Məhkəmə qərarları › İş №2(107)-233/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-233/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-233/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylı qətnaməsindən cavabdehlər X5, X15, Cavabdeh, X16, X6, X9 və X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: X27 Cəmiyyəti “Xalq” Bankı cavabdehlər Cavabdeh, X7, X16, X10, X9, X17 və X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ASC «Xalq» Bankının Zaqatala filialı ilə Cavabdeh xx.xx.2014-cü il tarixli **********39914/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Cavabdeh, X7, X16, X6 və X15 arasında ümumi birgə mülkiyyət hüququ üzrə sonunculara məxsus Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 0.0308 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki mülkiyyət hüququ ilə Cavabdeh məxsus 2 mərtəbəli, 4 otaqlı, 112.55 kv.m ümumi, 87.45 kv.m yaşayış, 25,1 kv.m yardımçı sahədən ibarət 14 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2014-cti il tarixli **********39914 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X8 iddiaçı ASC' "Xalq" Bankı qarşısındakı 15 597.78 (on beş min beş yüz doxsan yeddi ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas kredit borcunun, 2 878.89 (iki min səkkiz yüz yetmiş səkkiz ABŞ dolları səksən doqquz sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 355,95 (üç yüz əlli beş ABŞ dolları doxsan beş sent) ABŞ dolları penyanın, cəmi 18 832.62 (on səkkiz min səkkiz yüz otuz iki ABŞ dolları altmış iki sent) ABŞ dollarının və xx.xx.2017-ci il tarixindən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 ( qırx ) manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X7, X16, X6, X13, X17, X9, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 27 000 (iyirmi yeddi min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X27 Cəmiyyəti “Xalq” Bankının nümаyəndəsi X23 оğlu sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli **********39914/İM №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Cavabdeh, X7, X16, X6 və X15 arasında ümumbirgə mülkiyyət hüququ üzrə sonunculara məxsus Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 0,0308 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki mülkiyyət hüququ ilə Cavabdeh məxsus 2 mərtəbəli, 4 otaqlı, 112,55 kv.m ümumi, 87,45 kv.m yaşayış, 25,1 kv.m yardımçı sahədən ibarət 14 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılsın və xx.xx.2014-cü il tarixli **********39914 nömrəli kredit müqaviləsi üzrə cavabdeh X8 iddiaçı ASC “Xalq” Bankı qarşısındakı 15 597,78 (on beş min beş yüz doxsan yeddi ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, xx.xx.2019-cu il tarixinədək illik 22 % (iyirmi iki faiz) dərəcəsi ilə hesablanmış 9 332,02 (doqquz min üç yüz otuz iki ABŞ dolları iki sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 28,16 (iyirmi səkkiz ABŞ dolları on altı sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda (zərər), xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 3 184,07 (üç min bir yüz səksən dörd ABŞ dolları yeddi sent) ABŞ dolları məbləğində penya, cəmi 28 142,03 (iyirmi səkkiz min bir yüz qırx iki ABŞ dolları üç sent) ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % ( beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ,iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, X7, X16, X6, X15, X17, X9, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti “xxxx” MMC tərəfindən verilmiş rəyə əsasən 45 000 (qırx beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X27 Cəmiyyəti “Xalq” Bankının nümаyəndəsi X23 оğlunun iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ASC «Xalq» Bankı ilə cavabdeh X15 arasında bağlanmış xx.xx.2014cu il tarixli **********39914 nömrəli kredit müqaviləsi üzrə Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 15597,78 (on beş min beş yüz doxsan yeddi ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 9332,02 (doqquz min üç yüz otuz iki ABŞ dolları iki sent) ABŞ dolları məbləğində faiz borcu və 318,40 (üç yüz on səkkiz ABŞ dolları qırx sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 25248,2 (iyirmi beş min iki yüz qırx səkkiz ABŞ dolları iyirmi sent) ABŞ dolları bоrc, iddiаçı ASC «Xalq» Bankının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 ( otuz ) mаnаt məbləğində dövlət rüsumu xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu xərci və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat pul vəsaiti öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş, cavabdehlər Cavabdeh, X1, X12, X2 və X8 ümumi birgə mülkiyyətində olan Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 0,038 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 112,55 kv.m ümumi, 87,45 kv.m yaşayış, 25,1 kv.m yardımçı sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, cavabdehlər Cavabdeh, X1, X12, X2 və X8 ümumi birgə mülkiyyətində olan Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində yerləşən 0,038 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 112,55 kv.m ümumi, 87,45 kv.m yaşayış, 25,1 kv.m yardımçı sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 45000 manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinə tutma yönəldikdən və həmin əmlaklar satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh, X7, X16, X10, X9, X17 və X15 həmin fərdi yaşayış evindən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat cavabdehlər Cavabdeh, X7, X16, X10, X9, X17 və X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər X5, X15, Cavabdeh, X16, X6, X9 və X17 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, maddi vəziyyətində baş vermiş çətiliklə əlaqədar kredit borcunun ödənilməsində problem olmuşdur. Lakin borcunu hissə-hissə ödəyə bilər. Bununla bağlı iddiaçıdan vaxt istəsə də, iddiaçı onun xahişini nəzərə almamış və məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə iddiaçı borc məbləğini şişirdərək 25248.2 ABŞ dolları göstərmişdir. Halbuki o borcundan 13903 manatını ödəmişdir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylıqətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün dəbbə pulu və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh X15 müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, müvafiq olaraq onun iddiaçıya kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1-ci, 739.1-ci, 445.2.1-ci, 449.1-ci, 472.1-ci, 465-ci, maddəsinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 36.1, 36.2, 36.3, 36.4, 39.3.3, 59.3, 59.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 319.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdehlər borcun hissəhissə ödənilməsini istəsə də, iddiaçı buna razılıq verməmişdir. Bu isə qanunazid deyildir. Nəticədə iddiaçı öz qanuni mənafeyini qorumuşdur. Bundan əlavə cavabdehlər borc məbləğinin şişirdildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X5, X15, Cavabdeh, X16, X6, X9 və X17 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(033)-18/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar