Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1293/2022 22.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyun ayınadək özünün və Cavabdeh2 ehtiyacı olduğu üçün ondan 7500 (yeddi min beş yüz) manat borc pul almışdır. Bununla da cavabdehlərin ona 7500 manat borcu yaranmışdır. Borcun təminatı kimi də cavabdehlər hesab və əmək haqqı kartlarını ona vermişlər. Cavabdehlər tezliklə, aylıq mütəmadi ödənişlər etməklə borcu qaytaracaqlarını bildirmişdilər. 2 ilə yaxın müddətdə cavabdehlər borcdan ona heç bir məbləğ ödəməmişlər. Cavabdehlər borc məbləğini əmək haqqı kartı ilə və nağd ödəniş etməklə 1 il ərzində borclarını qaytaracağını bildirmişdilər. Borclarını tezliklə qaytarmaq məqsədi ilə aylıq ödəniş etmək məqsədi ilə əmək haqqı kartlarını və hesab kartlarını ona vermişlər. Ancaq cavabdehlər əmək haqqı kartını verdikdən sonra bağlatmış və ona olan 7500 (yeddi min beş yüz) manat borclarını ödəməkdən boyun qaçırmışlar. Cavabdehlər borcunu tezliklə, bir il ərzində qaytaracaqlarını bildirərək onu borclarını əmək haqqı kartı və nağd olaraq ödəyəcəklərinə əmin edərək söz vermişlər. Cavabdehlər borcu 2021-ci ilin dekabr ayının sonunadək qaytaracaqlarını bildirərək, bunun sübutu kimi də onunla yazılı borc müqaviləsi bağlamış və onu ilin sonunadək pulu ödəyəcəklərinə əmin etmişlər. Ancaq cavabdehlər verdikləri sözlərinə əməl etməmişlər. Cavabdehlər əmək haqqı və hesab kartlarını verdikdən sonra növbəti ay bağlatdırmışlar. Bundan sonra cavabdehlər maddi vəziyyətinin pis olduğunu, hər ay mütəmadi borclarını tam ödəyəcəklərini bildirdilər. Ancaq cavabdehlər ona verdikləri sözlərinə əməl etməmişlər, hər dəfəsində də ailə problemlərinin olduğunu, tezliklə borclarını ödəyib bitirəcəklərini bildirmişlər. Cavabdehlər bir neçə ay yalan vədlər verərək borcunu ödəməkdən boyun qaçırmışlar. Dəfələrlə cavabdehlərə borcun könüllü ödəməsini, borc məsələsini aralarında mübahisəsiz həll etməsini xahiş etsə də cavabdehlər hər dəfəsində borcunu tezliklə ödəyəcəyini bildirsələr də bugünədək heç bir məbləğ ödəməmişlər. Hazırda borclulardan alacağı məbləğin 500 (beş yüz) manatı tərəfindən müqavilə əsasında İddiaçı2 güzəşt edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, hazırda Cavabdeh1 6200 manat borcu tələb etdiklərini bildirdilər. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı1 6200 manat borcu olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin hallarını tərəflərin izahatlarına uyğun müqayisəli şəkildə araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iddia tələbinə əsasən cavabdehlərin onlara 6200 manat borcu vardır. Cavabdeh də təsdiq edir ki, onun iddiaçılara 6200 manat borcu vardır. Belə olan halda tərəflər arasında borcun olması işin mübahisəsiz halıdır. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 Cavabdeh1 7500 (yeddi min beş yüz) manat borc pul vermişdir. İşin materiallarında olan İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixində verdiyi borc pul məbləği müqabilində dəymiş maddi zərərə görə borc öhdəliyi daşıyan Cavabdeh1 qarşı malik olduğu hüquqları və tələbləri qismən, yəni 500 manat həddində İddiaçı2 güzəşt etmişdir. İşin materiallarında olan mədaxil qəbzlərdən görünür ki, İddiaçı1 Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 95 (doxsan beş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 80 (səksən) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzə qızına 7500 (yeddi min beş yüz) manat borc pul vermişdir. Eyni zamanda İddiaçı1 həmin borcun 500 manatını müqavilə üzrə İddiaçı2 güzəşt etmişdir. Cavabdeh1 üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçılar İddiaçı1 5700 manat və İddiaçı2 500 manat məbləğində borcları yaranmışdır. Hazırda iddiaçılar cavabdehdən həmin borcun onlara geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh1 tələb olunan 6200 manat miqdarında borcun 500 manatı İddiaçı2, 5700 manatı İddiaçı1 xeyrinə cavabdehlərdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 tələb olunan 6200 manat miqdarında borcun 500 manatı İddiaçı2, 5700 manatı İddiaçı1 xeyrinə cavabdehlərdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1293/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1293/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver