Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1283/2025 16.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun alınması» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеhlər X5 və Cavabdeh qаrşı «borcun alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, xx xxxxxx 1985-ci ildə Ağdaş şəhərində anadan olan cavabdeh X2 4100 manat məcburi qaydada alınaraq ona verilməsi və keçirmiş olduğu 61 manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 2024-cü ilin yanvar ayında 3500 manat və 1000 manat borc pul vermişdir. Cavabdeh ona borc pul lazım olduğunu bildirdikdə, ona birinci 1000 manat pul və birdə 21 qram qızıl vermişdir. Cavabdeh həmin qızılları lombarda qoyaraq onun 1000 manat pulunu və qızılları qaytaracağını bildirmişdir. Cavabdeh üç gündən sonra yenidən ona yaxınlaşaraq 3500 manat borc istədiyini və bütün borclarını kredit götürüb cəm şəkildə qaytaracağını bildirmişdir. Sonra ona məlum oldu ki, cavabdeh başqalarındanda bu formada pul almışdır. O, Ağdaş rayon polis şöbəsinə şifahi olaraq cavabdehin ona 4500 manat borcu olduğunu bildirmiş, Ağdaş rayon polis şöbəsi də cavabdehlə şifahi danışaraq borcunu verməli olduğunu bildirmişdir. Qızılları da lombardda qalır, aylıq qızılların ya faizini ödəmir ya pulumu vermir, ya da kimi qızıllarımı qaytarmır. Cavabdeh sadəcə 4500 manat borcdan 400 manatını geri qaytarmışdır. İddiаçı İddiaçı 22 iyul 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminni azaldılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, o, Cavabdehba qarşı borcun alınması tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda iddia tələbinin həcmini azaldaraq cavabdehdən 2000 manat borcun və ödədiyi 61 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, cavabdehdən 2000 manat pulunun alınmasını, iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. 18 iyun 2025-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı yazdığı şikayət ərizəsinə etirazını bildirir. Aldığı min manatı hər ay yüz manat ödəyirəm. lambarda qoyulan qızılı da hər ay ödəyir. Ödədiyinə dair əlində çeklər və sübutlar var lombardın vaxtı bitəndə qızılları çıxarıb təhvil verəcəm. Onun müraciətinə və etirazına baxılmasını xahiş etmişdir. 22 iyul 2025-ci il tarixdə Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizəsində bildirmişdir ki, iddiaçıya 2000 manat borcu olduğunu qəbul edir. İddiaçıya hər ay 100 manat olmaqla 2000 manat ödəməyə söz verir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əl yazmasından görünür ki, Cavabdeh Mətanətdən qızıl alıb lombarda qoymuşdur. Dekabr ayında lombarddan çıxardıb verəcəkdir. Min manat da borc almışdır, aylıq yüz manat verəcəkdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 61 (altmış bir) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh X4 müxtəlif vaxtlarda borc olaraq pul vermiş, cavabdeh həmin borcu iddiaçıya qaytarmadığı üçün İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 2000 manat borcun və ödədiyi 61 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizəsində iddiaçıya olan 2000 manat borcu olduğunu etiraf edərək, 100 manat olmaqla 2000 manat ödəməyə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 manat borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni 40 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа tələbi qismən təmin еdilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1283/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1283/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver