Məhkəmə qərarları › İş №2(014)-1284/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1284/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1284/2024 17.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X7 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh X2 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək iddianın baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasını tələb etdiyindən, cavabdeh X4 isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən vəsatət təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, № ********** nömrəli qəbzlə, Kapital Bank ödəniş Portalı vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 31,90 (otuz bir manat, doxsan qəpik) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh X3 qarşı "pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, № ********** nömrəli qəbzlə, Kapital Bank ödəniş Portalı vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödənilmiş 31,90 (otuz bir manat, doxsan qəpik) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar