Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-122/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X10 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızı və onun nümayəndəsi və vəkili Vəkil Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı «birgə nikah dövründə olan borcun yarısının bölünməsi» tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məhərrəmova (Mahmudova) İnci Əlican qızının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərziəsi ilə bağlı mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızına qarşı «birgə nikah dövründə olan borcun yarısının bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərzisinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X19 ona qarşı 111000 manat borcun və 300 qram qızıl tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə Ağdaş rayon İcra və probasiya şöbəsində icra edilməkdədir. Qeyd edir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından Əsnad və Abdulqadir adlı uşaqları anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İnci özü də yaxşı bilir ki, o aylıq qazancı ailəsinin dolanışına güclə çatırdı. Necə ola bilər ki, o bu qədər qisa bir müddət ərzində əmlaklar əldə etmişdir. Bunun sadə cavabı var, bütün bu əldə etdiyi əmlakları həmkəndliləri Neymət Hacıyevdən aldığı borclar hesabına olubdur. Bunu İnci də hətta bütün Dəhnəxəlil kənd sakinləri də bilir ki, onun pula ehtiyacı olduqda Neymətdən borc alırdı. Belə ki, ailələrinin Neymətlə bağlılığı uzun illərə bağlıdır. Atası Neymətin və qardaşlarının kirvəsi, Neymətin atası isə onun və qardaşlarının kirvəsi olub. 1999-2000-ci illərdən qardaşı Nurlan ilə, 2005-də digər qardaşı, 2007-ci ildən onunla Neymət işləməyə başlayıb. Neymətin öz qardaşlarının ayrı biznesləri olduğundan onların vaxtı olmadığı üçün qardaşlar Neymətin biznesini idarə etmişdirlər. Neymətdən təxminəm son 10 il ərzində küllü miqdarda borc alaraq həmin məbləğlərə özünə texnika almış, evinin tikilməsi, təmiri və ailəsinin digər tələbatlarını ödəmək üçün xərcləmişdir. Aldığı texnikanı işlədə bilmədiyi üçün yenidən Neymətin oğluna alqı-satqı etmişdir. Pulunu da borclu olduğu pulun əvəzinə almamış, həmin pullar Neymətə olan borcdan çıxılmışdır. Belə olduğu üçün Neymətə aldıqları borcun qalıq hissəsini ödəməkləri mümkün olmamışdır. İnci hətta bütün yuxarıda qeyd etdiklərini, yəni onun Neymətə borcunun olmağını İncinin ona qarşı qaldırdığı "Əmlak” tələbinə dair iddiasına xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxılan zaman da bildirmişdir. O zaman belə İnci bütün qeyd etdiklərinin qarşısında susmuşdur. (Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindəki izahatı.) Buna görə də hesab edir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan tutulan 91000 (doxsan bir min) manat miqdarında borcun birgə nikah dövründə əldə olunduğu üçün həmin borcun yarısı Cavabdeh tutularaq ona ödənilməlidir. Cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızı İddiaçı qarşı “əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalıı traktorun alınması üçün "xxxx" ASC-yə ödənilmiş vəsaitin bölünərək 70000 manat hissəsinin uşaqların onun yanında qalması nəzərə alınaraq cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətanamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahlarından uşaqları xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin 2(014)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə yaşadıqları dövrdə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli müqavilə ilə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalı traktorun alınması üçün birgə qazanclarından 70000 manatdan artıq vəsait xərclənmişdir. Onun həmin əmlakın ½ hissəsinə istifadə hüququnun tanınması tələbi təmin edilməmişdir. Hazırda cavabdehin əmlakların alınması ilə bağlı az miqdar borcu qalmışdır. Dəfələrlə "xxxx" ASC-yə ödənilmiş vəsaitə dair sorğu versə də, həmin məlumatı əldə edə bilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı borcları üzrə müəyyən edilmiş 91000 manat məbləğində pulun İddiaçı və X15 ümumi əmlaklarına yönəldilməklə həmin əmlakların satış dəyərindən tutularaq X14 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki tələbinin irəli sürülməsinə səbəb İddiaçı ilə X22 arasında olan əmlak bölgüsü, əsas isə mübahisə predmeti olan əmlakların onun vəsaiti hesabına əldə edilməsidir. Bu barədə Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Cavabdehlərdən İddiaçı bu faktı və həqiqətləri (borcu) təsdiq etdiyi halda digər cavabdeh İnci Mahmudova bunu inkar edərək fikrini əsassız arqumentlərlə əsaslandırır. Belə ki, o İddiaçıla birgə nikahda olduqları dövrdə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalıı traktorun alınması üçün birgə qazanclarından 70000 manatdan artıq vəsait xərcləndiyini iddia etsə də, iddia tələbinin əsasını heç bir faktla təsdiq edə bilmir. Belə ki, X23 Məhərrəmovla birgə nikahda olduğu dövr ərzində gəlirlərinin nədən ibarət olmasını, tələbində iddia etdiyi texnikaların alınması üçün külli miqdarda vəsaiti hansı şəkildə əldə etdiklərinə dair heç bir dəlil təqdim etmir və bununla da qarşılıqlı iddiasının qanuni əsaslarını isbat edə bilmir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasında və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəl sürülən dəlilllərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həqiqətlər və faktiki hallar isə onun iddia etdiyi formada olmuşdur. İddiaçı və İnci Mahmudovanın birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi əmlaklar onların birgə gəlirləri yox, ailə ehtiyaclarına sərf etdikləri İddiaçı öhdəliklərinə daxil olan ondan alınmış borc əsasında alınmışdır. Həmin faktlar və borcun mövcutluğu Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Eyni zamandan Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun vəsaiti hesabına alınmış və ailə ehtiyacları üçün istifadə edilmiş texnikalar və borc əvəzinə ona satılmış əmlak cavabdehlərin birgə əmlakı kimi onlar arasında bölünmüşdür. Hazırda həmin borc cavabdehlər tərəfindən müştərək qaydada iddia tələblərində göstərilmiş əmlaklar və Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əmlakların dəyəri hesabından tutularaq ona ödənilməlidir. İddia tələbini əsası kimi göstərə bilər ki, cavabdehlərin iddia etdikləri texnikaların alınması üçün onların şəxsi vəsaitləri olmamış, həmin texnikalar onun şəxsi təsərrüfatında istifadə etmək üçün dəyəri ondan alınmış borc pul hesabına ödənilməklə İddiaçı adına rəsmiləşdirilmişdir. Hər ay ödənilən lizinq ödənişləri də onun təsərrüftaında əldə edilən gəlirlər hesabına ödənilmişdir. Cavabdeh İddiaçı tərəfindən ondan alınmış borclar öhdəliklər üzrə əldə etydiyi pul vəsaitini birgə nikah dövründə ailə ehtiyacları üçün istifadə edərək qeyd edilən əmlakları əldə etmişdir. Həmin əmlaklar ona məxsus təsərrüfatlarında istifadə edilmişdir. Rayon əraizində məlumatlı şəxslər həmin texnikaların faktiki ona məxsus olduğunu, istifadəyə ehtiyaclarnın olduğu təqdirdə ona müraciət etdiklərini təsdiq edə bilərlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında və təqdim etdiyi etiraz ərizəsində bildirdi ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun, mediyasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumunun X12 alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk öncə onu qeyd edir ki, iddia tələbi daha əvvəl baxılan (Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi) iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsində qeyd edilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən X15 (xx.xx.2022-ci il tarixli Mediyasiya prosesinin tətbiqi barədə təklifim) xəbəri var. Bundan sonra X22 xəyalı varlanmaq qərarına gələrək onun iddiasına qarşı heç bir hüquqi əsası olmayan qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxıl səpənə, 1 ədəd kombayna, 1 ədəd AGVM 23 markalı taxıl səpənə və 1 ədəd Belarus 892 markalı tarktorun alınması üçün "xxxx" ASC-nə ödənilmiş vəsaitin bölünərək 70000 manat hissəsinin uşaqların onun yanında qalması nəzərə alınaraq cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiada sübutlar Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 41-cimaddəsinin tələbləri kobud surətdə pozulmaqla əldə edilməyə çalışılmışdır. Həmin sübutlar Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlar olduğundan onların istifadə olunmasına yol verilmir. Bundan başqa aşağıda qeyd etdiyi qanun normalarına əsasən X22 tərəfindən verilmiş qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin - proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi Nimətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. X7 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə tanış olduqda belə qənaətə gəlir ki, o qarşılıqlı iddia ərizəsinin “Xahiş etdi” hissəsində ilkin iddiaya münasibət bildirmədiyindən ilkin iddianı qəbul edir. Qanunun tələblərinə zidd olaraq X22 qarşılıqlı iddia verməklə əsassız varlanmaq niyyətindədir. Onun verdiyi qarşılıqlı iddia onun hazırki iddia tələbi ilə heç bir hüquqi kəsişməsi yoxdur. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur. Onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məqsədə müvafiq hesab edilə bilməz. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinə əsasən məhkəmədən X22 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X21 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək ilkin iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızı məhkəmə iclasında qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. İilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs X19 məhkəmə iclasında iddia tələbinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Şahid3 izahatında Neymət Hacıyevin torpaq sahələrində 4 ildir ki, Kombayn işlətdiyini, əmək haqqısının Nimət tərəfindən ödənildiyini, istifadə etdiyi texnikaların sahibi kimi Niməti tanıdığını, kombaynların harda və nə zaman sürülməsi ilə bağlı göstərişləri Nimətdən aldığını, həmin texnikaların Sübhanın deyil, Nimətin olduğunu, Sübhanın Nimətlə əvvələr işlədiyini, hal-hazırda işləmədiyini bildirdi. Məhkəmə iclasında Şahid2 izahatında Neymət Hacıyevin torpaq sahələrində Traktor sürücüsü kimi işlətdiyini, əmək haqqısı Nimət tərəfindən ödənildiyini, həmin traktorun harda və nə zaman sürülməsi ilə bağlı göstərişləri Nimətdən aldığını, həmin texnikaların Sübhanın deyil, Nimətin olduğunu, Sübhanın Nimətlə əvvələr işlədiyini, halhazırda işləmədiyini bildirdi. Məhkəmə iclasında Şahid1 izahatında Neymət Hacıyevin torpaq sahələrində Traktor sürücüsü kimi işlətdiyini, Sübhanın onların işinə nəzarət etdiyini, son illər X24 məxsus təsərüfatda işləmədiyini bildirdi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd еdilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “evlilik dövründə alınmış pul vəsaitinin qalıq borcunun bölünməsi” mübahisə üzrə xx.xx.2022-ci il tarixində, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixində şəxsən məlumatlandırılmışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulu İddiaçı Fərzəli oğlu tərəfindən ödənmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 91000 manat miqdarında borc və 300 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X14 verilsin. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X1 İnci Əlican qızının yanında saxlanılsın. Cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-831/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan cavabdeh İddiaçıdan cehiz əmlakları: Mebel 1500 man, mebel üçün xrustallar, servis (madonna, bagemalar, lepkalı qabları)-1500 man, uşaq yatağı 380 man, şkaf 1 ədəd 150 man, tək nəfərlik 2 ədəd yataq 100 man., stolu və stul dəsti 420 man, yorğan-döşək 7 dəst 300 man, qazan dəstləri- 3 dəst 145 man, mətbəxtdə istifadə olunan xırda ləvazimatlar(qab-qacaq) 500 man, ayaqqabı şkafı (asılqanlı) 120 man, xalça bir ədəd 150 man, xalça daroşka 2 ədəd 80 man, pərdə 4 ədəd 600 man, smavar 1 ədəd 140 man, manqal 50 man, divan dəsti 950 man, televizor plazma (samsung) 850 man, televizor üçün altlıq 350 man, kiçik masa (jurnalni) 200 man, yataq dəsti 2200 man, yataq dəsti qız uşağı üçün 1250 man, yataq dəsti oğlan uşağı üçün 1250 man, mətbəx mebeli bağlanma 2800 man, mətbəx mebeli üçün qaz sobası 250 man, mətbəx mebeli üçün qabyuyan(moyka) 70 man, paltaryuyan 430 man, ankastr 450 man, mikrodalğalı soba (west) 280 man, soyuducu samsung 1470 man, mətbəx jaluzu 120 man, çilcıraq 2 ədəd (zal və otaq üçün) 350 man, tozsoran (west) 250 man, qazan dəsti (qranit) 260 man, qazan dəsti (keramika) 245 man, qazan dəsti (ikili) 180 man, qazan dəsti( tuj) 120 mant, qaşıq-bıçaq dəsti çamadan 200 mant, belndr (istifadə olunmamış) 45 man, mikser (istifadə olunammış) 80 man, ətçəkən maşın 100 man, balıq tavası qoşa 140 man, məcməyi (podnos) dəsti (nikkel) 120 man, xalça 1 ədəd 350 man, xalça balaca 2 ədəd 100 man, xalça 1 ədəd 500 man, yataq üstü (pokrıval) 2 cüt 140 man, uşaq üçün yataq üstü (pokrıval) 2 cüt 80 man, divan örtüyü 2 ədəd 120 man, maydador 320 manat dəyərində əşyalar naturada, naturada olmadıqda isə onların dəyəri alınaraq iddiaçı Cavabdeh verilməsi, Ağdaş Rayonu, Dəhnəxəlil kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 214.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0.45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) ½ hissəsində iddiaçı Cavabdeh paylı mülkiyyət hüququ müəyyən edilməsi, “Howo- ZZ3317N3867W” markalı **-BG-*** və “Nissan Navara” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısından əldə olunmuş 68000 (altmış səkkiz min) manatın yarısı 34000 (otuz dörd min ) manat cavabdehdən alınıb iddiaçıya verilməsi, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, ümumi sahəsi 89.0 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 5000 manat məbləğində dəyərləndirilərək onun yarısı 2500 (iki min beş yüz) cavabdehdən alınıb iddiaçıya verilməsi, 1 ədəd kotanın dəyəri 2000 AZN müəyyən edilərək onun yarısı 1000 (min) AZN pul şəklində alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş 261.40 manat dövlət rüsumunun yarısı yəni 130.70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2022-656 saylı məktubdan məlum olur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli müqavilə ilə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalı traktor vətəndaşın istifadəsinə verilmişdir. Hazırda həmin lizinq müqavilələri üzrə ümumi borc məbləği 32800 AZN təşkil edir ki, əsas məbləğ üzrə 8156 AZN həcmində gecikdirilmiş borc məbləği mövcuddur. Eyni zamanda bildirilirki, 386-L/14 nmrəli lizinq müqaviləsi üzrə 1 ədəd kotan vətəndaşın mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-2/2-413/2023 saylı məktubdan məlum olur ki, "xxxx" ASC ilə İddiaçı arasında qarşılıqlı razılaşma əsasında 386-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 1221 markalı traktor, 1473-L/14 nömrəli müqavilə üzrə 1 ədəd TS-24 markalı taxılsəpən, 478-L/16 nömrəli müqavilə üzrə 1 ədəd New Holland TC5050 taxılyığan kombayn, 652-L/16 nömrəli müqavilə üzrə 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1472- L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 892 markalı traktor lizinqə götrülmüşdür. Daha sonra qanunvericiliyə uyğun olaraq qeyd olunan texnikalara 40 faiz güzəşt tətbiq edilərək 2146-GL/16 nömrəli və 526-GL/18 nömrəli gözəşt müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə 2022-ci ilin 25 yanvar tarixinədək 80372 (səksən min üç yüz yetmiş iki) manat ödəniş edilmişdir. Hazırda həmin müqavilələri üzrə 32800 (otuz iki min səkkiz yüz) manat əsas borc öhdəliyi və Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-201/2020 nömrəli qətnaməsi üzrə 50 (əlli) manat cərimə və 25.80 (iyirmi beş manat səksən qəpik) manat dövlət rüsumu Ağentliyə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində qeyd edilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Mahmudova (Məhərrəmova) İnci Əlican qızı xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından Əsnad və Abdulqadir adlı uşaqları anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X18 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ailəsini dolandırmaq məqsədi ilə uzun müddətdir ki, tanıdığı və yanında işlədiyi X8 birgə elilik dövründə, yəni 2013-cü il tarixdən başlayaraq 2019-cu il tarixədək 191000 (yüz doxsan bir min) manat borc almış, həmin pullara özünə texnika almış, evinin tikdirmiş, həmin evi təmir etdirmiş və ailəsinin digər tələbatlarını ödəmişdir. Aldığı texnikanı işlədə bilmədiyi üçün yenidən Neymətin oğluna alqı-satqı etmişdir. Pulunu da Neymətə borclu olduğu 191000 (yüz doxsan bir min) manat pulun əvəzinə almamışdır. Bundan sonra X2 Sübhan Fərzalı oğluna qarşı 111000 manat borcun və 300 qram qızıl tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir. İddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızı ilə birgə evlilik dövründə "xxxx" ASC ilə bağlanmış qarşılıqlı razılaşma əsasında 386-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 1221 markalı traktor, 1473-L/14 nömrəli müqavilə üzrə 1 ədəd TS-24 markalı taxılsəpən, 478-L/16 nömrəli müqavilə üzrə 1 ədəd New Holland TC5050 taxılyığan kombayn, 652- L/16 nömrəli müqavilə üzrə 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1472-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 892 markalı traktor lizinqə götrülmüşdür. Daha sonra qanunvericiliyə uyğun olaraq qeyd olunan texnikalara 40 faiz güzəşt tətbiq edilərək 2146- GL/16 nömrəli və 526-GL/18 nömrəli gözəşt müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə 2022-ci ilin 25 yanvar tarixinədək 80372 (səksən min üç yüz yetmiş iki) manat ödəniş edilmişdir. Hazırda həmin müqavilələri üzrə 32800 (otuz iki min səkkiz yüz) manat əsas borc öhdəliyi və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 201/2020 nömrəli qətnaməsi üzrə 50 (əlli) manat cərimə və 25.80 (iyirmi beş manat səksən qəpik) manat dövlət rüsumu Ağentliyə ödənilməmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını ətraflı şəkildə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğunda təmin edilməli, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pul, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul və İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə lizinq predmetini təşkil edən əmlak üçün aparılmış lizinq ödənişləri ümumi gəlirlər hesabına həyata keçirildiyindən həmin ödənişlərin yarısı 40186 (qırx min bir yüz səksən altı) manat pul İddiaçı tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 manat pulun 150 manatı Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilməli, qalan 150 manat hissə isə ilkin iddiaçıdan qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı borcun ümumi əmlaka yönəldilməsinə dair iddia tələbi əmlak ümumiliyinə son qoyulduğundan həmin tələb rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq
QƏT ЕTDİ:
İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilsin. İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakn alınmasına çəkilən xərcin yarısı olan 40186 (qırx min bir yüz səksən altı) manat məbləğində pul tutuaraq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilsin, qalan 150 (yüz əlli) manat hissə isə İddiaçı tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nizam Əliyev