiaçılar cavabdehin səhlənkarlığı səbəbindən orta bazar qiymət 1000 manat olan heyvanların tələf olmasını və həmin 1000 manat məbləğində ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın onlara ödənilməsini iddia etsələr də həmin faktlar məhkəmə iclasında öz təsdiqini tapmamış, iddiaçılar da məhkəmə bu faktları təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia heyvanların tələf olması ilə əlaqədar dəymiş 1000 manat məbləğində ziyan və 5000 manat məbləğində mənəvi ziyan hissəsində təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə iddia tələbinin Xəyyam Rasulovun 6 ay müddətində iddiaçılara məxsus fermada çoban işləməsinə dair qətnamə çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb qanunvericilik normalarına ziddir və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 1333 manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 1333 (min üç yüz otuz üç) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-121/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-121/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver