Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-128/2022 24.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Mütallim oğlu İddiaçı 10 may 2021-ci ildə övladının xəstə olduğunu bildirərək, ondan ehtiyacı olduğu üçün 1600 (min altı yüz) manat borc pul almışdır. Bir neçə gündən sonra 21 may 2021-ci ildə Cavabdeh2 iş yoldaş X1 ilə birlikdə yenidən ondan övladının xəstə olduğu üçün pula ehtiyacı olduğunu bildirərək, 400 (dörd yüz) manat borc pul almışdır. Borcunu tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək üçün hər ay 100 (yüz) manat ödəmək məqsədi ilə əmək haqqı kartını ona vermişdir. İddiaçı 3 ay əmək haqqı kartından 100 manat borcundan çıxaraq 236 manat əmək haqqının yerdə qalan 136 manatını cavabdehin anası Cavabdeh1, oğlu Cavabdeh2 kreditini ödəmək məqsədi ilə ondan almışdır. Ancaq 3 aydan sonra cavabdeh əmək haqqı kartını bağlatmış və ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Bundan bir neçə gün sonra 01 iyun 2021-ci il tarixində Cavabdeh2 anası digər Cavabdeh1, oğlu Cavabdeh2 kreditini birdəfəlik ödəmək, bundan sonra sadəcə ona borclu qalaraq ancaq onun borcunu ödəyəcəklərini bildirərək, ondan təcili pula ehtiyacı olduğu üçün 1600 (min altı yıiz) manat borc almışdır. Borcunu tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək üçün pensiya kartını ona vermişdir. Bir neçə gün sonra da ondan tezliklə qaytarmaq üçün yenidən 400 (dörd vuz) manat pul almışdır. Bununla da Cavabdeh1 ona 2000 manat borcu yaranmışdır. Cavabdeh bu məbləği alarkən kartla və nağd ödəniş etməklə bir neçə ay ərzində borcunu qaytaracağını bildirmişdir. Cavabdeh1 da borcunu tezliklə, bir neçə ay ərzində, yəni 2021-ci ilin dekabr ayının sonunadək qaytaracağını bildirərək bunun sübutu kimi də onunla yazılı borc müqaviləsi bağlamışdır və onu borcunu pensiya kartı ilə ödəyəcəyinə əmin edərək söz vermişdir. Ancaq Cavabdeh1 verdiyi sözünə əməl etməmişdir. Cavabdeh 3 ay borcundan hər ay 80 manat ödədikdən sonra Göyçay rayonuna banka gedəcəyi üçün pensiya kartına ehtiyacı olduğunu bildirmiş, ondan pensiya kartını almış, sonra isə qaytarmışdır. Pensiya kartını qaytardıqdan sonra cavabdeh pensiya kartı ilə borcunu ödəməkdən boyun qaçırmaq üçün pensiya kartını növbəti ay bağlatdırmışdır. Bundan sonra Cavabdeh1 maddi vəziyyətinin pis olduğunu, hər ay mütəmadi borcunu ödəyərək 2021-ci ilin sonunadək tam ödəyəcəyini bildirmişdir. Cavabdehlər ana və oğul ona verdikləri sözlərinə əməl etməmişlər, hər dəfəsində də ailə problemlərinin olduğunu, tezliklə borcların ödəyib bitirəcəklərinə yenidən söz vermişlər. Cavabdehlər bir neçə yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırmışlar. Cavabdehlərə onları məhkəməyə verəcəyini bildirmişdir. Dəfələrlə cavabdehə borcunu könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də, cavabdeh hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsə də, bugünədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə çalışsa da, cavabdehlərdə olan pulunu ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı hazırda 1700 manat borcu olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək izahatında bildirdi ki, həqiqətən də iddiaçıdan 2000 manat borc almış, lakin borcunu ödəyib qurtardığını, buna görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 01.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh1 2000 (iki min) manat borc pul vermişdir. İşin materiallarında olan bir ədəd disk məhkəmə iclasında dinlənilmiş və müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlərin hər ikisinə (Cavabdeh1 və Cavabdeh2) 2000 (iki min) manat borc pul vermişdir. Cavabdeh1 səsin ona məxsus olduğunu təsdiq etmişdir. İddiaçının tələbinə əsasən Cavabdeh2 ona 1700 manat borcu vardır. Cavabdeh2 da etiraf edir ki, iddiaçıdan 2000 manat borc almışdır. Belə olan halda tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırda Cavabdeh2 borcunu qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, bu, onun etirazının əsası olduğundan, bu hissədə - yəni borcun qaytarılması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə öz etirazının əsaslarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin iddia tələbinə bu hissədə etirazı əsaslı hesab edilə bilməz. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 2000 (iki min) manat borc pul vermişdir. Cavabdeh1 üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 1760 (min yeddi yüz altmış) manat borcu yaranmışdır. Bundan başqa, İddiaçı Cavabdeh2 2000 (iki min) manat borc pul vermişdir. Cavabdeh2 üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 1700 (min yeddi yüz) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh1 1760 (min yeddi yüz altmış) manat miqdarında borc, Cavabdeh2dan 1700 (min yeddi yüz) manat miqdarında borc və 60 (altmış) manat ödənilmiş dövlət rüsumunun əvəzi hər iki cavabdehdən müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 1760 (min yeddi yüz altmış) manat miqdarında borc, Cavabdeh2dan 1700 (min yeddi yüz) manat miqdarında borc və 60 (altmış) manat ödənilmiş dövlət rüsumunun əvəzi hər iki cavabdehdən müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-128/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-128/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver