Məhkəmə qərarları › İş №2(014)-13/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-13/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-13/2020 27.01.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14.12.2016-cı il tarixə olan 6666.70 manat əsas, 1307.66 manat faiz, 1160.84 manat cərimə olmaqla, cəmi borcu 9135.20 manat məbləğində borcun tutulması; Tutmanın Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məxsus Ağdaş şəhəri, N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və borcun Ağdaş şəhəri, N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməsi; Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məxsus Ağdaş şəhəri, N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə yönəldildikdə və onun satışından 1 ay sonra həmin fərdi yaşayış evin istifadə hüquqlarının itirilmiş hesab ediməsi, evdən çıxarılması və evin boşaldılması; Tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 31 manat məbləğində bildirişin DƏDRX-da qeydiyyata alınmasına dair xərcin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 18 iyun 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 18 iyun 2013-cü il tarixdə 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (ipoteka qoyan) arasında 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqaviləninin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş şəhəri N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir.Cavabdeh1 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 14.12.2016-cı il tarixə olan 6666.70 manat əsas, 1307.66 manat faiz, 1160.84 manat cərimə olmaqla cəmi borcu 9135.20 manat təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə fazilərin ödənilməsi müddətləri pozulmuşdur ki, bu da öz növbəsində Həmin Məcəllənin 295 və 319-cu maddələrinə əsasən İddiaçıASC-yə ipoteka müqaviləsinin şərlətinə görə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi hüququ vermişdir. İddiaçı ASC-nin nümayəndəsi Lalə Namazova məhkəməyə ərizə ünvanlayaraq, nəqliyyat vasitəsində qəza baş verməsi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilsin. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC tərəfindən verilmiş 18 iyul 2013-cü il tarixli 111.CL.180713.00002/a saylı ipoteka müqaviləsindən məlum olur ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, N.Nərimanov küçəsi 13A saylı xüsusi mülkiyyətdə olan 0.0402 saylı torpaq sahəsi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin RX ******* saylı çıxarışın surətindən məlum olur ki, İddiaçı ASC-yə Ağdaş şəhəri N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş RİHB-nin Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2013-cü il tarixli 5724 saylı arayışından məlum olur ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 Ağdaş şəhər N.Nərimanov küçəsi 13 A saylı fərdi yaşayış evində Cavabdeh3 pasport qeydiyyatındadır. İş materialları ilə müəyyən edilir ki , Ağdaş RPŞ –nin 14.09.2012-ci il tarixli AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 xx.xx.1987 –ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, N.Nərimanov küç-13A-da qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki , Ağdaş RPŞ –nin 03.07.2007-ci il tarixli AZE 05420598 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X2 xx.xx.1990–ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, S.Vurğun küçəsi 63-də qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 10 noyabr 2012-ci il tarixli AZ-İ 810702 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X2 20.11.2012-ci il tarixdə nikahlarını bağlamışlar. İş materialları ilə müəyyən edilir ki , Ağdaş RPŞ –nin 11.09.2005-ci il tarixli AZE ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh3 xx.xx.1963–cü ildə Ağdaş rayon, Zeynəddin kəndində anadan olmuş, Ağdaş şəhər, N.Nərimanov küç 13A-də qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş, 22 iyun 2004-cü il tarixli AZ-İ 053921 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, İsmayılov Fəxrəddin Həşim oğlu 04 iyun 2004-cü ildə vəfat etmişdir. İş materialları ilə müəyyən edilir ki , Ağdaş RPŞ –nin 2009-cu il tarixli AZE 06902720 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh4 xx.xx.1993–cü ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhər, N.Nərimanov küç 13A-də qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Gəncə filialı tərəfindən verilmiş 14.12. 2016-ci il tarixli Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən 30.11.2015-ci il tarixdən 14.12.2016-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 9135.2 manat müəyyən olunur. İş materialları ilə müəyyən edilir ki, AB Consulting MMC tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 008/AGB/18 saylı qiymətləndirmə rəyindən məlum olur ki, Cavabdeh1 məxsus Ağdaş şəhəri, N.Nərimanov küçəsi ünvanında mülkiyyətdə olan 0.0402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13 A nömrəli fərdi yaşayış evinin 22 yanvar 2018-ci il tarixinə olan qiyməti 31 000 (otuz bir min) manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3, X3 və Cavabdeh1 tərəfindən verilmiş 18 iyul 2013-cü il tarixli ərizələrdən məlum olur ki, Cavabdeh3, X3 və Cavabdeh2 İddiaçı ASC Ağdaşfilialı və Cavabdeh1 arasında bağlanmış 18.07.2013-cü il tarixli 111.LN.2004.180713.0001 saylı Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 ilə 18.07.2013-cü il tarixində 111.CL.180713.0002/a saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka Müqaviləsi və ona ediləcək bütün əlavələrinə əsasən Ağdaş şəhəri, N.Nərimanov küçəsində mülkiyyətində olan 0.0402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13A nömrəli fərdi yaşayış evinin Cavabdeh1 məxsus 1/3 hissəsini Cavabdeh1 tərəfindən ipoteka kimi qoyulmasına öz razılıqlarını verdirlər.Yuxarıda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırdığı halda tutduğu mənzili könüllü boşaltmağı və yuxarıda göstərilən ünvanda qeydiyyatdan çıxmağı öz öhdələrinə götürdülər. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 tərəfindən verilmiş 18 iyul 2013-cü il tarixli ərizədən məlum olur ki, Cavabdeh3, X3 və Cavabdeh2 İddiaçı ASC Ağdaşfilialı və Cavabdeh1 arasında bağlanmış 18.07.2013-cü il tarixli 111.LN.2004.180713.0001 saylı Kredit Müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 ilə 18.07.2013-cü il tarixində 111.CL.180713.0002/a saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka Müqaviləsi və ona ediləcək bütün əlavələrinə əsasən Ağdaş şəhəri, N.Nərimanov küçəsində mülkiyyətində olan 0.0402 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13A nömrəli fərdi yaşayış evinin Cavabdeh1 məxsus 1/3 hissəsini Cavabdeh1 tərəfindən ipoteka kimi qoyulmasına öz razılığını verdi. Yuxarıda göstərilən ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırdığı halda tutduğu mənzili könüllü boşaltmağı və yuxarıda göstərilən ünvanda qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, 16 iyun 2017-ci il tarixli ********** saylı bildirişdən məlum olur ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən tələbi ipoteka predmentinə yönəltmək məcburiyyətində olduğundan, buna dair İpotekaqoyan kimi Cavabdeh1, Cavabdeh3 və X1 14.06.2017-ci il tarixdə tərəflərindən bildiriş göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən 16 iyun 2017-ci il tarixdə ********** saylı № ilə qeydə alınmışdır. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlərdən bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2019-cu il tarixli 11789 saylı еkspеrt rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəaitlərinə dair hesabdan çıxarış və 18.07.2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 14.12.2016-cı il tarixə (iddia ərizəsində və arayışda göstərilən tarix) banka olan borcu 7051.90 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 6638.12 manat, faiz borcu üzrə 413.78 manatdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Qanunun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 39.3.3-cü maddəsində qeyd edilir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının «İpotekahaqqında» Qanununun 59.3-cü maddəsinin tələbinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, 18 iyun 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. 18 iyun 2013-cü il tarixdə 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (ipoteka qoyan) arasında 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002/a saylı İpoteka müqaviləsi bağlanmış və həmin müqaviləninin şərtlərinə görə İddiaçı ASC-yə Ağdaş şəhəri N.Nərimanov küçəsi 13A saylı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş və onun qeydiyyatı RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir.Cavabdeh1 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 14.12.2016-cı il tarixə olan 6638.12 manat əsas borcu, 413.78 manat faiz borcu qalmışdır. Məhkəmə iddia ərizəsində göstərilən 1160.84 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab etdiyindən onu azaltmağı, 200.00 manat olmasını məqsədə müvafiq hesab edir. İddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq cavabdeh borcunu ödməməmiş, iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sübutların tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 6638.12 manat, faiz borcu 413.78 manat, gecikməyəgörə cərimə borcu 200 manat olmaqla cəmi 7251.90 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və 31 manat bildirişin qeydə alınmasına dair xərc, cəmi 61 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, tutma İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002/a saylı müqaviləyə əsasən onlara məxsus olub ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönləndilməli, həmin torpaq sahəsi və üzərində yerləşən ev açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməli, ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi qaydada cavabdehdən tutulmalıdır. İpoteka predmetinin ilkin satış qiyməti 30000 manat məbləğində müəyyən edilməlidir. Cаvаbdеh Cavabdeh1 145 manat ekspertiza xərci tutularaq Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evdən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra mümkün olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002 saylı kredit müqaviləsi üzrə əsаs krеdit bоrcu 6638.12 manat, faiz borcu 413.78 manat, gecikməyə görə cərimə borcu 200 manat olmaqla cəmi 7251.90 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 18 iyul 2013-cü il tarixli 111.LN.2004.180713.00002/a saylı müqaviləyə əsasən onlara məxsus olub ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsin və üzərində yerləşən fərdi yaşayış evinə yönləndilsin. Həmin torpaq sahəsi və üzərində yerləşən ev açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilsin, ipoteka predmetinin satışından əldə olunacaq vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi qaydada cavabdehdən tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 31000 manat məbləğində müəyyən edilsin. Fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0.0402 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və 31 manat bildirişin qeydə alınmasına dair xərc, cəmi 61 manat isə müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Cаvаbdеh Cavabdeh1 145 manat ekspertiza xərci tutularaq Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar