Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-127/2022 24.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirpaşa oğlunun iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirpaşa oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirpaşa oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı iddialarını onunla əsaslandırmışlar ki, cavabdehlərlə xeyli müddətdir ki, həmkəndlidirlər. Bu günə qədər cavabdehlərlə bir neçə dəfə problem yaşamışlar. Belə ki, cavabdehlər tərəfindən dəfələrlə onlara məxsus torpaq sahəsindəki yonca əkinlərini iri buynuzlu heyvanlarına yedizdirərək məhv etməklə onlara maddi ziyanlıq vurmuşlar. Bu minvalla cavabdehlər 3 ildir ki, onların ümumilikdə 3.09 ha torpaq sahələrinin 2.49 ha sahələrindəki yonca əkinlərini məhv etməklə onlara xeyli miqdarda maddi ziyanlıq vurmuşlarr. Sonuncu dəfə 2020-ci ilin mart ayında cavabdehlər onlara məxsus torpaq sahəsindəki yonca əkinlərini iri buynuzlu heyvanlarına yedizdirərək məhv etməklə onlara maddi ziyanlıq vurmuşlar. Nəticədə onlara məxsus ümumilikdə yonca əkilmiş torpaq sahəsinin 2.49 ha yonca əkilmiş sahəsi tamamilə məhv edilməklə tələf olmuşdur. Onların 2.49 ha torpaq sahələrinə cavabdehlər tərəfindən bu il təqribən 400 yonca bağlaması miqdarında maddi ziyanlıq dəymişdir. Dəfələrlə çalışsalar da cavabdehlər tərəfindən əkin sahələrinin məhv edilməsinin qarşısını ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlər 2.49 ha yonca əkinlərini məhv etməklə həmin sahədən əldə edəcəkləri 400 bağ yonca bağlarını məhv etməklə 1200 manat maddi ziyanlıq vurmuşlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirpaşa oğlundan 400 bağ yoncanın dəyəri olan 1200 manat məbləğində maddi zərərin ondan alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasıqı xahiş edirlər. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, cəmi iki baş iri buynuzlu heyvanı vardır, heç vaxt iddiaçılara məxsus yonca sahəsində heyvanlarını yedizdirməmişdir. İddiaçıların yazdıqları şər-böhtandır. Onun qohumu İddiaçı2la ailə münasibətlərini pozduğu üçün qəsdən belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən iddiaçılar həmin torpaq sahəsini 2021-ci ilin payızında satmışlar. Buna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 onun qardaşı olduğunu, qardaşı kimi o da heç vaxt iddiaçılara məxsus yonca sahəsində heyvanlarını yedizdirməmişdir. Buna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, İddiaçı2 qardaşıdır. Anasının tapşırığı ilə bir neçə dəfə torpaq sahəsini yoxlamağa getmiş, 2021-ci ilin payızında cavabdehlərlə məxsus iri buynuzlu heyvanların həmin torpaq sahəsində otladığını görmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-103 kod 90318048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 0.68 hektar torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-102 kod 90318048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 2.41 hektar torpaq sahəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhəkəmə iclasında tədqiq edilən AZ-İ 719721 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 07.11.2014-cü ildə Ağdaş rayonu, Tofiqi kəndində ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağdaş X9 Mərkəzi tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 111 nömrəli rəydən görünür ki, iddiaçılara məxsus X3, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) X5 rayonu, Tofiqi kəndində yerləşən 3.09 ha torpaq sahəsinin 2.49 ha torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı yonca sahəsində iribuynuzlu mal-qaranın ayaq izləri, peyinləri və yonca sahəsinin iribuynuzlu mal-qara tərəfindən yeyildiyi, sahəyə ziyan vurulduğunu aşkar etmişdir. Odur ki, 2.49 ha torpaq sahəsindən dəymiş ziyanın 450 yonca bağlaması və bir yonca bağlamasının qiymətinin 3 manat olduğunu nəzərə alaraq dəymiş ziyanın məbləği 1350 manat hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0098 kod 90318048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 4.06 hektar torpaq sahəsi X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon icra Hakimiyyəti başçısının Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, Tofiq kənd sakini X4 qeydiyyatda olduğu təsərrüfatbaşına uçot kitabında ailə kəndli təsərrüfatında 2 baş iri buynuzlu malı vardır. Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən mülkiyyətlərində olan torpaq sahəsində əkilmiş yonca sahəsinə ziyan vurulması barədə məhkəməyə sübut təqdim etsələr də, həmin ziyanın məhz cavabdehlər tərəfindən vurulması barədə hər hansı bir sübut təqdim etmədilər. Belə ki, iddiaçılar iddia ərizələrində və məhkəmə iclasında verdikləri izahatlarında mülkiyyətlərində olan torpaq sahəsində əkilmiş yonca sahəsinə cavabdehlər tərəfindən 2020-ci ilin mart ayında ziyan vurulduğunu bildirsələr də, onlar tərəfindən dəvət edilmiş şahid cavabdehlər tərəfindən həmin sahədə mal-qaranın 2021-ci ilin payızında otarıldığını bildirdi. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Xəlilova (Səfərova) Xalisə Kamaləddin qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirpaşa oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbi iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-127/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-127/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver