Məhkəmə qərarları › İş №2(014)-1231/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1231/2022

10.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1231/2022 10.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir cavabdehlərlə birlikdə mərhum həyat yoldaşı ilə ona məxsus, qeydiyyatda olduqları, ünvan 1indəki yaşayış evində yaşayırlar. Hazırda təsərrüfat rəhbəri də İddiaçı1dır. Ancaq son bir neçə ildə cavabdehlər qeydiyyatda olduqları evdə yaşamaqlarına imkan verilmirlər. Cavabdehlər tərəfindən müxtəlif təzyiqlərə və hücumlara məruz qalırlar. Cavabdehlər onları evdən qovmaq və didərgin salmaq üçün hər cür vasitələrə əl atırlar, onlara gün verib işıq vermirlər. Onların cavabdehlərdən sadəcə istəkləri qeydiyyatda olduqları evdə sakit yaşamaqlarıdır. Ancaq cavabdehlər buna imkan vermirlər. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onlar hərgün söyülürlər və qeydiyyatda olduqları evdə yaşamaqlarına hər cür vasitə ilə maneələr törədilir. Bugünədək cavabdehlərlə heç bir dava etməmişlər, sadəcə nəvələri ilə maneəsiz, sakit yaşamaq istəyirlər. Onların qeydiyyatda olduqları evdə yaşamaq və ondan istifadə etmək hüquqları olmasına baxmayaraq, cavabdehlər qanunsuz olaraq onların bu hüquqlarından yararlanmaq hüquqlarına suni maneələr yaradaraq mane olurlar. Qeyd edilənlərə əsasən cavabdehlərin onların qeydiyyatda olduqları yaşayış evində yaşamaqlarına və ondan istifadə etməklərinə qarşı yaradılan süni maneələr və etdikləri hərəkətlər qanunsuzdur. Dəfələrlə cavabdehlərlə olan problemi aralarında həll etməyə çalışsalar da, cavabdehlərlə razılığa gələ bilməmişlər və hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etmədilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarına olan Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ seriyalı, № 732199 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 29.03.205-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 №-ilə qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 19 yanvar 2007-ci il tarixli, AZ-İ seriyalı, № 875426 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası X5, anası isə X1r. İşin materiallarında olan Ağdaş RİHB-nin Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2012-ci il tarixli, AZ-İİ seriyalı, № 914946 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası isə İddiaçı2dır. İşin materiallarında olan Ağdaş RİHB-nın Yuxarı Ləki kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli, № 158 saylı arayışdan görünür ki, X3 rayonunun Yuxarı Ləki kəndində yaşayır ailə üzvləri 1) Özü: X10, 2) oğlu: Cavabdeh1, 3) gəlini: Cavabdeh2, 4) nəvəsi: İddiaçı1 Əlvan qızı, 5) Nəvəsi: isayev Yusif Əlvan oğlu, 6) nəvəsi: X4, 7) gəlini: İddiaçı2, 8) nəvəsi: X8, 9) nəvəsi: X2 ibarətdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2, İddiaçı1 və onun ailə üzvləri yəni özü və iki oğlunun ailələri bir həyətdə eyni fərdi yaşayış evində yaşayırlar. Lakin cavabdehlər tərəfindən onlara həmin evdə yaşamalarına və istifadə etmələrinə süni maneələr yaradılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıların qeydiyyatda olduqları ünvan 1i ünvanında yerləşən yaşayış evlərindən yaşamaları və ondan istifadə ilə bağlı yaradılan süni maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qeydiyyatda olduqları ünvan 1i ünvanında yerləşən yaşayış evlərindən yaşamaları və ondan istifadə ilə bağlı yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar