Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1219/2020 31.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı MMC cаvаbdеh Cavabdeh qаrşı «borc» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdehdən əsas borca görə 2017.08 manat, hesablanmış cərimə borcuna görə 2413.53 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 4460.61 manat pulun alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiaçı İddiaçı MMC, “MKT-Ucar” filialı və cavabdeh arasında bağlanmış 18 *** **** saylı 2018-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləyə əsasən cavabdeh 13.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 senter məhsul əldə etməklə 32500 kq xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13385.92 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 7868.84 manat məbləğində 12387.21 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh 3500 manat 00 qəpik dəyərində olan avans vəsaitləri iddiaçıya geri təhvil vermişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 2017 manat 08 qəpik borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndində əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə ( 1-ci növ xam pambığın 1 tonunun qiyməti 600 manatdır) 20% həcmdə cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 2413.53 manat təşkil edir. Müqavilə üzrə thvil verilməli idi: 32500 kq. verilib 12387.21 kq. Nəticədə, cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə 2017.08 manat əsas borc və 2413.53 manat cərimə borcu, cəmi 4430.61 manat borcu qalmışdır. İstehsalat Kommersiya» MMC-nin nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, İddiaçı MMC, “MKT-Ucar” filialı və cavabdeh arasında bağlanmış 18 *** **** saylı 2018-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləyə əsasən cavabdeh 13.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 senter məhsul əldə etməklə 32500 kq xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13385.92 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Xam-pambıq məhsulu əkib becərdi, lakin məhsul batdığından borcu ödəyə bilmədi. Buna görə də məhkəmədən borcun əsas hissəsini təmin edilməsini, cərimə hissəsini isə azaltmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izаhаtını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2019-cu il tarixli 123 saylı pretenziya məktubundаn məlum olur ki, İddiaçı MMC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеh Cavabdeh bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 2018-cı il tarixli 18 *** **** saylı müqavilənin surətindən məlum olur ki, Cavabdeh 13.0 hektar sahədən pambıq əkməyi və hər hektardan 25 sentner məhsul əldə etməklə 32500 kq xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli, REF/1831/20 saylı cərimə məbləğinin hesablanması barəsində Maliyyə arayışından məlum olur ki, Cavabdeh borcu 2413.53 manat cərimə məbləği təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 20 faizi miqdarında (birinci növ qiyməti ilə ) iddiçıya cərimə ödənilməldir. İş materiallarında olan avans hesabatı cədvəlindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən 13385.92 manat məbləğində avans ( nəğd pul, çiyid, gübrə, və s. şəkildə) vəsaitlər verilmişdir. Azərbaycan Respublikası MM-nin 14.2.1-ci maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarında biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə görə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə görə Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-nin 399.1-ci maddəsinə görə Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə görə Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 568.1-ci maddəsinə görə Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 627 -ci maddəsinə görə Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, 2018-ci il tarixli 18 *** **** saylı müqaviləyə əsasən cavabdeh 13.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 senter məhsul əldə etməklə 32500 kq xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13385.92 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə isə cavabdeh 7868.84 manat məbləğində 12387.21 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Qeyd edək ki, cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 3500 manat dəyərində vəsaitləri cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 2017.08 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Nəticədə, cavabdehin İddiaçı MMC-yə müqavilə üzrə 2017.08 manat əsas borc və 2413.53 manat cərimə borcu, cəmi 4430.61 manat borcu qalmışdır. Tələb olunmasına baxmayaraq borcun könüllü ödənişi təmin edilməmişdir. Cavabdeh iddianı qismən etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.--1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə işdə olan sübutlara tam və məcmuu halda qiymət verərək hesab edir ki, iddia Cavabdeh bağlanmış 18 *** **** saylı müqavilə üzrə əsas kredit borcuna görə 2017.08 manat pulun tutulmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan əsas borc məbləği 2017.08 manat təşkil etdiyi halda, ondan cəriməyə görə 2413.53 manat pulun tələb edilməsi tənasübsüz şəkildə çoxdur. Ona görə də, iddia tələbi cərimə(dəbbə puluna) aid hissədə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlaradan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 2017.08 manat, cəriməyə görə 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 2247,08 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1219/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1219/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver