Məhkəmə qərarları › İş №2(014)-1288/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1288/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1288/2024 17.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X2 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE **********000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, hazırkı iddia tələbinə məhkəmə tərəfindən artıq baxıldığını və qətnamə qəbul edildiyini bildirərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-163/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə X2 Mərkəzinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbi haqqında iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və mülki işin materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi hazırkı iddia tələbinə artıq Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-163/2021 saylı qətnaməsi ilə hüquqi münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar