Məhkəmə qərarları › İş №2(014)-1267/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1267/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1267/2020 31.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Nizam Əliyev Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehxx xxxxxx 2013-cü ildə anadan olmuş X3 yetkinlik çatana kimi saxlanması üçün alimentin miqdarını artıraraq, hər ay 250 (iki yüz əlli) manat, sabit pul məbləğində aliment tutulması barədəqətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2010-cu il tarixdə 182 № ilə qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxx 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Aralarındakı münasibətləri pozulduğundan, Ağdaş rayon Məhkəməsinə “nikahın pozulması və aliment” tələbinə dair müraciət etmişdir. 2(014)- 41/2015 saylı xx xxxx 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə cavabdehlə aralarında qeyd edilmiş nikah pozulmuş, xx xxxxxx 2013-cü ildə anadan olmuş X5 onun yanında qalmış və uşağın saxlanması üçün onun xeyrinə hər ay 60 (altmış) manat aliment tutulmuşdur. Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəməyə müraciət etmişdir. 2(014)- 2084/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli Ağdaş rayon Məhkəməsi ilə alimentin miqdarı artırılmış, Cavabdeh xx xxxxxx 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulmuşdur. Hal-hazırda 100 manat aliment uşağın saxlanılması üçün kifayət etmir. Övladı 2-ci sinifdə oxuduğundan, ehtiyacları artmışdır. Cavabdeh onun maddi çətinliklərinin olmasını bildiyi halda azyaşlı uşağının saxlanması üçün könüllü yardım etməkdən imtina edir. Ona görə də, alimentin miqdarını artırmaqdan ötrü məhkəmə müraciət etməyi zərurəti yaranmışdır. Cavabdeh subaydır, maşın ustası kimi fəaliyyət göstərir və onun aylıq gəliri yaxşıdır. Hal-hazırda Rusiya Federativ Respublikasında maşın ustası kimi çalışır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl-lə-sinin 185.5-ci mad-də-sinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli AZ-İİİ № 048374 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2013-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixdə 193 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 260584 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 ilə Cavabdeh arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 69 saylı qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1/229712 saylı arayışdan məlum olur ki, Borclu Cavabdeh Ağdaş rayon məhkəməsinin 2(014)-367 saylı xx.xx.2019cu il tarixli icra sənədi üzrə tələbkar X1 xeyrinə 3 uşağın saxlanılması üçün hər ay 105 manat, Ağdaş rayon məhkəməsinin 2(014)-2084 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı xeyrinə 1 uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli 2(014)-41/2015saylı qətnamədən məlum olur ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanılaraq xx xxxx 2010-cu il tarixdə Ağdaş rayon qeydiyyat şöbəsində 182 № ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2013-cü ildə anadan olmuş X7 anası İddiaçı yanında saxlanılması, xx xxxxxx 1975-ci ildə ünvan 1 saylı ünvanda yaşayan Cavabdeh xx xxxxxx 2014-cü il tarixdən başlayaraq xx xxxxxx 2013-cü ildə anadan olmuş X7 18 yaşına çatana qədər onun saxlanılması üçün İddiaçı xeyrinə hər ay 60 (altmış) manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 2(014)-2084/2018saylı qətnamədən məlum olur ki, Ağdaş rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılması, Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X2 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(014)-2084/2018saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X3yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdaş rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(014)-2084/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxxx 2013-cü il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar