Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1258/2024 19.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X19 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-817/2019 nömrəli qətnaməsi ilə 19 dekabr 2008-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün 110 manat miqdarında təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 04 aprel 2006-cı il təvəllüdlü X6 və 19 dekabr 2008-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdeh ilə rəsmi olaraq ayrılmışlar və birgə nikahlarından doğulmuş X6 və X7 onun himayəsində saxlanılmışdır. Uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-817/2019 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün 110 manat, cəmi 220 manat məbləğində aliment müəyyən edilmişdir. Onun maddi vəziyyəti ağır olduğundan, kirayədə yaşadıqlarından, daima müayinə və müalicəyə, uşaqların hazırlıqlarına, qulluğa ehtiyacları olduğundan və özü heç bir yerdə işləmədiyindən, eləcə də şəraitin dəyişməsi səbəbindən həmin məbləğə uşaqların saxlanılmasında, yəni sağlam böyüməsində, qidalanmasında və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq uşaqların saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. X11 04 aprel 2024-cü ildə 18 yaşı tamam olmuşdur. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq 2024-cü il üçün müəyyən edilmiş alimentin, yəni bir uşaq üçün 235 manat alimentin alınıb ona verilməsinə ehtiyacı var. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı onun qızıdır. Qızı Ruhiyyə ilə cavabdeh arasında qeydə alınmış nikah pozulduqdan sonra qızı Bakı şəhərində kirayədə yaşayır. Heç bir yerdə işləmir. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Uşaqların saxlanılması üçün özü də pensiya aldıqda qızına köməklik edir. Odur ki, qeyd olunanların nəzərə alınıb, 19 dekabr 2008-ci il təvəllüdlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə X17 Aeroportundan Moskvaya çıxış etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 mart 2009-cu il tarixli, AZ-İİ № 252615 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 19 dekabr 2008-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(014)-817/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(014)-2064/2018 nömrəli qətnaməsi ilə Cavabdeh X2 xeyrinə iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 aprel 2006-cı il təvəllüdlü X6 və 19 dekabr 2008-ci il təvəllüdlü X10 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X2 xeyrinə hər ay hər bir uşaq üçün 110 manat, cəmi 220 manat alimentin tutulması, Cavabdeh 20 manatdövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi barədə yekun qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 08 avqust 2024-cü il tarixli, MŞM/MT 00461/2024 saylı arayışından görünür ki, alimentin artırılması tələbinin mübahisələndirilməsi üzrə 08 avqust 2024-cü il tarixdə saat 09:30-da keçirilmiş mediasiya prosesində İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X8 nümayəndəsi X16 iştirak etməmiş, eləcə də prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 04 aprel 2006-cı il təvəllüdlü X6 və 19 dekabr 2008-ci il təvəllüdlü X10 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(014)-817/2019 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 aprel 2006-cı il təvəllüdlü X6 və 19 dekabr 2008-ci il təvəllüdlü X10 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X2 xeyrinə hər ay hər bir uşaq üçün 110 manat, cəmi 220 manat alimentin tutulması qət edilmişdir. 04 aprel 2006-cı il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatdığından hazırda İddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 19 dekabr 2008-ci il təvəllüdlü X1 üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə, uşaqların mənafeyini, onlarla bağlı olan məsrəfləri, uşağın saxlanılması üçün cavabdehdən 110 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etməməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği artırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(014)-817/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 19 dekabr 2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 19 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti, artırılan hissəyə nisbətdə 1080 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30,80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(014)-817/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 19 dekabr 2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş 19 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30,80 (otuz manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 50 (əlli) manat mediasiya xərcinin 25 (iyirmi beş) manatı cavabdehdən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №2(014)-1258/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1258/2024
19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver