Məhkəmə qərarları › İş №2(102)-2125/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2125/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2125/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əliheydər qızına qarşı “girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12622/2019 saylı, 13 noyabr 2019cu il tarixli qətnaməsin dən iddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(002)319/2019 saylı qətnaməsi ilə (hаkim F.Ə.Hüseynov) iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əliheydər qızına qarşı “girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 21.140,91 manat məbləğində əsas, 4.137,15 manat məbləğində faiz, 712.99 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 25.991,05 manat məbləğində borc pul vəsaitinin, 30 manat iddia ərizəsi və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiri şin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus, X. ünvanında yerləşən 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 378 kv.m., yaşayış sahəsi 285.6 kv.m., köməkçi sahəsi 92.4 kv.m. olan 3e nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 191.400 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin onun açıq hərracda satışından əldə olunan vəsait hesabına iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin evdən məcburi qaydada çıxarılması və evin boşaldılması, iddianın qalan hissədə təmin edilmə məsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12622/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski, R.Ə.Eyvazov) iddiaçı «xxxx» (Azərbaycan) ASC-nin və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-319/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi (mübahisələndirilən hissələrdə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əliheydər qızına qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbləri barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2014-cü il tarixli, 102955-1-11673 saylı kredit müqaviləsinə əsasən 15.11.2018-ci il tarixə 21140.91 manat məbləğində əsas borc, 4137.15 manat məbləğində faiz borcu, 712.99 manat məbləğində cərimə, ümumilikdə 25991.05 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 63.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1-ci massivdə istifadədə olan 0.0311665 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, ümumi sa həsi 378 kv.m., yaşayış sahəsi 285.6 kv.m., köməkçi sahəsi 92.4 kv.m. olan 3e nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan sonra Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Əliheydər qızının yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2014-cü il tarixli, 102955-1-11673 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi il ə illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 34.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1-ci massivdə istifadədə olan 0.0311665 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 378 kv.m., yaşayış sahəsi 285.6 kv.m., köməkçi sahəsi 92.4 kv.m. olan 3e nömrəli fərdi yaşayış evi 24.07.2014-cü il tarixli 102956-NEDVİJ-147 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, 29.09.2015-ci il tarixli razılaşmaya əsasən Cavabdeh1 borcu konvertasiya edilərək 29136.92 manat məbləğində müəyyən edilərək 60 ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini 14.02.2017-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 21140.91 manat məbləğində əsas borc, 4137.15 manat məbləğində faiz borcu, 712.99 manat məbləğində cərimə, ümumilikdə 25991.05 manat məbləğində borcu qalmışdır. Cavabdehlərə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı “xxxx” (Azərbaycan) ASC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsində ləğv edilib işin həmin hissədə yenidən b axılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə və bank tərəfindən vəkilə hüquqi xidmətin göstərilməsi və məhkəmədə hüquqların müdafiə olunması məqsədi ilə ödənilmiş 160 manat məbləğində məhkəmə xərcinin Cavabdeh1 tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. instansiyası Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “xxxx” (Azərbaycan) ASC və vəkili Kərimov Əsgər Elyaz oğlu kassasiya şika yətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 və vəkili X2 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təqdim edilmiş kassa mədaxil orderləri əsasında iş üzrə məhkəməmühasibatlıq ekspertizası keç irilərək hesablanmış borc və faiz məbləğlərinin dəqiqləşdiriməsi barədə Cavabdeh1 vəsatətini təmin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” (Azərbaycan) ASCnin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əliheydər qızı üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş ü zrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2014-cü il tarixli, 102955-111673 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə 25% hesablanmaqla 34.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli, 102956-NEDVİJ-147 saylı ipoteka müqaviləsinə görə, sonuncu, mülkiyyətində ol an X.ünvanında yerləşən 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 378 kv.m., yaşayış sahəsi 285.6 kv.m., köməkçi sahəsi 92.4 kv.m. olan 3e nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* çıxarış verilmişdir. “xxxx” (Azərbaycan) ASC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Bundan sonra, 29.09.2015-ci il tarixdə 24.07.2014-cü il tarixli, 102955-1-11673 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı razılaşma bağlanmış, cavabdehin 15.522,39 ABŞ dolları məbləğində borcu 26 ay müddətinə - 31.10.2017-ci il tarixədək, illik 18% hesablanmaqla kapitallaşdırılmışdır. 10.02. 2016-cı il tarixdə bağlanmış 24.07.2014-cü il tarixli, 102955-111673 saylı girovlu istehlak krediti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən, borc konvertasiya edilərək 29.136,92 manat məbləğində müəyyən olunmuş və illik 28 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Həmin razılaşmaya əsasən ipoteka müqaviləsinə müvafiq dəyişiklik və əlavələr edilmişdir. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. Bankın 15.11.2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 qeyd olunan kredit razılaşması üzrə borcu – 21.140,91 manat əsas, 4.137,15 manat faiz və 712,99 manat cərimə borcu olmaqla, ümumilikdə 25.991,05 manat təşkil etmişdir. “xxxx” MMC-nin 01.04.2019-cu il tarixli 151/E saylı rəy inə görə, Cavabdeh2 məxsus Bakışəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1-ci massiv, 3e ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 191.400 manat müəyyən olunmuşdur. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında Cavabdeh1 xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən kredit borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəm ə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. -445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. -317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İş materiallarından görü nür ki, Cavabdeh1, apellyasiya şikayətində əsas, faiz və cərimə borcunun düzgün hesablanmadığına və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyinə, həmçinin qeyd olunan ekspertizanın aparılmasına dair vəsatətlə məhkəməyə müraciət etməsinə istinad etsə də, birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat olmadığından apelyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas görməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı, apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin qətnamədə göstəriləndən az olmasının dəlili kimi ipoteka müqaviləsindəki qiymətə və bankın “Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi”nin ekspert rəyinə istinad etsə də, apelyasiya instansiyası məhkəməsi həmin məlumatları mötəbər hesab etməyərək, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin qiymətinə dair kompyuterlə yazılmış sətirlər ağardıcı ilə silinərək, əllə yazıldığından və iddiaçının istinad etdiyi ekspert rəyi iş üzrə tərəf olan bankın müvafiq şöbəsi tərəfinən tərtib olunduğundan bu hallar həmin məlumatların mötəbərliliyinə əsaslı şübhələr yaradır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka pred metinin dəyərinin müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməsi zəruridir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz bu xüsusatla bağlı ekspertiza təyin etmiş və “xxxx” MMC-nin 01.04.2019-cu il tarixli, 151/E saylı rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1-ci massiv, 3e ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 191.400 manat müəyyən olunmuşdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı oldu ğu nəzərə alındıqda, birinci instansiya məhkəməsinin ekspertizanın rəyi ilə razılaşaraq gəldiyi qənaət əsaslı hesab olunmalıdı və digər tərəfdən iddiaçı, həmin hesabatın həqiqətə uyğun (mötəbər) olmamasını təsdiqləyən sübutları (başqa bir tərəfsiz qiymətləndiricinin hesabatını və s.) məhkəməyə təqdim etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmi şdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12622/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar