Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1291/2020 22.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixinə qədər onun adına ayrılmış hər ay 60 manat olmaqla 420 (dörd yüz iyirmi) manat vahid aylıq müavinət (maddi yardım) pulunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə rəsmi olaraq Cavabdeh1 ilə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X6 adlı bir oğlan övladları doğulmuşdur. Aralarında baş verən münaqişələrdən sonra 2018-ci ilin avqust ayından o övladı ilə birlikdə gəlin köçdüyü, Ağcabədi rayon Taxta-körpü 552 saylı qəsəbəsində 157 saylı evdə məskunlaşmış valideyinlərinin yanında yaşayır. Laçın rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(47)-26/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında xx xxxxxx 2016-cı il tarixdə Ağdaş rayon qeydiyyat şöbəsində 438 saylı qeydlə bağlanmış nikahları pozulmuşdur. Şirvan apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(106)-327/2020 saylı qətnaməsi ilə övladları Elgün Zamanlının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh1 160 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Nikah münasibətlərinə daxil olarkən onun məcburi köçkünlər üçün aylıq verilən 60 manat məbləğində maddi yardım (yemək xərci) ailə başçısı kimi Cavabdeh1 anası, qayınanası Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(014)-211/2020 saylı qətnaməsi ilə Cavabdeh1 2018-ci ilin avqust ayıda daxil olmaqla 2019-cu ilin 01 aprel tarixinə qədər onun adına ayrılmış hər ay üçün 40 manat olmaqla 320 manat, 2019-cu ilin aprel ayından isə hər ay 60 manat olmaqla 540 manat, cəmi 860 (səkkiz yüz altmış) manat puıun alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin cavabdehlər yenə də xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan dövr ərzində, ona dövlət tərəfindən ayrılmış madddi yardımı (yemək xərci) hər ay 60 manat olmaqla ümumilikdə 420 manat pulu mənimsəmişlər. Cavabdeh tərəfindən dövlətin məcburi köçkünlər üçün nəzərdə tutduğu 60 manat məbləğində aylıq müavinət pulunun ona aid hissəsinin cavabdehlərdən alınıb ona verilməsi üçün tədbirlər görülməldiir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsinin üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi tərəfindən verilmiş, xx xxxxxx 2020-ci il tarixli AA 440905 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 1979-cu ildə Laçın şəhərində anadan olmuş, müvəqqəti olaraq Ağcabədi rayonu, Taxta körpü 552saylı qəsəbə 157 nömrəli evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli AZ-T 103303 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx.xx.2018-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçı Sadiq qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(014)-211/2020 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon, Yuxarı Qəsil kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (2018-ci ilin avqust ayı da daxil olmaqla 2019-cu ilin 01 aprel tarixinə qədər onun adına ayrılmış hər ay üçün 40 mant olmaqla 320 manat, 2019-cu ilin aprel ayından isə hər ay 60 manat olmaqla 540 manat) 860 (səkkiz yüz altmış) manat pulalınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 2(047)-26/2020 saylı qətnamənin surətindən məlum olur ki, idia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixdə Ağdaş rayon qetdiyyat şöbəsində 438 nömrəəli qeydlə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 adlı uşaq tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının, yəni anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(106)327/2020 saylı qətnamənin surətindən məlum olur ki, iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsi, Laçın rayon Məhkəməsinin 2(047)584/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi, xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay 160 (bir yüz altmış) manat aliment tutularaq iddiaçı X2 verilməsi, qətnamə iddiaçı X1 apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayon Şəlvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 181 saylı arayışdan məlum olur ki, Dambulaq kənd sakini İddiaçı Sadiq qızı 1992-ci ilin may ayına kimi Dambulaq kəndində yaşayıb, həmin kənddən məcburi köçkün düşüb, halhazırda Ağcabədi rayonu 552 saylı taxta körpü qəsəbəsi 157-də müvəqqəti yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayonu İcra Hakimiyyəti başçısının Qorçu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 137 saylı arayışdan məlum olur ki, Cavabdeh1 1992-ci ilin may ayından məcburi köçkün düşüb, hal-hazırda Ağdaş rayonu, Qəsil kəndində müvəqqəti məskunlaşıb, Qorçu kənd İƏD üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayonu İcra Hakimiyyəti başçısının Qorçu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 138 saylı arayışdan məlum olur ki, Cavabdeh2 1992-ci ilə kimi Laçın rayonu Zağaltı kəndində yaşamışdır. 1992-ci ilin may ayından məcburi köçkün düşüb, hal-hazırda Ağdaş rayonu, Qəsil kəndində müvəqqəti məskunlaşıb, Qorçu kənd İƏD üzrə nümayəndəlikdə daimi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli AZ-İ 347862 saylı nikahın pozulması haqqında şəhadətnaməsindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı arasındakı xx xxxx 2020-ci il tarixli 16 saylı nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın rayonu İcra Hakimiyyəti başçısının Qorçu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 212 saylı arayışdan məlum olur ki, Laçın rayon Qorçu kənd sakini İddiaçı Sadiq qızı xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək vahid aylıq müavinatı Cavabdeh2 kartına vurularaq alınmışdır. Beləliklə məhkəmədə aydın oldu ki, xx.xx.2016-cı il tarixdə rəsmi olaraq İddiaçı ilə Cavabdeh1 nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X6 adlı bir oğlan övladları doğulmuşdur. Nikah münasibətlərinə daxil olarkən onun məcburi köçkünlər üçün aylıq verilən 60 manat məbləğində yardım (yemək xərci) ailə başçısı kimi Cavabdeh1 anası, qaynanası Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hal-hazırda ailə münasibətləri davam etmir. Aralarında baş verən münaqişələrdən sonra 2018-ci ilin avqust ayından o övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Ağdaş rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(014)-2011/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 2018-ci ilin avqust ayı da daxil olmaqla 2019-cu ilin 01 aprel tarixinə qədər onun adına ayrılmış hər ay üçün 40 manat olmaqla 320 manat, 2019-cu ilin aprel ayından isə hər ay 60 manat olmaqla 540 manat, cəmi 860 (səkkiz yüz altmış) manat pulun alınaraq ona ödəmilməsi qət edilmişdir. Lakin cavabdehlər yenə də xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər olan dövr ərzində, ona dövlət tərəfindən ayrılmış madddi yardımı (yemək xərci) hər ay 60 manat olmaqla ümumilikdə 420 manat pulu ödəməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası MM-nin 135.1-ci maddəsinə əsasənbu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixinə qədər onun adına ayrılmış hər ay 60 manat olmaqla 420 (dörd yüz iyirmi) manat vahid aylıq müavinət (maddi yardım) pulunun alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X8 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X9rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq Qət etdi : İddia təmin edilsin. Ağdaş rayon Yuxarı Qəsil kəndində yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixinə qədər onun adına ayrılmış hər ay 60 manat olmaqla 420 (dörd yüz iyirmi) manat vahid aylıq müavinət (maddi yardım) pulunun alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1291/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1291/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver