Məhkəmə qərarları › İş №2(014)-1272/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1272/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1272/2020 31.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun məcburi qaydada alınması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərCavabdeh2 oğluna və Cavabdeh1 qarşı «borcun məcburi qaydada alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1970-ci ildə Ağdaş rayon Ləki qəsəbəsində doğulmuş, qeydiyyatda olan və yaşayan cavabdehlər Cavabdeh1 350 manat borcunu və xx xxxxxx 1958-ci ildə Ağdaş rayon Ləki qəsəbəsində doğulmuş, qeydiyyatda olan və yaşayan Cavabdeh2 300 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 (otuz) manat pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 2020-ci ilin fevral ayında ondan 300 manat borc pul istədiyindən, ona 300 manat borc pul vermişdir. Fevral ayının ortaları Gülqız və qardaşı Yaşar onlara gələrək ondan qardaşı üçün 350 manat borc pul istəmişdi. Həmin pulu Gülqıza verdi və oda onun yanında qardaşı deyilən Yaşara verdi. Ümumilikdə cavabdehlərə 650 manat borc pul vermişdir. Cavabdehlərdən borclarını qaytarmaqlarını bildirəndə, iki günə borclarını qaytaracaqlarını bildirmişdilər. Lakin borclarını qaytarmadıqlarından, o, xx xxxx 2020-ci il tarixdə cavabdehlər barəsində Ağdaş rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ağdaş rayon Şöbəsinin rəisi Rasim Musatafayev ona işinin mülki xarakterli olduğu üçün Ağdaş rayon Məhkəməsinə müraciət edərək pulununməcburi şəkildə alınması barədə iddia qaldırmasını bildirdi. Buna görə də hazırki iş üzrə borcunun məcburi qaydada alınaraq ona qaytarılmasını xahiş edir. İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, həqiqətən də fevral ayında Aynur Əzməmmədovdan 300 manat bir 350 manat da bir almışdır.O, iddiaçıya 650 manat borcundan 130 manatını bacısı ilə göndərmişdir. Lakin bacısı iddiaçıya 55 manatını qaytarmışdır. Hazırda qalan borcunu da qaytarmağına söz verir. Cavabdeh1 məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl-lə-sinin 185.5-ci mad-də-sinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 305 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən də Ləki qəsəbə Yeni Massiv küçəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 21/132-95217-3240 saylı məktubdan məlum olur ki, Ağdaş RPŞ tərəfindən aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. İş ilə bağlı rayon (şəhər) məhkəməsinə rəsmi olaraq müraciət etməyi bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh2və Cavabdeh1 İddiaçı 650 AZN məbləğində borc pul almışdır. İddiaçı cavabdehlər Cavabdeh2və Cavabdeh1 verdiyi pulu geri istəsə də, cavabdehlər Cavabdeh2və Cavabdeh1 borc məbləğindən yalnız 55 AZN qaytarmaqla, iddiaçının qalan borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh qalan 595 AZN məbləğdə borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında faktiki borc münasibətləri yarandığından, bu borc münasibətləri isə borcun predmetindən dolayı (AR MM 740.2) sadə yazılı formada tərtib edilməli olduğundan (AR MM 329.1), tərəflər isə qanunvericliyin bu tələbini yerinə yetirmədiyindən, onlar arasında bağlanmış əqd etibarsız olmaqla pulun verilməsinə səbəb olmuş hüquqi əsası aradan qaldırmış, bunun nəticəsində cavabdeh iddiaçının hesabına əmlak əldə etməklə əsassız olaraq varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 595 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh1 595 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddia Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar