Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1263/2020 01.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-287/2018 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsinə, xx.xx.2012-ci ildə anadan olmuş X2 18 yaşı tamam olan günədək saxlanmaı üçün Cavabdeh hər ay üzrə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğindən az olmamaqla alimentin onun xeyrinə alınıb verilməsi barədəqətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə cavabdehlə aralarında Ağdaş rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci ildə 47 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından 13. 09.2012-ci ildə anadan olmuş Cavabdeh Kənan oğlu onun yanında qalmış və Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)-287/2018 saylı qətnaməsi ilə ona həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2(014)-1938/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimnetin miqdarı dəyişdirilməklə artırılmış, uşağın saxlanması üçün onun xeyrinə hər ay 100 (yüz) manat aliment tutulmuşdur. Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəməyə müraciət etmişdir. Hal-hazırda 100 manat aliment uşağın saxlanılması üçün kifayət etmir. Övladı böyüdüyündən, ehtiyacları artmışdır. Cavabdeh onun maddi çətinliklərinin olmasını bildiyi halda azyaşlı uşağının saxlanması üçün könüllü yardım etməkdən imtina edir. Ona görə də, alimentin miqdarını artırmaqdan ötrü məhkəmə müraciət etməyi zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə iddiaçı ilə aralarında Ağdaş rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci ildə 47 sayla qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından 1309.2012-ci ildə anadan olmuş Cavabdeh Kənan oğlu onun yanında qalmış və Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(014)- 287/2018 saylı qətnaməsi ilə ona həmin məhkəmənin xx.xx.2015-ci il tarixli 2(014)- 1938/2015 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilməklə artırılmış, uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 100 (yüz) manat aliment tutulmuşdur. İddiaçı yenidən məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etmişdir. O, heç bir yerdə işləmir, heç bir gəliri yoxdur. Ona görə də iddiaçının iddiası ilə razılaşmır. Cavabdeh məhkəmə iclasında iddia tələbinin rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(014)-287/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(014)-1938/2015 saylı qətnaməsi ilə Cavabdeh X3 xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, xx xxxx 2012-ci il tarixdə Ağdaş şəhərsində anadan olmuş, Ağdaş şəhəri, H.Əliyev prospekti 8/9da yaşayan Cavabdehn qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxxxx 2012-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onun saxlanılması üçün X3 xeyrinə hər ay 100(yüz) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2012-ci il tarixli AZ-İİ № 941991 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2012-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2012-ci il tarixdə 947 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər X7 Bölməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 571 saylı arayışdan məlum olur ki, X5 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda hərtəfəli həkim müayinəsindən keçmişdir, və sağlamdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1/62100 saylı arayışdan məlum olur ki, xx.xx.1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, H.Əliyev pr 8/9-da qeydiyyatda olan və yaşayan Cavabdeh Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olan və yaşayan X4 Ağdaş rayon məhkəməsinin 2(014)-287/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx xxxxxx 2020-ci il tarixə kimi 1450 (bir min dörd yüz əlli) manat ödənilməmiş aliment borcu var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli ********** saylı məşğulluq haqqında arayışdan məlum olur ki, Cavabdeh xx xxxxx 2020-ci il tarixdə Dövlət Məğulluq Xidmətində işsiz statusunda qeydiyyata alınmışdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-287/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş X2yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-287/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədənrəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1263/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1263/2020
01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver