Məhkəmə qərarları › İş №2(014)-123/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-123/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-123/2020 10.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun nümayəndəsi C.Hacıyevin iştirakı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun Cavabdeh oğluna qarşı Kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun xeyrinə 1686,50 manat əsas borc, 260 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh oğluna illik 30%-lə 32 ay müddətinə 3500 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh oğlunun xx xxxxxx 2019-cu il tarixədək 1686,50 manat əsas borc, 260 manat gecikdirilmiş vaxt üçün faiz borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondun xeyrinə 1686,50 manat əsas borc, 260 manat vaxtı keçmiş faiz borcu, cəmi 1946,50 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş edilir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun nümayəndəsi C.Hacıyev məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, borc hesablanarkən cavabdehə artıqlaması ilə güzəşt etmişlər. Belə ki, cavabdehə 260 manat hesablanmış borc kredit müqaviləsi üzrə vaxtı keçmiş borcdur,belə ki,qanuna görə 5%-lə hesablanmışdır. Hesab edirlər ki, iddiaları əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh oğlu qeydiyyatda olduğu Ağdaş şəhəri,M.Ə.Rəsulzadə küçəsi ev 3-də yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh oğluna illik 30%-lə 32 ay müddətinə 3500 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdeh oğlunun xx xxxxxx 2019-cu il tarixədək 1686,50 manat əsas borc, 260 manat gecikdirilmiş vaxt üçün faiz borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Həmçinin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 1686,50 manat əsas borc, 260 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1976,50 (bir min doqquz yüz yetmiş altı manat əlli qəpik) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondunun xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar