Məhkəmə qərarları › İş №2(014)-1285/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1285/2025

21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1285/2025 21.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ki, təqsirləndirilən şəxs Cavabdeh qanunsuz olaraq köküstə yaş halda olan 2 (iki) topa yulğun kolunu qanunsuz kökündən çıxararaq məhv etməsi nəticəsində təbiətə vurduğu 160 (bir yüz altmış) manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli 98 saylı sərəncamına əsasən xx.xx.2021-ci il tarixli 50 nömrəli monitoriqn aktında göstərilənlər İdarə əməkdaşları tərəfindən yerində araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayonu Cücük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh Ətraf mühütün Mühafizəsi haqqında” qanunun 78, 79-cu maddələrinin tələblərini pozaraq inzibatı xətalar məcəlləsinin 253.2-ci maddəsi üzrə inzibatı xəta törətmiş və Bələdiyyə ərazisindən icarəyə götürdüyü 0.60 ha torpaq sahəsində təmizlik işləri apararkən həmin ərazidəki yaşıllıq sahəsindən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə qiymətləndirilmiş 80 (səksən) manat olmaqla 2 (iki) topa yaş halda yulğun kolunu qanunsuz kökündən çıxararaq cəmi 160 (bir yüz altmış) manat məbləğində təbiətə ziyan vurmuş, ekoloji tarazlıq pozulmuş və ümumi istifadədə olan yaşıllıq sahəsi məhv edilmişdir. Araşdırma zamanı Cavabdeh yazılı izahat verərək həmin torpaq sahəsində 2 (iki) topa yulğun kolunu kökündən çıxardığını bildirmişdir. Qeyd olunduğu kimi Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin tələbləri izah edilərək dəymiş ziyan məbləğinin ödənilməsi tələb edilsə də, cavabdeh təbitətə dəymiş ziyanı indiyədək ödəməmişdir.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbiətə dəyən zərərə görə cavabdeh şəxslər ziyanı ödəməyə borcludurlar. Ona görə də Cavabdeh 2(iki) topa yulğun kolunu kökündən çıxarmaqla təbitə vurduğu 160 manat dəyərində olan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə onun qeydiyyatda olduğu Ağdaş rayon Məhkəməsində iddia qaldırılması məqsədəmüvafiqdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan 19 may 2021-ci il tarixli № 69982 saylı aktdan görünür ki, 16 may 2021-ci tarixli 98 saylı monitorinq zamanı Ağdaş rayonu Cücük kənd sakini Cavabdeh bələddiyə ərazisindən 0.60 ha torpaq sahəsini icarə götürdüyünü və həmin torpaq sahəsində təmizlik işləri apararkən yığılmış kolları yandıraraq kökündən çıxardığını bildirmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli 69982 saylı akta əsasən tərtib edilmiş Ağdaş rayonu, Cücük kənd sakini Cavabdeh qanunsuz kəsilmiş Yulğun kolu təbiətə dəymiş ziyanlığın hesablanması cədvəlindən görünür ki, ümumi 160 ( yüz atmış) manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan 01 iyun 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Ağdaş rayonu Cücük kəndi ərazisində bələdiyyə toprağında, icrasında olan torpaq sahəsinin 2 (iki) topa yaş yulğun kollarını kökündən çıxararaq məhv etmişdir. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayonu Cücük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Cavabdeh Ətraf mühütün Mühafizəsi haqqında” qanunun 78, 79-cu maddələrinin tələblərini pozaraq inzibatı xətalar məcəlləsinin 253.2-ci maddəsi üzrə inzibatı xəta törətmiş və Bələdiyyə ərazisindən icarəyə götürdüyü 0.60 ha torpaq sahəsində təmizlik işləri apararkən həmin ərazidəki yaşıllıq sahəsindən “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarı ilə qiymətləndirilmiş 80 (səksən) manat olmaqla 2 (iki) topa yaş halda yulğun kolunu qanunsuz kökündən çıxararaq cəmi 160 (bir yüz altmış) manat məbləğində təbiətə ziyan vurmuş, ekoloji tarazlıq pozulmuş və ümumi istifadədə olan yaşıllıq sahəsi məhv edilmişdir. Araşdırma zamanı Cavabdeh yazılı izahat verərək həmin torpaq sahəsində 2 (iki) topa yulğun kolunu kökündən çıxardığını bildirmişdir. Qeyd olunduğu kimi Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarının 01 nömrəli əlavəsi əsasında hesablanaraq 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh qanunvericiliyin tələbləri izah edilərək dəymiş ziyan məbləğinin ödənilməsi tələb edilsə də, cavabdeh təbitətə dəymiş ziyanı indiyədək ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh qanunsuz olaraq köküstə yaş halda olan 2 (iki) topa yulğun kolunu qanunsuz kökündən çıxararaq məhv etməsi nəticəsində təbiətə vurduğu 160 (bir yüz altmış) manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 160 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qanunsuz olaraq köküstə yaş halda olan 2 (iki) topa yulğun kolunu qanunsuz kökündən çıxararaq məhv etməsi nəticəsində təbiətə vurduğu 160 (bir yüz altmış) manat məbləğində pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına (X1, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab Nömrəsi: AZ50CTRE********************, VÖEN: **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu- 142595 D4. Büdcə əməliyyatlarının kodu-3,) hesabına ödənilsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar