Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1243/2021 03.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı MMC-nin Cavabdeh qarşı “01/217/20M saylı 30 noyabr 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “01/217/20M saylı 30 noyabr 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/217/20M saylı 30 noyabr 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə borcu 3297.53 manat, dəbbə pulu üzrə 189.53 manat, cəmi 3487.06 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 30 noyabr 2020-ci il tarixdə 01/2017/20M saylı nisyə alıq-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 3297.53 manat olan 1(bir) ədəd 2020-ci il buraxılışlı Vanvard markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra “əmlak”) cavabdehə təhvil verib, cavabdeh isə bunun müqavilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan ödəniş qrafikinə əsasən 22.04.2021 tarixinədək, müqavilə üzrə borcu 3297.53 manat, dəbbə pulu üzrə 189.53 manat olmaqla, cəmi 3487.06 manat məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 103 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. İddiaçı MMC-nin baş dirketoru Mahir Nəbiyev məhkəmə iclasına ərizə ünvanlayaraq bildirdi ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməkləri mümkün olmadığına görə məhkəmə baxışına onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən «Pareks Lizinq and Faktorinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 noyabr 2020-ci il tarixli NAS01/217/20M saylı müqaviləldən və ödəniş cədvəlindən görünür ki, qiyməti 3297.53 manat olan 1(bir) ədəd 2020-ci il buraxılışlı Vanvard markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hər ay 183.20 manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21.01.2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 30 noyabr 2020-ci il tarixli NAS01/217/20M saylı müqaviləyə əsasən 1(bir) ədəd 2020-ci il buraxılışlı Vanvard markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə tam qüsursuz halda «Pareks Lizinq and Faktorinq” MMC-dən təhvil almışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 1(bir) ədəd 2020-ci il buraxılışlı Vanvard markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları üçün əsas borc (ümumilikdə ödənilməmiş məbləğ) 3297.53 manat, dəbbə pulu üzrə 189.53 manat olmaqla, cəmi 3487.06 manat məbləğində borc hesablanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh «Pareks Lizinq and Faktorinq” MMC-yə olan borcunu 07 (yeddi) gün müddətində icra etməməsi təqdirdə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və birtərəfli qaydada nisyə alqı-satqı müqaviləsini ləğv etmək hüququna malik olduğu bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 14 aprel 2021-ci il tarixli və 19 mart 2021-ci il tarixli tələb məktublarından görünür ki, Cavabdeh «Pareks Lizinq and Faktorinq” MMC-yə olan borcunu 07 (yeddi) gün müddətində icra etməməsi təqdirdə məhkəmə qaydasında müqavilənin ləğvi, verilmiş əşyanın və dəbbə pulunun ödənilməsini tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Nisyə alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən: 10.1. Alıcı müəyyən edilmiş müddətlərdə bu Müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0.5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Alıcı isə həmin dəbbə pulunu Satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 10.2. Bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi Alıcını ödənilməmiş ödənişlərin ödənilməsindən, bu Müqavilənin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. 10.3. Bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi Satıcının müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 (beş) iş günü ərzində ödəməlidir. Satıcı qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdən başqa, bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra Alıcıya dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır”. Həmin müqavilənin 12-ci bəndinə əsasən “12.1. Alıcı tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: ...12.1.3. Alıcımüqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib... 12.2. Alıcı Satıcının tələbində göstərilmiş müddət ərzində Satıcıya Əmlakı və onun ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. 12.3. Satıcının müəyyən etdiyi müddət ərzində Əmlak, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Satıcıya təhvil verilməyibsə, Satıcı Əmlakı məcburi qaydada geri ala bilər və onların təhvl verilməsinin hər gecikdirilmiş gün üçün Əmlakın cari dəyərinin 0.5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb ed bilər... ...12.10. Alıcı bu müqavilənin 13.7-ci bəndində göstərilən hallarda bu müqavilənin ləğv edilməsi nəticəsində Satıcının çəkdiyi bütün xərclərin və zərərin əvəzini ödəməlidir.” Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh oğlu ilə «Pareks Lizinq and Faktorinq” MMC arasında bağlanmış 30 noyabr 2020-ci il tarixdə 01/2017/20M saylı müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə məhsulların dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı «Pareks Lizinq and Faktorinq” MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə 22 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 3487.06 manat borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 189.53 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaldaraq 20 AZN etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 noyabr 2020-ci il tarixli, 01/217/20M saylı müqaviləsi üzrə 3297.53 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 3317.53 (üç min üç yüz on yeddi 53 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı «Pareks Lizinq and Faktorinq” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun 10 manatı iddiaçıya aid edilməli, 20 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 noyabr 2020-ci il tarixli, 01/217/20M saylı müqaviləsi üzrə 3297.53 manat əsas borc, 20 manat dəbbə pulu olmaqla, cəmi 3317.53 manat (üç min üç yüz on yeddi 53 qəpik) manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «Pareks Lizinq and Faktorinq” MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun qalan 10 manatı iddiaçı «Pareks Lizinq and Faktorinq” MMC-yə aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1243/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1243/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver